Sünnət edilən qızlar, kişilərin dünyanı silkələyən DƏHŞƏTLİ ƏMƏLLƏRİ VƏ... - ARAŞDIRMA

Sünnət edilən qızlar, kişilərin dünyanı silkələyən DƏHŞƏTLİ ƏMƏLLƏRİ VƏ... - ARAŞDIRMABilirsiniz, dünyada hər ötən dəqiqə 225 körpə doğulur. Bəs onu da bilirsinizmi ki, hər ötən dəqiqə bu dünyadan doğum üstə olan bir ana əksilir? Hər ötən gün ərzində övladını doğub, özü qürub edən anaların sayı 1500-ə çatır. Bəlkə də onların tam yarısı üçün bu ölüm qurtuluş olur. "Kişi" "sığal"ından göyərən bədənini, hər məsaməsi zorlanmış göynəyən qabığını, soyunan yaralı ruhunu nəm buludlarla sağaltmaq üçün göyə uçur. Bəlkə də döyüb-söyəcək körpə oğlundan, döyülüb-söyüləcək süd qoxulu qızının gözlərinin alovunda yanmaqdan qaçır qadın...

Bu gün bizimlə eyni havanı udan, bir torpağa ayaq basan qadınların tam yarısı fiziki və mənəvi şiddətə məruz qalır. Ümumiyyətlə, şiddətdən uzaq ömür sürən heç olmasa bir qadın göstərin mənə...

- Tərəf müqabili tərəfindən (döyülmə, psixoloji işgəncə, nikah əsnasında zorlanma, qətlə yetirilmə) şiddət

- Seksual zorakılıq və təcavüz (cinsi əlaqə, yaşından asılı olmayaraq cinsi istismar, məcburi nikah, küçə təcavüzü, kiberizləmə (virtual zorakılığa cəhd) və s.)

- İnsan alveri (köləlik, cinsi istismar)

- Qadın cinsiyyət orqanını iflic edən cərrahiyə əməliyyatları

- Azyaşlıların nikahı

Publika.az mövzu ilə bağlı araşdırmasını təqdim edir:

Həyatının istənilən anında seksual, yaxud psixoloji şiddətə məruz qalan qadının həm sağlamlığı, həm də gələcəyi böyük zərbə alır. Kiçik yaşda seksual şiddət görən qızcığazın gələcək təhsili də, taleyi də məhvə sürüklənir.

Ötən ilin avqust ayında Rusiyanın hüquq-mühafizə orqanlarının araşdırmasından sonra Dağıstanın bir sıra kəndlərində hələ də qız sünnətinin gerçəkləşdirildiyi bildirildi. Bu əməliyyat qadın cinsiyyət orqanının bir hissəsinin kəsilməsindən ibarətdir. Ənənəvi ayin halına gələn qız sünnəti 2012-ci ildə BMT tərəfindən insan hüquqlarının pozulması kimi dəyərləndirildi.

2016-cı il YUNİSEF-in hesablamalarına görə isə, dünyada tibbi göstəriş olmadan 200 min qız üzərində sünnət əməliyyatı aparılıb. Bir sıra xalqlar bu ayini 5 yaşlı qızlarda, digərləri isə cinsi yetkinlik həddinə çatanda həyata keçirirlər. Qadın sünnəti nəinki fiziki, eyni zamanda,psixoloji işgəncə sayılır. Çünki çox vaxt bu prosedur anesteziya vurulmadan gerçəkləşdirilir. Qeyri-iradi sidik buraxma, aybaşı pozğunluğu, sonsuzluq, qanaxma, bir sıra infeksiyalar və doğuş zamanı müxtəlif problemlərlə müşaiət olunur.

Bu vəhşi dünyanın qanunlarına əsasən aparılan "əməliyyat" çox vaxt sterilizə olunmuş tibbi bıçaqla deyil, şüşə, daş, təraş bıçağı, hətta dırnaqla yerinə yetirilir. 2007-ci ildə Uqanda Respublikasında 30 qızın sünnətində eyni bıçaqdan istifadə olunmuşdu. Üstəlik valideynlərin yalnız bir neçə faizi keyidici iynə alıb övladlarının ağrısını xəfiflətmişdi.

Bu zülmün səbəbini soruşsanız, çox sadə cavabı var. Ailə quran günədək qızların cinsi istəkləri oyanmasın. Namusunu qızlarının cinsiyyət orqanı ilə kəsib atan atalar onların işıqlı gələcəyini də əllərindən alır. Əvəzində isə ehtirası sönmüş sünnətli qız cənnətə daha yaxındır deyirlər. Amma mən hətta sünnət olunmamış qızın da sünnətli kişiləri cinsi istismar etdiyini eşitməmişəm.

Çünki, statistikanı izləsək, görəcəyik ki, kişilər cinayətə daha çox meylli olurlar.

Məsələn, ən ağır cinayətlərdə 120 kişi ilə 21 qadın nisbəti olur. Bədənə ağır xətər yetirmə 256 kişiyə cəmi 24 qadın rəqib göstərə bilərik. Cinsi istismarda isə birmənalı olaraq zorlayan kişilər, zorlanan qadınlardır.

İlahiyyatçı Sevinc Aslanova qadın sünnətinin heç bir dinə görə yolverilən olmadığını bildirir.

- Qızların sünnət edilməsi adəti Afrika və Yaxın şərqdə yaşayan bəzi xalqlarda və qəbilələrdə mövcud olmuş ənənədir. Bu daha çox isti iqlimə malik olan yerlərdə tətbiq edilib. İslamdan əvvəl və sonra ərəblərdə də belə adət mövcud olub. Qeyd edək ki, bu, dinə deyil, onların öz adətlərinə əsaslanır. İslam dinində oğlan uşaqlarının sünnət olunması buyurulub. Qızların sünnət olunmasına dair isə hər hansı bir əmr yoxdur. Digər səmavi dinlərdə də belə bir əmr mövcud deyildir.
Qadına qarşı şiddət İslam dinində yolveriləndirmi? Buna görə cəzalar nə dərəcədə ağır olur?

- İslam dinində qadına qarşı şiddət yoxdur. İslamdan əvvəl Ərəbistan yarımadasında qadınlara qarşı münasibət ümumən mənfi idi, hətta bəzən qız uşaqları diri-diri torpağa basdırılırdı. Qızı dünyaya gələn kişi utandığından camaatının arasına çıxmaz, insanlardan gizlənərdi. İslam dinində isə qadınların hüquqları qorunur, onlara qarşı şiddət qəti şəkildə qəbul edilmir. Peyğəmbərimiz (s.ə.v) öz hədislərində kişilərə üzünü tutaraq qadınlara qarşı mülayim olmalarını buyurmuşdur. Hətta müsəlmanlara son müraciəti olan Vida xütbəsində də kişilərə müraciət edərək qadınların hüquqlarına riayət etmələrini söyləmiş, "Qadınların haqlarına riayət edin. Bu barədə Allahdan qorxun. Qadınlar Allahın sizə olan əmanətləridir" – buyurmuşdur.
Sünnət edilən qızlar, kişilərin dünyanı silkələyən DƏHŞƏTLİ ƏMƏLLƏRİ VƏ... - ARAŞDIRMAHollandiyada yaşayıb, fəaliyyət göstərən siyasi xadim, "Avrasiya" qadınlar dərnəyinin sədri Hüseynqulu xan Qacarın soyundan olan Fatma Aktaş isə din faktorunun qadına qarşı şiddətə təkan verdiyini bildirir.

- Tarixən türklər qadın və kişi bərabərliyini önə çəkən xalq olublar. "Dədə Qorqud" dastanında da Qan Turalı qadını kişidən üstün tutur. Bu fikir Oğuz boylarının hamısında qabarıq təqdim olunur. Çünki ta qədimdən biz qadına şiddəti lənətləyən, onu hər şeydən üstün tutan cəmiyyət sayılmışıq. İslam dininə keçid isə qadının qarşısında bir sıra sədlər yaradıb. Təbii ki, yalnız dini hədəf göstərmək doğru olmaz. Amma insan özündən, mədəniyyətindən uzaqlaşdıqca, bir sıra dəyərlərini də itirir. Azad türk qadını hicaba bürünərsə, təhsildən uzaq qalıb erkən yaşda ailə qurarsa, hüquqları da əlindən alınar, ətrafı da ona qarşı şiddətdən çəkinməz. Qan Turalının kəlamlarını bir sıra dillərə tərcümə edib bütün konfranslarımızda səsləndiririk. Bununla əsl türk kişisinin qadınına verdiyi dəyəri göstəririk.

Dünyanın müxtəlif ölkələrində dərnəyimizlə birgə qadına qarşı şiddət mövzusunda konfranslar təşkil edirik. İndiyədək bu mövzuda 40-dan çox layihəmiz olub. Əsasən müharibədə şiddət görən qadınlar, ailədaxili şiddət, namus və ənənə pərdəsinə bürünən zorakılıq, eləcə də böyük toplumlarda gənc qızlara qarşı şiddət mövzularına həsr etmişik.

- Fatma xanım, bəs bizi qərb qadınlarından daha aciz qılan nədir?

- Holland qadınları şiddətə qarşı daha güclüdürlər. Tabuları dəf etməyi bacarıblar. Bizim türk qadınları isə ailə, toplum və ətrafın qınaq obyektidirlər. Cəmiyyət onları bir çərçivəyə salıb ki, qorxularından tərpənə bilmirlər. Holland mədəniyyəti bu qadağaları çoxdan məhv edib. Hollandlar bu yolda böyük əmək sərf ediblər. Çünki Avropada da tarixən qadınları gah cadugər kimi ocaqda yandırıblar, gah da hüquqlarını qısıtlayıb təhsil almağa icazə verməyiblər. Bizsə əksinə olduqca tolerant xalq olmuşuq. Etnik və dini təsirlər mental dəyərlərimiz dəyişib. Nə yazıq ki, vətənimizdə bu gün qadına qarşı şiddət susmur. Hesab edirəm ki, titrəyib özümüzə gəlməliyik. Dövlət qadına sosial haqq və dəstək verməlidir. Qərb bu səddləri dəf edib. Qadınına sahib çıxır. Elə bilməyin ki, şiddət görən yalnız savadsız qadınlardır. Hətta elm xadimləri, güclü karyerası olan qadınlar da zorakılığa məruz qalırlar.

- Avropada yaşayan şərq qadınlarının durumu bu gün nə dərəcədə ürəkaçandır?

- Vəqfimizdə sosial məsləhətxana fəaliyyət göstərir. Hər gün səhər saat 9-12 arası şiddət görən, maddi təminatsızlıqdan əziyyət çəkən qadınlar bizə müraciət edirlər. Əlimizdən gəldiyi qədər həm maddi həm də hüquqi yardım göstəririk. İki həftə öncə bizə kürd qız müraciət etmişdi. Əslən Türkiyənin Elazığ bölgəsindəndir, Hollandiyada yaşayır. Həm valideynləri tərəfindən şiddətə məruz qalıb, həm də zorla evləndirilib. İndi iki övladı var. Valideynləri miraslarını böləndə onu nəzərə almırlar. Çünki qız övladıdır. Bir yandan da həyat yoldaşı tərəfindən fiziki işgəncəyə uğrayır. Valideynlər rəsmən boşanmasına da icazə vermirlər ki, namusumuzla oynama. Baxın, bu gün Hollandiya kimi ölkədə bu hal baş verirsə, görün, şərqin durumu necə acınacaqlıdır. Halbuki Atatürk türk qadınını baş tacı etmişdi, ilk feminist konqresinin əsasını da o qoymuşdu. Bu baxımdan analar yumruq olmalıdır. Oğullarını fərqli şəkildə tərbiyələndirməlidirlər. Ailədə bərabərlik daha təmiz, daha rahat dünya deməkdir.
İlin bir günü biz qadınları doğduğumuz kişilərdən qoruyan tarix kimi qeyd olunur. 1999-cu il BMT-nin Baş Assambleyası 25 noyabrında qadına qarşı şiddətlə mübarizə günü elan edir. Həmin tarix BMT tərəfindən təsadüfi seçilməmişdi. Çünki 1961-ci ilin 25 noyabrında Dominikan Respublikasının diktatoru Rafael Truxilyonun əmri ilə siyasi fəallardan olan Mirabal bacıları vəhşicəsinə qətlə yetirilmişdilər.

O vaxtdan bəri ağ lent qadına qarşı hər cür şiddətlə mübarizənin simvolu sayılır. Bu cəmiyyət illərdir məni, anamı, bacımı zorakılıqdan qorumaq üçün hansı yollara əl atmayıb ki?! Amma beynimizi yeyən kar uğultu susmur ki, susmur.

Qadın zorakılığna qarşı diqqətçəkən kampaniyaların biri də 2016-cı ildə feysbukda yarandı. Bu kampaniyanın əsas məqsədi ailədaxili şiddətə məruz qalan qadınların üzərinə diqqət çəkmək idi. Ovcunun içərisinə qara nöqtə çəkib sosial hesabında paylaşan qadınlar ciddi təhlükə ilə üz-üzə olduqlarını bildirir, və kömək istəyirdilər. Lakin bu məlumat kifayət qədər gizli saxlanılırdı ki, həmcinslərim ikiqat təhlükə ilə qarşılaşmasınlar. Elə ilk sutka ərzində dünyanın hər nöqtəsindən 6000 qadın ovcunda qara nöqtə ilə şəkil paylaşdı. Hüquq mühafizə orqanlarına xəbər verildi.
Sünnət edilən qızlar, kişilərin dünyanı silkələyən DƏHŞƏTLİ ƏMƏLLƏRİ VƏ... - ARAŞDIRMAHəmin kampaniyanın təşkilatçılarından biri olan "Femmes et Féministes Insoumises" adlı rəsmi səhifə ilə əlaqə saxladım. Təşkilatın yaradıcısı Kristin bildirdi ki, bu gün dünyanın hər yerində olduğu kimi Fransada da qadına qarşı zorakılıq halları susmur.

- Düşünürəm ki, 1980-ci ildən sonra doğulan qadınlar daha azad ruhludurlar. Məsələn mən anama baxanda, cəmiyyətdən daha böyük aslılığının, tək qalmaq qorxusunun yüksək həddə olduğunun şahidi oluram. Sanki anamla eyni illərdə doğulan qadınlarımız şiddətə daha dözümlü yanaşırlar. İşdən çıxarılmaq qorxusu belə onlarda daha güclüdür. Lakin mən qadının istənilən ədalətsizlikdən daha güclü olduğuna əminəm. Onları tam müstəqil etmək üçün qarşımızda hələ çox iş var mən bir feminist kimi bunun üçün az da olsa çalışıram.

Həmsöhbətimdən fərqli olaraq mən feminist deyiləm. Üzərimə götürmək istəmədiyim böyük məsuliyyəti var, amma mən qadının tükənməyən gücünə inanıram və belə tez təslim olub, cəhalətə sürüklənməyini istəmirəm.

- Bəs əslində feminizm nədir?

- Sözün kökü "femina" latın dilində qadın deməkdir. Feminizm termini publisistikada ilk dəfə XIX əsrin sonlarında yaranıb. Elə o vaxtdan "kişilik" anlayışı ilə yanaşı, "femminlik" də istifadə edilməyə başlanıb. XX əsrin əvvəllərində bu cərəyan daha geniş vüsət alaraq öz seçki hüquqlarını tələb edən qadınlara aid olunmağa başlanıb. Avropa qadını var gücünü öz seçki hüquqları uğrunda mübarizəyə həsr edib. Məsələn, İtaliya öz qadınına səsvermə hüququnu 1948, Fransa isə 1951-ci ildə verib. Azərbaycan xanımı isə bildiyimiz kimi, 1918-ci ildən bəri səsvermə hüququndan yararlanır. Maraqlı təzad... Demək ki, Avropanın mərkəzində qadınlar özlərini sübut etmək üçün mübarizə apararkən, Azərbaycan xanımı artıq cəmiyyətdə layiqli yerini tuturdu. Hətta yaxınlarda bir fakt oxudum, günü bu gün qadınları ən çox zorakılığa məruz qalan ölkələr siyahısında ilk sıralarda İsveçin də adı var. Tənbəllik eləməyib, bir neçə isveçli xanımla əlaqə saxladım. Hamısı da faktı təsdiqlədilər. Yəni cinsi bərabərliyi elə kağız üzərində qalan Avropada hələ də qadınlar təcavüzə uğrayır.
Feminizimin ilk cizgiləri qədim dövrə gedib çıxır. Antik yunan alimi Platon "Dövlət" əsərində kişilərlə yanaşı, qadınların da hakimiyyətə gəlməyində bir qüsur görmürdü. Düşünürdü ki, qadın kifayət gədər müdrik və savadlıdırsa, demək hüquqları da kişi ilə bərabər olmalıdır.

Planetin ilk feminist qadını, kişilərin qatı düşməni XVIII əsrdə yaşamış Meri Yostonkraft sayılır. Meri qadınların azadlığını təbliğ edən çoxsaylı əsərlərin müəllifidir. Ən qalmaqallı fikri isə "Qadınlar öz talelərilə bağlı sərbəst qərar verə bilərlər" olmuşdu. Buna görə xanım Yonstonkraft dəfələrlə təzyiqlərə məruz qalmışdı.

Feministlərin ikinci dalğası sahilə daha sərt çırpıldı. XX əsrin ortalarında səsvermə hüququ qazanan qadınlar indi də siyasətdə yaxından iştirak etmək istəklərini dilə gətirir, bununla da kifayətlənməyib, nümayişlərə çıxırdılar.

Beləcə zaman öz axarı ilə ötüb keçir, təqvimin yarpaqları xəzan yeli kimi yerə səpələnir, amma qadın hələ də cəmiyyətdə özünü sübut etməyə çalışır. Hətta hürr həyatına həsədlə baxdığımız Avropa qadınına belə, kişilər- "dirijor olmaq sənin işin deyil"- deyib, özgüvənini sarsıdır.
Fransız pedaqoq, Üget Roz isə qeyd edir ki, daxili azadlığı heç də gənc xanımlardan geri qalmır.

- Biz azad cəmiyyətin insanlarıyıq. Mən uzun illərdir, tək yaşayıram. 56 yaşlı oğlumu da tək dünyaya gətirmişəm. Doğrudur, o vaxtlar Fransada da ailə dəyərləri daha sərt idi. Sevdiyim insanın anası məni oğluna layiq bilmədiyi üçün ayrıldıq. Amma mən həmin vaxt hamilə idim. Lakin qadının gücü bütün bəşərə yetəcək qədər çoxdur.Həm karyeramı qurdum, həm də övladımı böyütdüm.

Bu gün Fransa qadınların hüquqlarını çox yüksək dəyərləndirir. Məsələn fransız qanunvericiliyinə görə qadınları fahişəyə çevirmək, cinsi istismara cəlb etməyin çox ağır cəzası və pul cəriməsi var. Fransa ölkəyə gələn mühacir qadınların da qeydinə qalır. Onlar fransızla evlənərlərsə, ciddi nəzarətdə olurlar. Çünki bəzən qadın bunu ölkədə yaşamaq məqsədilə edə bilər. Bununla belə əri tərəfindən şiddət ə məruz qalar. Qadının təhlükəsizliyini sığortalamaq üçün polisin onları daimi nəzarətdə saxlamaq hüququ var.

Fransada qadınla kişi bərabərliyi adlı qanun var, və heç kimin bu qanunu pozmağa haqqı yoxdur.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel Səfərova isə artıq 10 ildir Fransada yaşadığını, və bu ölkənin qadına verdiyi böyük dəyəri vurğulayır.
- Azərbaycan qadının birinci missiyası ana olmaq, əsas məqsədi isəailə qurmaqdır. Fransız qadınları isə qarşılarına bir sual qoyurlar-mən cəmiyyətə necə yararlı ola bilərəm? Onlar müstəqil olmağı sevirlər. Çox nadir hallarda evdar qadınlara rast gələ bilərsən. Yarım iş günü də olsa çalışıb ailələrinə yardım edirlər. Birgə yaşayanda da, ailə quranda da ana olmağa tələsmirlər. Övlad böyütməyin məsuliyyətini daha dərindən dərk edirlər. Biraz ağır çıxsa da Azərbaycan qadınının özünə daha az dəyər verir. Amma çox sevinirəm ki, ölkəmizdə də vəziyyət yaxşıya doğru dəyişir. Karyera quran qadınların sayı artır. Doğrudur Azərbaycanlı qadına səsvermə hüququ tez verilib, amma fransız qadını daha azaddır.

Həyat yoldaşım fransızdır. Mənə qarşı bərabər hüquqlu davranır. Hətta bu hal əvvəllər məni təəccübləndirirdi. Ev işlərini də aramızda bölüşdürürük. Amma mən də az da olsa azərbaycanlı qanı özünü göstərir. Onun iş həyatını öz karyeramdan daha üstün tuturam.
Düşünürəm ki, qadın hüquqlarının ən çox pozulduğu qitə Afrikadır. Axı burada yaşayan müxtəlif qəbilələr qadına qarşı həm fiziki, həm də psixoloji şiddətdən qaçınmırlar. Bu isə dünyanın növbəti qadın səsi Nigeriyanın ən məşhur teleaparıcısı, səyyah Cina Ehikodi Ojodur.

Xalqımızın mentalitetində, mədəniyyətindəki köhnə düşüncəyə görə qadın ikinci növ insandır. Bir vaxtlar ölkəmizdə zorlanan qadınlar özləri günahlandırılırdılar. İndi isə cinsi təcavüz məhkəmə yolu ilə həll edilən cinayət işidir. Lakin ailədaxili işgəncələrə hələ də göz yumulur. Nigeriya hüquq orqanları bu məsələnin üzərində çalışır. Hər gün qadına şiddətə daha çox insan yox deyir. Bilirsiniz, Afrika qadını həddən çox zəhmətkeşdir. Ailələrimizin maddi güzəranı aşağı olduğu üçün bacardıqlarından da ikiqat çox işləmək məcburiyyətindədirlər. Övladlarına daha yaxşı həyat vermək istəkləri, uğurlu karyeraları həm mental dəyərləri, həm də köhnə fikirli böyüklərini susdurur. Lakin bu münaqişədə bəzən cılız mədəniyyətimiz qalib gəlir.

Cəmiyyətimizin daha bir mənfi xüsusiyyəti də odur ki, uğurlu qadınların arxasında mütləq bir kişi dayandığını düşünürlər. Niyə? Axı biz həm özümüzü, həm də kişiləri sevib qoruya biləcək gücdəyik.

Uzun illər Amerika Birləşmiş Ştatlarında yaşayıb, çalışan soydaşımız Nahidə Kərimli qadına yönələn zorakılığın savadsız gələcəklə sonlanacağından narahatdır.Düşünürəm ki, qadın hüquqlarının ən çox pozulduğu qitə Afrikadır. Axı burada yaşayan müxtəlif qəbilələr qadına qarşı həm fiziki, həm də psixoloji şiddətdən qaçınmırlar. Bu isə dünyanın növbəti qadın səsi Nigeriyanın ən məşhur teleaparıcısı, səyyah Cina Ehikodi Ojodur.

Xalqımızın mentalitetində, mədəniyyətindəki köhnə düşüncəyə görə qadın ikinci növ insandır. Bir vaxtlar ölkəmizdə zorlanan qadınlar özləri günahlandırılırdılar. İndi isə cinsi təcavüz məhkəmə yolu ilə həll edilən cinayət işidir. Lakin ailədaxili işgəncələrə hələ də göz yumulur. Nigeriya hüquq orqanları bu məsələnin üzərində çalışır. Hər gün qadına şiddətə daha çox insan yox deyir. Bilirsiniz, Afrika qadını həddən çox zəhmətkeşdir. Ailələrimizin maddi güzəranı aşağı olduğu üçün bacardıqlarından da ikiqat çox işləmək məcburiyyətindədirlər. Övladlarına daha yaxşı həyat vermək istəkləri, uğurlu karyeraları həm mental dəyərləri, həm də köhnə fikirli böyüklərini susdurur. Lakin bu münaqişədə bəzən cılız mədəniyyətimiz qalib gəlir.

Cəmiyyətimizin daha bir mənfi xüsusiyyəti də odur ki, uğurlu qadınların arxasında mütləq bir kişi dayandığını düşünürlər. Niyə? Axı biz həm özümüzü, həm də kişiləri sevib qoruya biləcək gücdəyik.

Uzun illər Amerika Birləşmiş Ştatlarında yaşayıb, çalışan soydaşımız Nahidə Kərimli qadına yönələn zorakılığın savadsız gələcəklə sonlanacağından narahatdır.Düşünürəm ki, qadın hüquqlarının ən çox pozulduğu qitə Afrikadır. Axı burada yaşayan müxtəlif qəbilələr qadına qarşı həm fiziki, həm də psixoloji şiddətdən qaçınmırlar. Bu isə dünyanın növbəti qadın səsi Nigeriyanın ən məşhur teleaparıcısı, səyyah Cina Ehikodi Ojodur.

Xalqımızın mentalitetində, mədəniyyətindəki köhnə düşüncəyə görə qadın ikinci növ insandır. Bir vaxtlar ölkəmizdə zorlanan qadınlar özləri günahlandırılırdılar. İndi isə cinsi təcavüz məhkəmə yolu ilə həll edilən cinayət işidir. Lakin ailədaxili işgəncələrə hələ də göz yumulur. Nigeriya hüquq orqanları bu məsələnin üzərində çalışır. Hər gün qadına şiddətə daha çox insan yox deyir. Bilirsiniz, Afrika qadını həddən çox zəhmətkeşdir. Ailələrimizin maddi güzəranı aşağı olduğu üçün bacardıqlarından da ikiqat çox işləmək məcburiyyətindədirlər. Övladlarına daha yaxşı həyat vermək istəkləri, uğurlu karyeraları həm mental dəyərləri, həm də köhnə fikirli böyüklərini susdurur. Lakin bu münaqişədə bəzən cılız mədəniyyətimiz qalib gəlir.

Cəmiyyətimizin daha bir mənfi xüsusiyyəti də odur ki, uğurlu qadınların arxasında mütləq bir kişi dayandığını düşünürlər. Niyə? Axı biz həm özümüzü, həm də kişiləri sevib qoruya biləcək gücdəyik.

Uzun illər Amerika Birləşmiş Ştatlarında yaşayıb, çalışan soydaşımız Nahidə Kərimli qadına yönələn zorakılığın savadsız gələcəklə sonlanacağından narahatdır.

Düşünürəm ki, qadın hüquqlarının ən çox pozulduğu qitə Afrikadır. Axı burada yaşayan müxtəlif qəbilələr qadına qarşı həm fiziki, həm də psixoloji şiddətdən qaçınmırlar. Bu isə dünyanın növbəti qadın səsi Nigeriyanın ən məşhur teleaparıcısı, səyyah Cina Ehikodi Ojodur.

Xalqımızın mentalitetində, mədəniyyətindəki köhnə düşüncəyə görə qadın ikinci növ insandır. Bir vaxtlar ölkəmizdə zorlanan qadınlar özləri günahlandırılırdılar. İndi isə cinsi təcavüz məhkəmə yolu ilə həll edilən cinayət işidir. Lakin ailədaxili işgəncələrə hələ də göz yumulur. Nigeriya hüquq orqanları bu məsələnin üzərində çalışır. Hər gün qadına şiddətə daha çox insan yox deyir. Bilirsiniz, Afrika qadını həddən çox zəhmətkeşdir. Ailələrimizin maddi güzəranı aşağı olduğu üçün bacardıqlarından da ikiqat çox işləmək məcburiyyətindədirlər. Övladlarına daha yaxşı həyat vermək istəkləri, uğurlu karyeraları həm mental dəyərləri, həm də köhnə fikirli böyüklərini susdurur. Lakin bu münaqişədə bəzən cılız mədəniyyətimiz qalib gəlir.

Cəmiyyətimizin daha bir mənfi xüsusiyyəti də odur ki, uğurlu qadınların arxasında mütləq bir kişi dayandığını düşünürlər. Niyə? Axı biz həm özümüzü, həm də kişiləri sevib qoruya biləcək gücdəyik.

