SON QƏRAR! Qafqaz Universitetinin tələbələri bu ali məktəbə yerləşdiriləcək
Yanvarın 30-da Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.
Müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə - Azərbaycan Respublikası prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib. Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.
Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb.
Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Afra Saraçoğlu İstanbul aeroportunda saxlanıldı
Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI
Tacir Şahmalıoğlu əməliyyat olundu
Filipp Kirkorov məhkəmədə qalib gəldi: 26 milyon rubl alacaq
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub