Sonsuzluq
"Sonsuzluq" evli cütlüyün bir il ərzində qorunma olmadan cinsi münasibət yaşamasına baxmayaraq övlad sahibi olmadığı halda qoyulan diaqnozdur.
Lakin bir şeyi anlamaq lazımdır ki, "sonsuzluq" diaqnozu heç də həmişəlik övlad sahibi olmamaq demək deyil. Bir çox hallarda bu problem müalicə olunur.
Səbəbləri
Statistikaya görə sonsuzluq yaşayan cütlüklərin 40%-də kişi xəstəlikləri probleminə, 40%-də qadın xəstəlikləri probleminə, 20%-də isə hər iki tərəfin sonsuzluq problemi olmasına görə övlad sahibi olmamaları göstərilir. Mayalanma və rüşeymin yaranması zamanı baş verən hər bir pozuntu hamilə qalma imkansızlığı yaradır.
Kişi sonsuzluğunun ən çox yayılmış səbəbləri iltihab, infeksion xəstəliklər (prostatit, uretrit), hormonal, psixoseksual pozuntular, güc azalmasıdır.
Qadın sonsuzluğunun ən çox yayılmış səbəblərinə isə çanaq orqanlarının infeksion və iltihabi xəstəliklərini, hormonal pozuntuları, uşaqlıq borularının tutulmalarını və uşaqlığın anatomik qüsurlarını aid etmək olar.
Özünüz nə edə bilərsiniz?
Sonsuzluğun müalicəsi savadlı həkimlər ginekoloq və uroloqlar tərəfindən aparılmalıdır. Özünümüalicə ilə məşğul olmayın! Alternativ tibbə müraciət etməyin! 1 il müddətində hamilə qalmağa çalışarkən heç bir nəticə əldə edə bilmirsinizsə mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Prosesi gecikdirmək təhlükəli və sağalmaz fəsadlara gətirib çıxara bilər.
Həkimlər nə edə bilər?
İlk növbədə sonsuzluğun əsas səbəbini tapmaq lazımdır. Həkimlər bu zaman lazımlı müayinələri edərək analizlərə hazırlayacaqlar. Terapiya planı sonsuzluğun səbəbi əsasında edilir. Müalicə cərrahi və ya tibbi yolla aparıla bilər. Bəzən infeksiya əleyhinə olan terapiya üçün qısa zaman kifayətdir, bəzi hallarda isə hormonal düzəlişlər üçün uzun müddət tələb olunur.
Milli.Az / news.milli.az









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarazirə hər dərdin çarəsi olan bitki
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Fərda Xudaverdiyev aparıcılığa başlayır
Məşhur aktyorun son görüntüsü yayıldı - FOTO
İstəməzdim məni sadəcə bilet satmaq üçün teatra dəvət etsinlər' - Əməkdar artist
"Avroviziya"da qalmaqal - Bu ölkənin bayraqları qaldırıldı
Evlilik üç il müddətində müqavilə ilə olmalıdır' - Aktrisadan maraqlı təklif
Beş bacı-qardaşın hamısı professordur, ataları akademik