Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi

Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsiÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri tövsiyə edirlər ki, həm təbii (ana südü ilə), həm də süni qida (süni süd qarışıqları) qəbul edən uşaqların rasionuna əlavə qidaları (sıyıqlar, şirə, püre və s.) 6 aydan başlayaraq daxil etmək olar.
Çünki bu dövrədək körpə orqanizmi yeni qidanı həzm etməyə hazır olmur. 5-6 ayına qədər əlavə qidaları qəbul etməyə başlayan uşaqlarda allergiyalara və mədə-bağırsaq pozulmalarına daha tez-tez hallarda təsadüf edilir.
Əlavə qidaya tədriclə, kiçik dozalarla başlayın. Əsas qidalanmadan sonra yeni qidanı körpənin ağzına damızdırmaq və ya çay qaşığının ucunda vərmək lazımdır. Günbəgün əlavə qidanın miqdarını artırın.
Yeni qidanın ilk dozası nə qədər az olarsa və gec artırılarsa, atopik dermatitlərin (diatez) baş vermə ehtimalı bir o qədər azalar.
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
Hər yeni qida əsas qidadan sonra və ya mümkün olarsa, əsas qidaya qatılaraq verilir. Körpənin qida rasionuna 7-10 gün ərzində 1 növdən artıq əlavə qida daxil etməyin. Çünki körpənin yeni qidaya alışması üçün ən azı 7 gün təndə 3 gün qalmış və peyvənd edildikdən 3 gün sonra, dişlər çıxan zaman ilk 1 həftə ərzində, tənəffüs yollarının virus infeksiyaları və digər kəskin xəstəliklər zamanı da körpələrin qida rasionuna yeni qida məhsulunun əlavə edilməsi məsləhət olunmur.
Nəzərə almaq lazımdır ki, bəzən yeni qidanın tamı körpənin xoşuna gəlməyə bilər. Bu halda o, yeni qidanı tüpürəcək və ya ondan imtina edəcək. Bu halda həmin qidanı təkrarən bir neçə dəfə ona yedizdirməyə çalışın, ancaq körpəni zorla yeməyə vadar etməyin.
6 ayından sonra uşaq orqanizmində müəyyən mikroelementlərin (xüsusən dəmirin və sinkin) defisiti yaranın ki, bu mikroelementləri mütləq bərpa etmək lazımdır. Beləliklə, hansı əlavə qidalarından başlamaq lazımdır?
onra sıyıqlara uşaqlar üçün xüsusi buraxılan quru süd, ana südü və ya süni süd əlavə etmək olar (və
6 ayından başlayaraq körpələrə əvvəl sıyıqlar vermək lazımdır. Hipoallergen sıyıqlardan başlayın - düyü, qarabaşaq ("qreçka"), qarğıdalı. Bu yarmalarda uşaqlarda tez-tez allergik reaksiyalara səbəb olan bitki mənşəli zülal "qluten" yoxdur. Daha sonra manna (bu yarmanı tez-tez vermək olmaz), yulaf və s. yarmalarından hazırlanan sıyıqları vermək olar. Sıyıqları verməyə başladıqda uşaqlar üçün olan hazır sıyıqlara üstünlük verin (sıyıq uşağın yaşına uyğun olmalı və tanınmış istehsalçı tərəfindən istehsal olunmalıdır). Ev şəraitində hazırlanan sıyıqlarla müqayisədə hazır sıyıqlara körpə daha asan uyğunlaşır, bu sıyıqlara allergik və s. reaksiyalar daha az-az hallarda olur.
Əvvəl südsüz sıyıqlardan başlayın, daha s ya hazır südlü sıyıqları almaq olar). Nəzərinizə çatdıraq ki, inək (və ya keçi) südü uşağın pəhrizinə yalnız 1 yaşından (bəzi pediatrların fikirinə görə, 2 yaşından) sonra daxil etmək olar.
6-aylıq körpə gün ərzində adətən 5 dəfə qida qəbul edir (1 dəfə sıyıq, 4 dəfə ana südü və ya süni süd).
2-ci əlavə qida kimi körpələrin menyusuna meyvə və tərəvəzlər daxil olunmalıdır. İlk növbədə gül kələmi, kartof, yunan qadağından (meyvələrdən — alma və banandan) başlamaq olar. Əvvəl bir növ tərəvəz və ya meyvədən başlamaq lazımdır (məsələn, kartof püresi). Sonra isə püreyə tədricən bir neçə digər tərəvəz daxil etmək olar (məsələn, kartof + gül kələmi, sonra kartof + gül kələmi + kök və s.). Daha sonra uşağın pəhrizinə kök, balqabaq, pomidor, noxud, lobya, ispanaq və s. əlavə olunur.
Bir çox hallarda uşaqlar tərəvəzlərə qarşı ehtiyatlı olurlar. Tez bir zamanda siz də uşağınızın hansısa bir neçə tərəvəzi "sevmədiyini" aşkar edə biləcəksiniz. Onlara bu tərəvəzləri məcburi olaraq yedirtməyin, ancaq hər ay onlara təklif edin. Bir çox uşaqlar, tərəvəzlər azca (!) duzlanmış olduqda onları daha yaxşı yeyirlər. Tərəvəz pürelərinə az miqdarda bitki yağı (xüsusən zeytun yağı) əlavə etmək olar.
Tərəvəzlərin miqdarını artırmağa tələsməyin, uşağın mədə-bağırsaq sisteminin onlara uyğunlaşmasına vaxt verin. Əgər tərəvəzin qəbulundla olmaqla yenidən verin. Çuğundur uşağın nəcisini və sidiyini qırmızı rəngə boyayır. Uşağa çuğundur yan sonra uşağın nəcisi sulu şəkildə olarsa, onlara bu tərəvəzləri verməyin, bir aydan sonra isə kiçik paylaredirtməyinizi yadınızda saxlayın ki, sonra bunun səbəbinin "qan qarışığı" olmasını düşünərək təşvişə düşməyəsiniz.
Meyvə və tərəvəzlər mütləq mövsümi olmalıdır (yəni qışda ərik, şaftalı, badımcan və s. vermək olmaz). Tərəvəzləri az miqdarda suda və ya buğda bişirmək və sonra blenderdə əzmək lazımdır.
Daha sonra püreni sürtgəcdən keçirməklə və ya çəngəllə əzməklə də vermək olar. Belə qida dərhal udulmur, müəyyən bir müddət ərzində ağızda saxlanılaraq çeynəmə refleksinin formalaşmasına kömək edir. Belə qidanın verilməsi 7 ayına qədər baş verməzsə, gələcəkdə uşağın çeynəməsində və bərk qidanı udmasında müəyyən problemlər yarana bilər və o belə qidanı qəbul edəndə boğula bilər və ya qidanı qusa bilər.
Uşaq bərk qidanın qəbul edilməsinə hazır olduqda (lazım olan reflekslər, həmçinin çeynəmə refleksi formalaşdıqda; qida fermentləri aktiv olduqda; dişlər çıxdıqda) – bu, uşağın 8-9-cu aylarına təsadüf edir – onun qidasına tikə-tikə olan yeməklər də əlavə oluna bilər. Bu zaman uşağa qabığı soyulmuş çiy armud, alma, kök, çörək və ya peçenye tikəsi də vermək olar. Uşagın dişlərinin sayı 6-8-ə çatdıqda ona daha uzun müddət çeynənmə tələb edən qidalar da vermək olar.

Uşağın ilk 6-8 aylığında bütün meyvələr (banandan savayı) suda bişmiş şəkildə verilir. Meyvəni az miqdarda suda bişirmək, sonra az miqdarda şəkər tozu əlavə edərək blenderdə əzmək lazımdır. Adətən, uşaqlara alma, şaftalı, armud, ərik, qara gavalı və s. meyvələr verilir. Uşağın iştahasından və mənimsəməsindən asılı olaraq, meyvələri uşağa istənilən qidalandırılma zamanı (meyvə püresinə uşaq üçün olan xüsusi peçenye və ya suxarı əlavə etmək olar), hətta gün ərzində iki dəfə də vermək olar.
Uşaqlar üçün olan hazır meyvə və tərəvəzlər konservlərindən istifadə edilməsi (xüsusən yeni qidalara uşaq təzəcə öyrəşdikdə) daha yaxşıdır.
Müxtəlif meyvə şirələrini uşağın pəhrizinə meyvələri daxil etdikdən sonra daxil etmək olar. 1 yaşlı uşağa təxminən 70-100 ml şirə vermək olar. Şirəni şürəçəkəndə yox, əl ilə çəkmək daha yaxşıdır ki, bu halda meyvədə olan bütün xeyirli maddələr saxlanılır. Şirəni çəkdikdən sonra dərhal uşağa vermək lazımdır.
Hər bir meyvəyə öyrəşmək üçün uşağa müəyyən bir vaxt vermək lazımdır. Bir çox uşaqlara bir dəfəyə 50-60 qr meyvə verilməsi kifayət edir.
Meyvələr, xüsusən də qara gavalı uşağın nəcis ifrazının tənzimlənməsinə çox yaxşı kömək edir. Qara gavalı yüngül işlədici təsirə malikdir, ona görə də xroniki qəbizliyi olan uşaqlar üçün o, ikiqat qiymətli hesab olunur. Belə uşaqlara gün ərzində bir qidalanma zamanı sürtgəcdən keçirilmiş qara gavalı, digər qidalanma zamanı isə hər hansı digər meyvələr vermək olar.
Əksinə, əgər sizin uşağınızda tez-tez ishal olursa, meyvələri ona gün ərzində yalnız bir dəfə vermək, qara gavalını isə onun qida rasionundan, ümumiyyətlə, çıxarmaq lazımdır.
6-7 aylığından başlayaraq (ailə üzvlərində irsi olaraq allergiya olarsa, bu halda 8 aylığından etibarən) uşağa yumurta sarısı verməyə başlamaq olar. Yumurta sarısını suda bərk halda olmaqla bişirdikdən sonra (20 dəqiqə ərzində) vermək olar, çünki istənilən qida məhsulu nə qədər çox bişirilərsə, allergiyanın baş vermə ehtimalı o qədər azalmış olur. Yumurta sarısını sıyıq və ya tərəvəz püresi ilə qarışdırmaq olar. Uşağın qida rasionuna ət daxil etdikdə isə, yumurta sarısını səhər və ya axşam yeməyinə, əti isə onun günorta yeməyinə salmaq olar. 1 yaşına qədər uşağa həftədə 2-3 dəfə olmaqla 1/2 yumurta sarısı vermək olar.
3-cü əlavə qida kimi uşağın pəhrizinə (uşağın 8 ayından başlayaraq) ət əlavə olunur. Ət uşaqlar üçün çox xeyirli olan bir qida məhsuludur. Həftə ərzində 2-3 dəfə ət vermək olar (müxtəlif tərəvəzlər əlavə olunmuş suplar şəklində). Bunu yağsız mal ətindən başlamaq, sonra isə ona dana, qoyun, toyuq əti, qara ciyər də vermək olar.
9 ayından sonra uşağın qida rasionuna yağlı olmayan ağ balıq (xanı balığı, treska, kambala) əlavə etməyə icazə verilir (balıq az suda bişirilir və ya buğda hazırlanıb püre şəklində uşağa verilir). Təəssüflər osun ki, bir çox uşaqlar balıq yeməyi sevmirlər. Bu halda onları balıq yeməyə məcbur etməyin. Lakin bu zaman uşaqda allergik reaksiyaların (səpgilər, nəcisin dəyişilməsi və s.) olub-olmamasına fikir vermək lazımdır (balıq allergik xüsusiyyətlərinə malikdir).
8 aylığında uşaq 4-5 dəfə qida qəbul edir. 3-4 dəfə əlavə qidalar (sıyıq, meyvə, tərəvəz, ət, süd məhsulları — xüsusi uşaq üçün olan kəsmik, yoqurt, kefir), 1-2 dəfə isə ana südü və ya süni süd verilə bilər.
Bundan əlavə uşağa xüsusi uşaq üçün buraxılan suxarı (tərəvəz pürelərinə və suplara əlavə etmək olar), peçenye (meyvə pürelərinə əlavə etmək olar) və çörək vermək olar.
Bir yaşına kimi uşağa bal, suda bişmiş ilıq yumurta, yağlı, duzlu, qızarmış yeməklər, şəkər, qazlı sular vermək olmaz.
Beləliklə, 6 aylığından etibarən sizin uşağınızın qida rasionuna sıyıqlar, yumurta sarısı, meyvələr, tərəvəzlər və ət kimi qida məhsulları daxil edilir. Adətən, onların uşağa verilməsi aşağıdakı kimi paylaşdırılır: sıyıq və yumurta sarısı səhər yeməyində, ət və tərəvəzlər nahar zamanı, sıyıq və meyvələr axşam yeməyində. Ancaq bunu dəyişilməz qayda kimi də qəbul etmək lazım deyil. Uşağınızı sizə və ona rahat olan kimi də qidalandıra bilərsiniz. Əgər uşağın nəcisi bərkdirsə, hər axşam yeməyi zamanı ona sıyıq və qara gavalı, səhər yeməyinə isə əlavə olaraq digər meyvələr vermək olar.
Bəzi hallarda (uşaqda raxit, dəmirdefisitli anemiya, həzm sistemi pozulmaları olduqda və s.) uşağın rasionuna əlavə qidaların daxil olunması digər sxem üzrə həyata keçirilə bilər. Bu halda həkim belə uşaq üçün xüsusi sxem hazırlaya bilər.

