Su çiçəyinə bənzəyən yeni virusu FƏRQLƏNDİRƏN ƏLAMƏT - Yoluxduğunuzu
"Su çiçəyi ilə meymun çiçəyi arasında fərq ondan ibarətdir ki, onlar müxtəlif viruslar tərəfindən törədilir, onları törədən eyni virus deyil".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.
O bildirib ki, meymun çiçəyinin pandemiya olacağı ehtimalı yoxdur:
"Su çiçəyində meymun çiçəyindən fərqli olaraq həmçinin kəmərləyici dəmirov ola bilər. Bu, meymun çiçəyində olmur. Səpgidə oxşarlıq var. Səpgi bir neçə mərhələ keçir. Əvvəlcə populyoz mərhələ olur, sonra pustla əmələ gəlir. Loru dildə desək, içərisi maye ilə dolur.
Su çiçəyi ilə meymun çiçəyinin hər ikisində ilkin mərhələdə hələ səpgilər əmələ gəlməmiş dövrdə hərarət olur, limfalarda şişginlik ola bilər, boğazağırısı, ümumi zəiflik, kürək ağrıları, əzələ ağrıları müşahidə oluna bilər.
Bu iki xəstəlik arasında bir əsas fərq ondan ibarətdir ki, əsasən su çiçəyində səpgilər əmələ gəldikdən sonra bu kliniki əlamətlər 7 günə qədər aradan çıxır. Amma meymun çiçəyində isə belə deyil. Səpgilər ola-ola bu kliniki əlamətlər də iki həftədən dörd həftəyə qədər davam edə bilər.
Əslində meymun çiçəyinin bir qədər çətin keçməsinin səbəbi ondan ibarətdir ki, bu kliniki əlamətlər biraz davam edir, xəstəni narahat edir. Amma ölüm qorxu faizi çox azdır. Əslinə baxanda yoluxuculuq qabiliyyəti su çiçəyində daha çoxdur. Çünkü sus çiçəyi daha çox hava damcı yolu ilə yayılırsa, meymun çiçəyində hava damcı yolu ilə yayılma daha azdır. Burada birbaşa kontakt, yaxın təmas olmalıdır. Bu da iki xəstəliyi bir-birindən fərqləndirən xüsusiyyətlərdəndir.
Ümuməm kliniki olaraq görüntü eynidir. Sadəcə biraz mütəxəssis rəyi mütləqdir. Hələ ki, meymun çiçəyi ölkə ərazisində müşahidə olunmayıb və pandemiya olacağı da düşünülmür. Çünkü ən çox hava damcı yolu ilə yayılan infeksiyalar, məsələn COVİD-də gördük bunu, su çiçəyində bunu görürük. Amma meymun çiçəyində bu faiz biraz azdır. Əsas toxunma, yara vasitəsilə və ya yoluxmuş heyvanlarla təmas vasitəsilə olduğuna görə xəstəliyin yayılma faizi daha azdır".
Təhməz Əsədov
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi