Soyuqdəymə və qripdən qorunmaq üçün bunları edin - Məsləhətlər

Soyuqdəymə və qripdən qorunmaq üçün bunları edin - MəsləhətlərHavalar soyuqduqca insanlarda qripə yoluxma və soyuqdəymə tez-tez müşahidə olunur. Bu isə onların gündəlik həyatına bir sıra çətinliklər yaradır.
Bəs, bunlardan necə qorunmaq lazımdır?
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu üçün ilk növbədə qidalanmanı nəzarətdə saxlamaq lazımdır. "Düzgün qidalanma" anlayışını ifrata varmadan dərk etməli, bitki və heyvan zülallarından, mürəkkəb karbohidratlardan, sellüloz maddələrdən, faydalı yağlardan kifayət qədər istifadə olunmalıdır. Kifayət qədər də su içilməlidir.
Qrip və soyuqdəymə xəstəliklərinin törədiciləri çoxsaylı insanların toplaşdığı qapalı məkanlarda daha tez yayılır. Buna görə də insanların sıx toplaşdığı yerlərdən çəkinmək tövsiyə olunur. Bunu etmək mümkün olmadıqda isə mütləq maskalardan istifadə olunmalı və əl ilə üzə toxunulmamalıdır.
Virus hissəcikləri müxtəlif məişət əşyalarının səthlərində yerləşir. Bu səbəbdən əlləri müntəzəm olaraq sabunla yumaq çox əhəmiyyətlidir, gündə bir neçə dəfə - xüsusilə dərhal küçədən evə qayıtdıqdan sonra.
Asqıran zaman ağzınızı mütləq dəsmalla tutmalı. Yaxşı olar ki, salfetə asqırasınız. Bu mümkün olmadıqda isə ağzınızı dirsəyinizlə örtməyiniz məsləhətdir, çünki əks halda patogen hissəciklər əllərinizə düşərək ətrafa yayılacaq. Salfetdən və dəsmaldan istifadə etdikdən sonra əllərinizi mütləq yumalısınız.
Qonaq getməyin. Əgər kiminləsə şəxsən görüşməyiniz vacibdirsə, təmiz havada görüşməyiniz məsləhətdir.
Qapalı məkanları havalandırın. Ətrafınızı təkcə dezinfeksiyaedici salfetlə silmək kifayət deyil, çünki qrip və soyuq viruslar adətən havada qalır. Tez-tez açıq havada olmağa çalışın. Otağı 10-15 dəqiqəlik ikitərəfli qaydada havalandırın.
Sakitliyə riayət olunmalıdır. Psixoloji gərginlik stres hormonunun konsentrasiyasının artmasına imkan yaradır ki, bu da orqanizmin funksiyalarını, o cümlədən immun funksiyasını boğur. Bu, nəticədə xəstələnməyə səbəb ola bilər.
D vitamini qəbul edin. D vitamininin çatışmaması immunitetin zəifləməsinə gətirib çıxara bilər ki, bu da mövsümi xəstəliklərə meyilliliyi artırır. Vitamin almağın ən sadə yollarından biri də açıq havada, günəş altında gəzməkdir. Bununla yanaşı, yumurta sarısı, mal qaraciyəri, kərə yağı, süd, yağlı balıq növləri ilə qidalanmaq çox vacibdir.
Alkoqollu içkilərdən, o cümlədən də soyuqdəymə və qripə yoluxmamaqdan ötrü şərabdan imtina edilməlidir. Alkoqollu içkilərə meyillilik immun sisteminin vacib strukturu olan orqanizmin dentroloji hüceyrələrinin vəziyyətinə mənfi təsir göstərir. Alimlər, alkoqollu içkilərə meyilli insanlarda vaksinlərin zəif effekt göstərməsini məhz bu xüsusiyyətlər baxımından izah edirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1507   Tarix: 15 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

hamilelikde qidalanma maskalar sade makiyaj sekilleri babil baglari xiyar tutması cinsi mövzular sevismeyin menasi kosmetika sac modelleri kəlamlar dostluq hamilelik birlik