Stadionda "atışma": ölən... VİDEO
"Şəhərlilər" qonaqları məğlub durumda yola saldı
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. İstiPress-in məlumatına görə, "Mançester Siti" doğma meydanda "Monako" ilə qarşılaşıb. Hesabı ev sahibləri açıb. Oyunun 26-cı dəqiqəsində Sterling fərqlənib. Daha sonra oyunun 32-ci dəqiqəsində "Monako"-nun oyunçusu Radamel Falkao hesabı bərabərləşdirib. Az sonra oyunun 40-cı dəqiqəsində Mbappe hesabı 1:2 qonaqların xeyrinə edib. İlk hissə 1:2 hesabı ilə başa çatıb.
İkinci hissəyə qonaqlar fəal başlasa da, 58-ci dəqiqədə Aquero hesabı bərabərləşdirib. Lakin üç dəqiqə sonra Falkaonun möhtəşəm qolu ilə yenə önə keçib. Oyunun 71-ci dəqiqəsində ev sahiblərinin oyunçusu Serxio Aquero komandasının 3-cü qolunu vuraraq hesabı bərabərləşdirib. 77-ci dəqiqədə "Mançester Siti"-nin müdafiəçisi Con Stounz oyunda ilk dəfə komandasını irəli çıxarıb. 82-ci dəqiqədə Sane vurduğu qolla oyunun yekun hesabını müəyyənləşdirib. Beləliklə oyun 5:3 hesabı ilə başa çatıb.
Digər matç isə Almaniyada baş tutub. Yerli "Bayer Leverkuzen" İspaniyanın "Atletiko Madrid" klubunu qəbul edib. Oyun qonaqların üstünlüyü ilə başlayıb. İspanlar qarşıdurmada 2:4 hesabı ilə qələbə qazanıb.
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək: "Portu" öz meydanında "Yuventusu" qəbul edəcək, "Lester" isə Sevilyada eyni adlı klubun qonağı olacaq. Oyunlar Bakı vaxtı ilə 23:45-də başlayır.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq
Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi - FOTO
Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron