Sosial təminatı ilə bağlı bu şəxslərə ŞAD XƏBƏR - 50 faiz artırıldı
Azərbaycan 2018-ci ildə qaçqınların və məcburi köçkünlərin sosial təminatı ilə bağlı xərcləri təqribən 50 faiz artıracaq.
Xanim.az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
A.Bayramov bildirib ki, gələn il qaçqınların və məcburi köçkünlərin sosial təminatına 487 milyon manat ayırmaq planlaşdırılır: "Bu, 2017-ci illə müqayisədə 161 milyon manat və ya 49,5 faiz çoxdur".
Onun sözlərinə görə, bu vəsait, o cümlədən həmin kateqoriyadan olan vətəndaşların sosial ödənişlərinə, həmçinin qaçqın və məcburi köçkünlər üçün evlərin tikintisinə ayrılacaq.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin