Soyuq havanın əvəzolunmazı - TURŞULARIN FAYDALARI

Soyuq havanın əvəzolunmazı - TURŞULARIN FAYDALARIKələm, çuğundur, qarğıdalı, lobya, sarımsaq kimi bir çox növü və ləzzəti olan turşular soyuq havaların ən gözəl qidalarındandır. Mütəxəssislər qeyd edirlər ki, turşular Sağlamlığımız üçün də faydalıdır. Amma tərkibində yüksək miqdarda duz olduğuna görə hər gün , aşırı miqdarda yeyilməməmlidir. Sağlam insanlar turşuları həftənin 2 günü, maksimum bir ovuc içi qədər yeməlidir. Bu yüksək təzyiq, diabet, böyrək çatışmazlığı və mədə xəstəlikləri olan insanlarda problemlərə səbəb ola bilər. Ona görə də lazım olarsa heç yeməməlidirlər.
Bəs turşunun faydaları nələrdir?
İmmun sistemini dəstəkləyir
Milli.Az medicina.az-a istinadən bildirir ki, meyvə və tərəvəzlərdən olan turşu tərkibində immun sistemini gücləndirən bir çox vitamin, mineral və antioksidandan ibarətdir. Turşular bədəndəki antioksidan müxtəlifliyini artırdığı üçün daha çox faydalıdır. Bunlardan daha çox çuğundur və kələm turşusu məsləhətlidir. Yüksək antioksidan tərkibi ilə tərəvəzlərdən hazırlanan turşular soyuqdəyməyə qarşı da qoruyur. Turşu kimi fermentləşdirilmiş qidalar yeməklərlə birlikdə yeyildiyində tərkibində yer alan sirkə sayəsində insulin düşməsini normaya salaraq daha nəzarətli bir qan şəkəri təşkil edir. Amma diabet, təzyiq və böyrək probleminiz varsa turşu yemək sizin üçün riskli ola bilər.
Əzələ ağrıları üçün faydalıdır
Turşunun digər önəmli faydası itirilən su və mineralların yerinə oturmasına dəstək olmasıdır. Həmçinin tərkibindəki sirkə ilə əzələ ağrıları üzərində də təsiri vardır. "Medicine & Science in Sports and Exercise" adlı bir jurnalda yayımlanan məqalədə susuz qalan kişi idmançılarda 1/3 stəkan turşu suyunun əzələ ağrılarına faydalı olduğu qeyd edildi.
Çəkiyə nəzarətə kömək edir
Turşu yüksək miqdarda lif tərkibli olduğu üçün xüsusi ilə də yeməklə bərabər yeyildiyində qidaların mədəni tərk etmə vaxtı yavaşlayır, bununla da toxluq hissi uzun müddət davam edir. Tərkibindəki sirkə qaynaqlı asidlər bədəndə yağ yığılmasının da qarşısını alır. Həm aşağı kalorili olamsı, həm də qəbzliyə qarşı təsirliliyinə görə turşu çəki vermək istəyənlərə də kömək edəcəkdir.
Xərçəngdən qorunmağa kömək edir
Turşu hazırlanmasında istifadə edilən tərəvəzlərin hamısı antioksidanla zəngindir. Antioksidanlar sərbəst radikallarla reaksiya verərək hüceyrələrə zərər vermələrinin qarşısını alır. Bununla da xərçəngə qarşı orqanizmi qoruyur. Avropa Xərçəng Jurnalında (European Journal of Cancer) yayımlanan bir məqaləyə görə, natrium miqdarı yüksək olan qidaların mədə xərçəngi ilə əlaqəli olduğu aşkar edilmişdir.
Turşunun yeyilməsində miqdar çox önəmlidir. Mədə problemi olan insanlar diqqətli olmalıdır.
Ürək-damar xəstəliklərinə qarşı qoruyur
Tərkibindəki antioksidanlar, vitamin və minerallar sayəsində turşular ürək-damar xəstəliklərinə qarşı da qoruyucu təsirə malikdir. Amma bu qoruyuculuq sağlam insanlara aiddir. Turşunun tərkibində duz çox olduğuna görə təzyiq problemi olanlar turşu yeməkdən uzaq durmalıdır. Çünki bu xəstələrdə qan təzyiqi yüksələ və damara zərər verə bilər. Yalnız sirkə və duzla hazırlanan, tərkibində qoruyucu maddələr olmayan, fermentasiya olunan (bağırsaq florasında faydalı bakteriyaların davamlılığını və böyüməsini təmin edən) evdə hazırlanan turşu bağırsaqlar üçün önəmlidir.
Bağırsaq florasının sağlamlığı bağırsaq hərəkətləri üçün də son dərəcə vacibdir. Yüksək lifli tərəvəz və meyvələrdən hazırlanan turşular, bu təsirlərlə nəcisin həcmini artırır, metabolik tullantıların bədəndən daha asanlıqla çıxarılmasına kömək edir və qəbizlik problemlərini də aradan qaldırır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1198   Tarix: 18 sentyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

geyim necə seçməli həkim məsləhəti qaşların formalari duzlu xəmir işləri etiraflar körpə yeməyi həyat stili kosmetika cinsi əlaqə rus dilini öyrənək 2 ci dərs intim sanamalar sağlamlığa aid atalar sözləri