Sumqayıtda AĞIR YOL QƏZASI: Ölən və yaralılar var - VİDEO
Sumqayıt şəhəri ərazisində ağır tonnajlı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Xanim.az ARB TV-yə istinadən xəbər verir ki, ölümlə nəticələnən ağır qəza Bakı-Quba yolunun 63-cü km-də qeydə alınıb.
Hadisə "Man" markalı ağır tonnajlı yük avtomobili və "VAZ 2106" markalı minik avtomobilinin iştirakı ilə baş verib.
Nəticədə VAZ-ın sürücüsü, 59 yaşlı Tərlan Dadaşov dünyasını dəyişib, həyat yoldaşı və oğlu isə ağır vəziyyətdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Şahin Dadaşov (yaralı): "Biz sağ tərəfdə öz yolumuzla gedirdik. "Kamaz" sağ tərəfdən gəlib, bizim üstümüzə çıxıb, yolun qırağına atdı".
Məlumata görə, Quba istiqamətinə gedən yük maşını ötmə əməliyyatını düzgün yerinə yetirməyib, nəticədə onunla eyni istiqamətdə hərəkət edən minik avtomobilinə çırpılıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.
--------
Türkiyə vətəndaşı Azərbaycanda qəza törədib.
Xanim.az DİN-ə istinadən xəbər verir ki, martın 29-da saat 17.00 radələrində Xızı rayonunun Yaşma kəndində Türkiyə vətəndaşı Uyğun Ahmed Kadırın idarə etdiyi MAN və Şabran şəhər sakini Tərlan Dadaşovun idarə etdiyi VAZ-21063 markalı avtomobillər toqquşub.
Nəticədə T.Dadaşov hadisə yerində ölüb, iki sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Eşref Rüya' final edir - Tarix bilindi
Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir