Suçiçəyi peyvəndi meymunçiçəyindən qoruyur? - İki xəstəliyin oxşar və fərqli əlamətləri

Suçiçəyi peyvəndi meymunçiçəyindən qoruyur? - İki xəstəliyin oxşar və fərqli əlamətləriYaxın zamanlarda ölkədə meymunçiçəyinə ilk yoluxma faktı qeydə alındı. Hələ adını eşidəndə hamının ağlına ilk olaraq suçiçəyi gəlirdi. Adları bir-birinə bu qədər oxşar olan xəstəliklər arasında bənzərlik nə qədərdi? Suçiçəyi üçün vurulan peyvəndlər meymunçiçəyindən də qoruyurmı?
Milli.Az bildirir ki, mövzu ilə bağlı Trend-ə danışan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı Dr. Vasif Əliyev bildirib ki, suçiçəyi və meymunçiçəyi xəstəlikləri xəstəliyin klinikası və adı bənzəsə də, müxtəlif viruslar tərəfindən törədilir.
"Suçiçəyi xəstəliyi varisella virusudur, yəni, bu virus tərəfindən törədilir. Amma meymunçiçəyi dediyimiz xəstəlik Mpoks virusudur. Bu, bildiyimiz çiçək virusuna qohum bir virusdur. Bənzərliyi budur ki, səpkilər törədir. Suçiçəyindən fərqli olaraq səpkilər daha da iri olur. Eyni zamanda bu səpkilər daha çox üz və ətraflarda görülür. Amma suçiçəyi zamanı səpkilər bədənin hər bir yerində yaranır və yüksək qızdırma, qaşıntı, əzələ ağrıları ilə davam edir. Limfa düyünlərinin şişməsi isə daha çox meymunçiçəyi virusuna xarakterikdir", - o əlavə edib.
Həkim vurğulayıb ki, bu iki xəstəliyin diaqnostikası da tam fərqlidir:
"Suçiçəyi virusunun diaqnostikası qan analizi ilə, eyni zamanda səpkilərdən yaxma götürülməsi ilə qoyula bilər. Amma meymunçiçəyi virusunun diaqnostikası həmin şəxsin virusa yoluxanların olduğu bir ölkəyə səfəri, eyni zamanda virusa yoluxmuş adamın təmasda olduğu insanın bədənində hər hansı səpkilərin olması ilə aparılır.
Bu virus heyvanlardan da insanlara keçə bilər. Xüsusilə də meymunlardan, sincablardan, siçovullardan və siçanlardan. Xəstəlik yüksək hərarət ilə başlayır. İnkubasiya dönəmi 6-13 gündür. Təxminən suçiçəyində də bu inkubasiya dönəmi xarakterikdir. Amma səpkilərin fərqli olması bu xəstəliklərin fərqləndirilməsində bizə müəyyən qədər yol göstərir. Meymunçiçəyində qan analizi ilə diaqnoz qoyulmur, səpkilərdən alınan yaxmada Mpoks virusunun DNT-sinin təsdiqi ilə diaqnoz qoyulur".
"Bu iki virusun müalicələri də çox fərqlidir. Bu viruslar simptomatik müalicə ilə sağala bilər, amma ehtiyac halında istifadə olunan virusəleyhinə dərman vasitələri hər virusda fərqli olur. Suçiçəyi bizdə daim görülən bir xəstəlikdir. Bu bütün ölkələrdə və bütün mövsüm ərzində görülür. Amma Mpoks virusu 2022-ci ildən yenidən gündəmə gəlib. Daha çox Afrikada və bu ölkələrdən sonra Avropada da görülür. Suçiçəyindən fərqli olaraq meymunçiçəyi lokal bölgələrdə olur",- deyə həkim əlavə edib.
Trend-ə danışan İnfeksionist Mərdan Əliyev isə suçiçəyi ilə meymunçiçəyi arasındakı fərqləri, eyni zamanda suçiçəyi peyvəndinin meymunçiçəyinə olan təsirini diqqətə çatdırıb.
O bildirib ki, meymunçiçəyi və suçiçəyi xəstəliklərinin bir-biri ilə heç bir əlaqəsi yoxdur:
"Onlar oxşar xəstəliklər deyillər. Sadəcə olaraq onların adlarında olan çiçək sözünə görə, oxşar olduqları düşünülür. Amma bu belə deyil. Onların hər ikisinin adlarına "çiçək" sözünün əlavə edilməsinin səbəbi dəridə səpkilərin olmasıdır. Hər ikisi tamamilə fərqli xəstəliklərdir. Meymunçiçəyi xəstəliyi poksviruslar ailəsinə daxildir və ingilis dilində "monkeypox" adlanır. Suçiçəyi xəstəliyi isə daha mülayim gedişə malik olan herpes viruslar qrupuna daxildir. Herpes viruslar qrupu çox geniş yayılıb. Suçiçəyi ağırlaşması olmayan, yüngül gedişatlı bir xəstəlikdir. Uşaqlar və yaşlılar bu xəstəliyə qarşı daha həssas olurlar. Bu xəstəliyə bir dəfə yoluxmaq olur və əbədi immunitet yaranır".
Həkim qeyd edib ki, meymunçiçəyi xəstəliyi suçiçəyi ilə müqayisədə daha ağır gedişli bir xəstəlikdir.
"Bu xəstəlik zamanı intaksikasiya əlamətləri ön planda olur. Suçiçəyi xəstəliyi hava-damcı yolu ilə yoluxan xəstəlikdir. Meymunçiçəyi xəstəliyi isə təmas yolu ilə yoluxur. Əsasən də yoluxma cinsi yolla olur. Dəridə olan sağalan yaraların sağlam dəriyə dəyməsi ilə bu xəstəlik yayılır. Bu iki xəstəlik tamamilə başqa bir virus, başqa bir xəstəlik olduqları üçün suçiçəyinə qarşı vurulan peyvənd meymunçiçəyi xəstəliyindən qorumur", deyə o əlavə edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1354   Tarix: 28 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

turlar.az

makiyaj etmek qaydalari qis geyimləri 2026 toy makiyaji sekilleri qadın parfumeriya xina qoymaq qaydasi hamiləlik hesablama morugun faydalari kosmetika əqrəb sanamalar veten haqqinda bayati gozde olar dolca