Soyuqdəymənin dərmanı olan quşüzümünün daha bir əvəzolunmaz xüsusiyyəti aşkarlandı - FOTO
Quşüzümü (mərcanı) digər faydalı xüsusiyyətləri ilə yanaşı ömrü də uzadır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Pensilvaniya Tibb Kolleci və Xərçəng İnstitutundan bir qrup alim tərəfindən aparılan tədqiqatlardan sonra məlum olub.
15 il ərzində aparılan genişmiqyaslı araşdırma zamanı elm adamları 37 mindən çox insanın məlumatlarını təhlil ediblər.
Tədqiqatlar zamanı bu meyvənin immun sistemini gücləndirərək soyuqdəymədən qorumaqla yanaşı, ölüm riskini azaltdığı öyrənilib. Məlumata görə, quşüzümünün gündəlik istehlakı ölüm riskini 31% azaldır.
Qeyd edək ki, quşüzümü - kalium, fosfor, kalsium, dəmir, manqan, molibden, mis və s. faydalı maddələrin "anbarıdır". Bundan başqa onun tərkibində ürək-damar sistemi üçün xoleretik, bakterisid, antispazmodik və qoruyucu təsir göstərən, qan damarlarının kövrəkliyini azaldan flavonoidlər var, həmçinin iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
Milli.Az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz