Hər evdə var, amma bu təsirini çoxları bilmir

Hər evdə var, amma bu təsirini çoxları bilmirİspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub.
Milli.Az xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsinin beyin funksiyalarına təsiri öyrənilib.
"Antioxidants" jurnalında dərc olunan tədqiqata 42 orta yaşlı insan cəlb edilib. İştirakçılar üç ay ərzində hər gün 35 qram tomat pastası qəbul ediblər.
Araşdırmanın sonunda aparılan testlərdə iştirakçıların seçici diqqət göstəricilərinin yaxşılaşdığı, yaddaşlarında isə cüzi müsbət dəyişikliklərin olduğu müəyyən edilib.
İştirakçıların bir hissəsində aparılan beyin müayinələri də likopen səviyyəsinin artması ilə beynin müxtəlif nahiyələri arasındakı əlaqələrdə dəyişikliklərin baş verdiyini göstərib.
Qan analizləri zamanı tomat pastası qəbul edilən dövrdə qanda likopenin miqdarının əhəmiyyətli dərəcədə artdığı müəyyən olunub. Beynin inkişafı və fəaliyyətində rol oynayan BDNF zülalında da artım tendensiyası müşahidə edilib.
Mütəxəssislər bildirirlər ki, pomidorun bişirilməsi likopenin orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır. Bu səbəbdən bişmiş pomidor və tomat pastası çiy pomidorla müqayisədə daha əlçatan likopen mənbəyi hesab olunur.
Alimlər nəticələrin ümidverici olduğunu, lakin tomat pastasının beyində yaratdığı dəyişikliklərin uzunmüddətli təsirini müəyyən etmək üçün daha geniş araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
 

Xəbərlər     Baxılıb: 1047   Tarix: 13 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

turlar.az

geyim və ayaqqabılar geyim seçimi geyim şəkilləri uzun saclarin yigilmasi zirincin faydaları ciyer qovurma murebbelerin hazirlanmasi kosmetika kahfe falı qiz evi toyuq salati englishdilində qulaq olumu