Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imişAzərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qida yüksək protein, B12 vitamini və bədən tərəfindən asan mənimsənilən dəmir anbarıdır.
Milli.Az xəbər verir ki, dalaq qaraciyər və ürəyin ləzzətini xatırladan intensiv ətri və yüngül şirin dadı ilə fərqlənir.
Dana dalağı bədən tərəfindən çox sürətlə sorulan dəmir baxımından olduqca zəngindir. Bu xüsusiyyəti sayəsində qırmızı qan hüceyrələrinin istehsalını artıraraq qanazlığı (anemiya) ilə mübarizədə mühüm rol oynayır.
Tərkibindəki yüksək B12 vitamini sinir sisteminin sağlamlığını qoruyarkən, sink və selenyum kimi minerallar immunitet sistemini gücləndirir və dərinin yenilənməsinə kömək edir. Eyni zamanda kalium və fosfor mənbəyi olduğu üçün əzələ funksiyalarını və bədənin elektrolit balansını tənzimləyir.
Yüksək keyfiyyətli protein tərkibi ilə əzələ və toxuma bərpasına dəstək olur. Bu, xüsusilə idmançılar və inkişafda olan uşaqlar üçün təbii və güclü bir qida mənbəyidir.
Dalağın sərtləşməməsi üçün düzgün bişirmə metodları seçilməlidir:
Izqara və ya Qovurma: Dilimlənərək müxtəlif ədviyyatlarla yüksək odda tez qızardıldıqda yumşaq qalır.
Buğlama və Pörtləmə: Təzə göyərtilər və soğanla birlikdə vam odda bişirildikdə öz şirəsini qoruyur.
Çörək arası və ya əzmə (pate) şəklində də təqdim edilə bilər.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1006   Tarix: 29 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

hamiləlik toy makiyaji sekilleri gozel gorunmek xina qoymaq qaydasi geyim kombinləri kivi murebbesi bürc xəbərləri kosmetika pehriz hesaplama bayati zəhmət ziyafet geyimleri