Sosial media asılılığının beyinə təsiri - DƏHŞƏTLİ FAKTLAR

Sosial media asılılığının beyinə təsiri - DƏHŞƏTLİ FAKTLAROksford Universiteti tərəfindən 2024-cü ilin "ilin sözü" olaraq seçilən "brain rot" ( beyin zəifləməsi) ifadəsi beynin intellektual və ya zehni vəziyyətinin zəifləməsini təsvir edir. Bu ifadə xüsusilə sosial media və digər onlayn məzmunun həddindən artıq istehlakı nəticəsində yaranan mənfi təsirlərə işarə edir. Mütəxəssislər hesab edir ki, sosial şəbəkələrdə fasiləsiz "scrolling" (yuxarı və ya aşağı sürüşdürmək) davranışı məhz bu təsiri yaradır və beynin "çürüməsinə" səbəb olur.
Milli.Az "New York Post"a istinadən xəbər verir ki, davranış üzrə neyroelm mütəxəssisi Dr. Kura Bobinet bildirir ki, sosial medianın təsirləri ilə bağlı ictimaiyyət arasında artan bir məlumatlılıq mövcuddur. O qeyd edir ki, bu asılılıq diqqət dağınıqlığı, beyin dumanı və dərin işlərə fokuslanma qabiliyyətinin itməsi ilə müşayiət olunur. Bundan əlavə, insanlar arasında yaranan tənhalıq hissi də bu problemlərin bir hissəsidir.
Dr. Bobinetin sözlərinə görə, sosial mediada fasiləsiz gəzişmək (doom-scrolling) beyində motivasiya və qərarvermə proseslərində iştirak edən habenula adlanan bir bölgə ilə bağlıdır. Bu bölgənin aktivləşməsi, insanın mühüm işləri görmək əvəzinə, vaxtını faydasız məşğuliyyətlərə sərf etməsinə səbəb ola bilər.
"Habenula, çətin işlərdən qaçma davranışını idarə edir," - deyə Bobinet əlavə edir. Uzun və yorucu bir günün sonunda sosial mediadan istifadə etmək isə beynin istirahət etmək cəhdi kimi qiymətləndirilə bilər. Lakin bu davranış nəinki beyinə fayda verir, hətta sosial media asılılığını daha da gücləndirir və motivasiyanı azaldır.
"Brain Rot"dan necə uzaqlaşmaq olar? 
Dr. Kura Bobinet bildirir ki, hər kəs üçün uyğun olan vahid bir həll yolu yoxdur. İnsanların özlərinə ən yaxşı təsir edən üsulu tapması və onu fərdiləşdirərək tətbiq etməsi vacibdir.
"Kiçik dəyişikliklər edərək, sınaqdan keçirərək və təcrübələrdən öyrənərək bu vəziyyəti yaxşılaşdırmaq olar," - deyə o vurğulayır.
Yekun olaraq mütəxəssislər qeyd edir ki, bu cür vərdişlərdən qurtulmaq təkcə sağlam düşüncə üçün deyil, həm də şəxsi motivasiya və həyat keyfiyyətini artırmaq üçün mühüm rol oynayır. 
Asya
Milli.Az

Xəbərlər     Baxılıb: 1092   Tarix: 18 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yay kolleksiyasi kosmetoloq yemek reseptleri ana və uşaq aybaşı portagalin faydasi maraqli toy ideyalari kosmetika xerçeng xerceng muellim seiri xocali olumu