Süd vəzisi xərçəngi: necə müalicə olunmalı?

Süd vəzisi xərçəngi: necə müalicə olunmalı?Xəstəliyin ilkin əlamətləri, diaqnostikası və müalicəsi

Bədənimizdə hər hüceyrənin müəyyən uzunluqda ömrü var. Hüceyrələrin yaşama müddəti, nüvələrindəki genetik materialda yazılıdır. Yaşlanan hüceyrə, toxumadakı işi qurtarandan sonra ölür. Bu prosesin son hissəsinə "planlı hüceyrə ölümü" deyilir. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi, "planlı hüceyrə ölümü" programından xaricə çıxıb, idarə edilməz şəkildə çoxalmalarıdır.

Sağlam bir hüceyrə neçə dəfə bölünəcəyini və nə vaxt öləcəyini bilir. Buna uygun olaraq da xərçəng hüceyrələri, bu məlumatı itirir, idarəsizcə bölünməyə başlayır və şişlər bu formada əmələ gəlir. Əgər xərçəng hüceyrələri yarandıqları şişdən qoparaq ayrılsa, qan ya da limfa dövranı vasitəsilə ilə bədənin digər bölgələrinə gedər. Getdikleri yerlərdə şiş koloniyaları əmələ gətirir və böyüməyə davam edərlər. Xərçəngin bu formada bədənin digər bölgələrinə yayılması hadisəsinə metastaz deyilir.

Süd vəzisi xərçəngləri digər orqanların xərçənglərinə nisbətən çox yavaş inkişaf edirlər. Bir hüceyrənin idarədən çıxaraq 1 sm3 böyüklüyündə bir kütlə yaratması, süd vəzisi üçün 7-10 il deməkdir. Bu səbəbdən illik düzənli müayinələr erkən diaqnoz və müalicə deməkdir; yəni həyatınızı qurtara bilər.

SÜD VƏZİSİ XƏRÇƏNGİNİN SİMPTOMLARI NƏLƏRDİR ?

Süd vəzisi xərçənginin müalicəsində müvəffəqiyyət şansı və bu xəstəliyin sağalmasının əsas şərti erkən diaqnozdur. Xərçəng daha bir neçə mm diametrə sahib olduğu zaman belə mammoqrafiyada görülə bilər. Bu vəziyyətdə müalicənin nəticələri şox müvəffəqiyyətli olur. Buna görə də tez-tez süd vəzisi müayinələrinə gələn xəstələr çox şanslıdırlar. Xərçəng simptomları ortaya çıxdığı zaman şiş ən az 1 sm və ya daha böyük ölçülərə çatmış olur. Buna baxmayaraq, xəstəliyin tamamən sağalma ehtimalı hələ də vardır. Buna görə də, davamlı mammoqrafiyalar, ultrasəs müayinəsi və həkim müayinəsinə gəlməkdən başqa, hər qadının öz süd vəzisi haqqında məlumatının olması da çox vacibdir. Qadınlar özlərini müayinə edərkən aşağıdakılara diqqət etməlidirlər:

Ələ gələn kütlə: Süd vəzisi xərçəngində ən tez-tez rastlanan simptom ələ gələn kütlədir. Bir xəstə əllə hiss edilən kütlə simptomu ilə xəstəxanaya geldi isə, ilk olaraq bu kütlənin kista, yoxsa şiş olduğu ayırd edilməlidir. Içi maye ilə dolu olan kistalar xərçəng deyil ve təhlükəli deyillər. Amma iki təbəqəli solid kütlələr şiş kütlələridir ki, bu şişlər tez tez müayinə edilməli və ya biopsiya vasitəsilə dəqiq diaqnoz qoyulmalıdır.

Süd vəzisi ucu axıntısı: Süd vəzisi ucu axıntısı süd vəzisi xərçənginin erkən simptomu ola bilər. Belə vəziyyətlərdə həkimə getmək lazımdır. Axıntı özü-özünə axmalıdır, süd vəzisinin sıxılması nəticəsində axıntı gəlməsi bir xəstəlik simptomu deyil. Axıntının olub-olmadığını yoxlamaq üçün süd vəzilərinin sıxılması doğru deyil. Süd vəzisi ucu axıntısı başqa xəstəliklərdə, məsələn hormonal xəstəliklərdə, əmizdirmədən sonrakı vaxtlarda ilk zamanlarda və süd kanallarının xəstəliklərində də rastlanır.

Süd vəzisi ucunun içəri çəkilməsi və simmetriyanın pozulması: Bir çox qadında süd vəziləri arasında kiçik fərqlər ola bilər: birinin digərindən daha böyük olması və ya süd vəzisi uclarında simmetriya fərqi kimi. Bunlar əsasən uşaqlıq vaxtından elə olur və hər hansı bir xəstəliyin əlaməti deyil. Amma bəzən də çox nadir hallarda süd vəzisi ucunun arxasında çixan şişlər erkən dövrdə süd vəzisi ucunun içəriyə doğru girməsinə səbəb olur. Daha əvvəllər hər iki süd vəzisi ucu simmetrik və normal olduğu halda ani olaraq süd vəzisi uclarında asimmetriya və ya birinin içinə doğru girməsi - süd vəzisi xərçəngi baxımından çox vacib simptom sayilir.

