Süni şəkildə yetişdirilən qarpızı necə tanıyaq? - Ekspert AÇIQLADI
"Mövsümündən əvvəl satışa çıxarılan meyvə və tərəvəzlər insan sağlamlığına ziyan vurur".
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, sağlamlığa zərər ən çox da allergik xəstəlikləri olan insanlarda özünü biruzə verir:
"Süni şəkildə istixana şəraitində yetişdirilən meyvə və tərəvəzlərin tərkibində azot və nitrat gübrəsi həddindən artıq çox olur. Həmçinin, onların yetişdirilməsi zamanı müxtəlif süni üsullardan da istifadə edilir. Bu da öz növbəsində insanların sağlamlığına mənfi təsir göstərir".
Ekspert son günlərdə qarpız və yemişin vaxtından əvvəl satışa çıxarılmasından da danışıb. O, vaxtından əvvəl satışa çıxarılan yemişlərin dadının və tamının fərqli olduğunu söyləyib:
"İndidən satışda olan hər hansısa bir yemişdən ona xas olan ətri gəlmir. Hərçənd ki, onun qoxusu aydın dərəcədə hiss olunmalıdır. Hazırda satışda olan yemişlərdən sanki plastik qoxu gəlir.
Daha dəqiq desək, yemişlərdən elə bil hansısa bir maddənin qoxusunun gəldiyi təəssüratı yaranır. Üstəlik, vaxtından əvvəl satışa çıxarılan yemişlərin dadı da olmur. Onlardan yemişdən daha çox xiyar tamı gəlir. Ən azından məndə belə qənaət yaradır".
Mütəxəssis qarpızla bağlı da eyni vəziyyətin hökm sürdüyündən bəhs edib:
"Əfsuslar olsun ki, mövsümü olmadan çox erkəndən qarpızlar satışa çıxarılır. Ancaq kimyəvi maddələr hesabına yetişdirilən yemiş və ya qarpız insan sağlamlığına ziyandan başqa bir şey deyil".
İlkin Şirinov təbii yolla yetişdirilən qarpızı necə tanıya biləcəyimizdən də söz açıb:
"Təbii yolla yetişdirilmiş qarpızın rəngi tünd yaşıl olmalıdır. Onun torpaq oturan hissəsi isə azacıq sarımtıl olur. Eyni zamanda, bu qarpızın üzərində hər hansısa çat falan olmur. Təbii yetişdirilən qarpızın suyu da bol olmamalıdır. Lakin süni şəkildə yetişdirilmiş qarpızı kəsəndə onun tərkibindəki suyun axdığı hiss olunur. Bütün bunlara fikir vermək lazımdır".
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi
10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi
İki dəfə boşanan aktyordan etiraf: 'Övladlarım yumorla yanaşır
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
Bahalı saatı gündəm oldu
62 yaşlı Monika Belluccinin sirri: hər gün 5 dəfə yeyir