Ailə və Uşaq     Baxılıb: 811   Tarix: 11 oktyabr 2021
f Paylaş


DİGƏR XƏBƏRLƏR

Uşaqlarda eşitmə problemi

Eşitmə problemi olan bir uşaq, danışmağı öyrənə bilməz və ətrafıyla ünsiyyətdə problemlər yaşayar. Odur ki, uşağınız doğulduğu ilk gündən etibarən onu daim nəzarətdə saxlamalı, şübhəli bir hal müşahidə etdikdə həkimə müraciə

Körpələrdə qulaq ağrısı

Körpələr tez-tez ağlayır. Bunun səbəbləri müxtəlif ola bilər. - uşaq acdır, onu köp və sancılar narahat edir, ona isti və ya soyuqdur, "pampers" yaşdır və s. Körpə uşaq öz "dərdini" yalnız ağlamaqla biz

UŞAQLARDA PSİXOLOJİ TRAVMALARI YARADAN SƏBƏBLƏR

Psixoloji travma nədir?. Hər hansı hadisə və ya epizoda qarşı reaksiya və prosesdir.Travmalar uşağın dünyaya baxışını dəyişir.Travmalar həm psixoloji, həm də fizioloji ola bilər. Lakin biz stress və travma arasındakı fərq

Uşaqların böyrəyini qorumaq üçün valideynlərə 10 QIZIL MƏSLƏHƏT

Tez-tez tualetə getmə, ürəkbulanma, qusma kimi şikayətlərlə uşaqlarda özünü göstərə bilən böyrək xəstəlikləri bəzən heç bir əlamət göstərmədən üzə çıxır. Uşaqlarda böyüdükcə böyrək çatışmazlığına qədər gedib çıxa bilən cidd

Uşaqlarda HƏRARƏTİN ölçülməsi. Anaların bilmədiyi incəliklər

Hərarətin ölçülməsi ən sadə tibbi manipulyasiya olsa da bir çox valideynlər bunu düzgün etmir. - Hansı nahiyədə ölçmək daha yaxşıdır – qoltuq altında, duz bağırsaqda, dəridə, qulaqda? Qoltuğaltı nahiyəsində ölçmək daha yaxşıdır

Normal uşağın boyu ildə nə qədər artmalıdır?

Bir sıra xəstəliklər kimi keçid dövründə uşaqlarda meydana gələn boy patologiyalarında da son zamanlar çoxalma müşahidə olunur. Belə ki, cırtdanboyluqla əlaqədar müraciətlərin sayı digər illərə nisbətən artıb. Bu patologiyay

Uşaqları soyuq aylarda necə geyindirməli?

Qış ayı yaxınlaşır. Havalar artıq soyuyub. Bu mövsümdə anaları düşündürən məsələlərdən biri də körpəsinin üşüyüb üşüməməsidir. Bəzi analar uşaqlarının üşüdüyünü düşünərək çox qalın geyindirir. Bəs bu doğrudurmu?. körpəni

Uşaqlarda Bu Əlamətlər Varsa, Test Olunmalıdır – Baş Pediatr Açıqladı

"Koronavirus bəzi risk qrupu olan uşaqlarda ağır keçir. 1 yaşdan kiçik uşaqlar, yanaşı xroniki xəstəliyi, böyrək, ürək, ağciyər, serebral iflic, xərçəng kimi xəstəliyi olan uşaqlar yeni növ koronavirusu ağır keçirə bilər

Uşaqlı ailələr ev təmizliyində nəyə diqqət etməli?

1. Evi havalandırmalı. Gigiyenanı təmin etməyin ən əsas yolu evi havalandırmaqdır. Qapalı məkanlarda mikrobların çoxalması artır. Gündəlik olaraq otaqların havasını dəyişin. Təmiz hava uşaqların sağlamlığı üçün olduqca faydalıdır


sebet.az onlayn maqazin mp3 yukle
Mp3 yukle sayti


vizalar.az
viza desteyi


biletler.az
avia biletler


turlar.az

sonxeber.az qis geyimləri 2021 gözəllik məhsulları reseptler cinsi heyat asan körpəyə qulluq qurd xəstəlikləri kosmetika xoşbəxtliyini yolu at iıi