Dəridəki simptomlar: Bəzən süd vəzisi xərçəngi dəridə bəzi simptomlar verir. Xüsusilə də kütlənin süd vəzisinin dərisinə yaxın olduğu zaman həm kütlə daha tez əllə hiss edilər, həm də dəri simptomları ortaya çıxar. Süd vəzisinin üzərində uzun müddət yox olmayan qizarma, yara, süd vəzisi dərisinin portağal qabığına bənzər bir görünüş alması, dərinin bir nöqtədə içəriyə doğru çəkilməsi kimi hallarda mütləq həkimə gedilməlidir. Bəzən də süd vəzisi üzərindəki bənövşəyi-mavi rəngli venaların gözə çarpması bəzi süd vəzisi şişlərində erkən diaqnoz üçün vacib simptomlardandır.

Süd vəzisi xərçəngində ideal olanı yuxarıdakı simptomlar ortaya çıxmazdan əvvəl xəstəliyin diaqnozunun qoyulması və müalicəsinin başlanmasıdır.

SÜD VƏZİSİ MÜALİCƏSİNİN DİAQNOSTİKASI

Süd vəzisi xərçənginin erkən diaqnostikası üçün istifadə olunan əsas metodlar ultrasəs müayinəsi və mammoqrafiyadır. Mammoqrafiyada şübhəli kütlə və ya sahə (mikrokalsifikasiya) tapıldığı zaman kütlənin vəziyyətinə görə iynə biopsiyası və ya cərrahi biopsiya həyata keçirilir. Kütlənin forması və ya halı müəyyən edilə bilmədiyi hallarda biopsiyadan əvvəl və ya yerinə MR da aparıla bilər.

Xərçəngin diaqnostikası üçün istifadə eidlən metodlardan ən vacib olanı öz-özünü müayinə metodlarıdır. Yəni qadınların özlərini müayinə etməsi və ya xəstəlik riskinə qarşı tez-tez həkim müayinəsinə gəlməsidir. Radioloji metodlarla biopsiyalara əlavə olaraq insanların özlərini müayinə etmələri və periodik olaraq həkim müayinəsəndən keçmələri də sayıla bilər. Bu metodlardan, sadəcə biri - biopsiya vasitəsilə dəqiq diaqnoz qoymaq olur. Digər müayinə metodları biopsiya aparılması qərarını verməyə kömək edir.

MAMMOQRAFİYA və ERKƏN DİAQNOSTİKA

Mammoqrafiya süd vəzisi xərçənginin erkən diaqnostikası üçün qızıl qədər qiymətli bir metoddur. Xəstənin heç bir şikayəti olmadığı halda profilaktik məqsədlə aparıla bilər, süd vəzisində kütlə, süd vəzisi ucu axıntısı və ya başqa bir şikayəti olanlara isə diaqnostik məqsədlə tətbiq edilir.

Mammoqrafiya barmaq izi kimidir, hər qadında fərqli olur və heç bir mammoqrafiya digərinə oxşamır. Buna görə də müayinəyə gedərkən daha əvvəl çəkilən mammoqrafiyanın nəticələrini də yanınızda gətirməlisiniz. Əvvəl çəkilmiş mammoqrafiya ilə yenisi arasındakı fərq diaqnoza kömək edə bilər. Mammoqrafiya uyğun zamanda və formada həyata keçirildiyi zaman ağrısız bir metoddur. Menstrual sikldən sonrakı dövrdə süd vəzilərindəki ödem, gərginlik və həssaslıq daha az olduğina görə sikldən sonrakı həftə mammoqrafiya müayinəsinə gəlmək daha uyğundur.

Mammoqrafiya cihazları: Analoq, tam digital və ya digital əsaslı olur.

Analoq sistem şüanın filmin üstündə buraxdığı izlərin şərhidir. Yuyulub qurutulan film incələnərək qiymətləndirilir. Bunun əksinə, tam digital və ya digital əsaslı sistemlərdə görünüşlər digital şəraitdə qiymətləndirilərək oxunur. Daha sonra xəstəyə vermək üçün filmə çəkilir. Analoq sistemlər yavaş yavaş yerini digital əsaslı və ya tam digital sistemlərə buraxmaqdadır.

Mammoqrafiya müayinəsi, süd vəzisi xərçəngi baxımından heç bir risk faktoru və şikayəti olmayan, hər il süd vəzisi müayinəsinin nəticəsi normal olan qadınlara nizamlı olaraq aparılmalıdır. Nizamlı olaraq aparilan mammoqrafiya müayinəsi xəstənin həyatını qurtarır və cəmiyyətdəki süd vəzisi xərçəngi səbəbiyle yaranan ölüm səviyyəsini aşağı salir. Və mammoqrafiya müayinəsi zamanı alınan radiasiya şüası ağciyərin rentgenoloji müayinəsindəkindən daha az dozadadır.

BİOPSİYA: Süd vəzisi toxumasından nümunə alınıb, uyğun şəraitdə dondurulub, kəsilib, boyanıb, mikroskop altında incələnməsidir. Bu yolla əldə edilən diaqnoz histopatoloji diaqnozdur və süd vəzisi xərçənginin dəqiq diaqnozunun tək yoludur. Biopsiya iki yolla alına bilər: iynə biopsiyası və cərrahi biopsiya. Iynə biopsiyası şübhəli sahə və ya kütlədən iynə köməkliyi ilə toxuma nümunəsinin alınmasıdır. Cərrahi biopsiya isə əməliyyatxana şəraitində şübhəli sahə və ya kütlənin tamamilə çıxarılmasıdır.

Sağlamlıq     Baxılıb: 2771   Tarix: 11 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

turlar.az

donlar 2025 qadin sayti makiyaj etmek qaydalari hamiləlikdə qidalanma cəmiyyət cinsi heyat bürclər kosmetika faydalı bilgilər sekis novruz hakıştası şəhid 8 mart