Spirtli içkilər niyə köklüyə səbəb olur?
Spirtli içkilər çox kilokalori ehtiva etmir, buna görə əksəriyyət bir neçə qədəh şərab və ya pivənin çəkiyə təsir etməyəcəyinə inanır. Lakin bu fikir yanlışdır. Alkoqol insulinin intensiv istehsalına səbəb olur ki, bu da yağların çökməsinə və nəticədə çəki artımına kömək edir. xəbər verir ki, bu barədə məşhur diyetoloq Yelena Solomatina danışıb.
O, "Sputnik" radiosuna müsahibəsində qeyd edib ki, pivə və pomidor şirəsi eyni miqdarda kilokalori ehtiva edir, lakin bu içkilər orqanizmə müxtəlif təsir göstərir. Spirtli içki qəbul edərkən qanda qlükoza səviyyəsi kəskin şəkildə yüksəlir, buna görə insulin buraxılmağa başlayır. İnsulin artıq qlükozanı çıxara bilməyən, lakin yağların yığılmasına fəal kömək edən bir hormondur. Alkoqolun başqa bir mənfi təsiri də var. Solomatinanın sözlərinə görə, həzm prosesini pozur.
"Etil spirti toksindir. Bu maddənin zərərsizləşdirilməsi zamanı orqanizmdə bütün digər proseslər ləngiyir. Etanol insan beynini zədələyənə qədər qaraciyər onu emal edib bədəndən çıxarmalıdır. Ona görə də etanol qidanın həzm sürətini ləngidir", - diyetoloq xəbərdarlıq edib. /publika.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tahinin əsas faydaları
Yerimək üçün çox darıxmışam
Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
Məşhur müğənni 7-ci dəfə evləndi
Ayça Bingöl "Aşk və Taxt" serialının heyətinə qoşuldu
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Azərbaycanlı iş adamı model xanımı ilə Bakıya gəldi
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram
Artıq ana olmağa hazıram' - Hadisə
Yuxu üçün ideal otaq temperaturu neçədir?