Uzun illər Amerika Birləşmiş Ştatlarında yaşayıb, çalışan soydaşımız Nahidə Kərimli qadına yönələn zorakılığın savadsız gələcəklə sonlanacağından narahatdır.Türkiyənin məşhur araşdırmaçı alimi Zeyno Baran zorakılığa uğrayan qadın qurban yox qəhrəmandır deyir.

- Bu gün istər Türkiyə olsun, istərsə də digər Avropa ölkəsi, qadınlar hər şerdə zorakılığa məruz qalır. Əsas problem tərbiyədədir. Qanunvericilik sistemində qadınla kişi bərabərliyi barədə nə qədər sərt qanunlar olsa da uşaqlarımızın böyüdülməsində problem yaşanır. Oğlan uşağına hər şey mübahdır, böyüyüb xanımını döyə bilərsən, əsəbisənsə, əl qaldıra bilərsən deyilməsi şiddətin davamına yol açır. Türkiyədə də kağız üzərində qadınlar qorunma altındadır. Lakin real həyatda istər fiziki, istər cinsi, istərsə də psixoloji şiddət görürlər. Şiddət görən qadın hamıdan çox özünü günahlandırır. Özünü qurban kimi hiss edir, və geri qalan ömrünü də bunun üzərində inşa edir. Dəyərsizəm kimi düşüncəyə qapılır. Halbuki o qadının öz güvənini bərpa etməsi, həm maddi, həm də mənəvi cəhətdən ayağa qalxa bilməsi üçün bir çox üsullar var. Şiddət fiziki, cinsi yaxud psixoloji də olsa onun çarəsi var. Qızları hələ məktəb çağından etibarən daxili güclərini kəşf edərək yetişdirmək lazımdır. Yeri gələndə etiraz etmək haqqı olduğunu aşılamaq vacibdir. Hər şiddət görmüş qadın psixoloqdan, dövlətdən dəstək almaq imkanına malik olmaya bilər. Bu durumda yük onu böyüdən toplumun, ətrafının, ailəsinin üzərinə düşür. Onun özünü qurban yox qəhrəman kimi hiss etməsini təmin etmək yaxınlarının borcudur. Bəli mən şiddət gördüm, amma daha da gücləndim deməlidir.

Bəli, bu gün ölkəmizdə də qadın sığınacağı fəaliyyət göstərir. Həmin məkan böyük bir leysanın sadəcə bir neçə damcısını ovcunda saxlayır. Hətta "Go Fund Me" adlı yeni yaradılan təşəbbüs qrupu da var. Qrupun əsas məqsədi şiddət görən xanımları bataqlığın dibindən çıxardıb, yaralarını sarmaq, onları dəstək və qayğı ilə əhatə etməkdir.

Məşhur kişilərimiz də böyük plakatlara şəkillərini həkk edərək, "qadın insanın dostudur" kimi cümlələrlə cəmiyyətə mesajlar göndərirlər.

Nə isə... Mövzu dərinləşdikcə, daha böyük qaranlığa qərq oluram. Axı hələ də erməni əsirliyində başına min bir oyun gətirilən, nə qədər zorlansa da bəkarəti yaxasından bərk-bərk yapışan ətimizdən, qanımızdan danışmadım sizə. Məsumiyyətini şiddət udan bütün "MƏN"lərin əvəzinə ovcuma ürəyim boyda qara nöqtə qoyuram. Allah görüb susmasın deyə....

Publika.az

Xəbərlər     Baxılıb: 2322   Tarix: 09 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Bu yeməkləri sabaha saxlamaq olmaz - Siyahı

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducud

.

Görmə qabiliyyətini necə yaxşılaşdıraq?

Görmənin pisləşməsinin qarşısını almaq üçün vizual stress zamanı fasilələr, göz məşqləri etmək, otaqdakı havanı nəmləndirmək lazımdır. report-a istinadən xəbər verir ki, bunu Rusiyanın tanınmış oftalmoloqu İrina Zimina deyib

.

Cavan dərinin bir nömrəli sirri

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

Həkim: "Estetik əməliyyat etdirənlər öncə psixiatra müraciət etməlidirlər

"Ruhi xəstələrin arasında kriminal hadisələri törətmək üzrə birinci yerdə baş beyində üzvi xəstəlik olan insanlar dayanırlar. Bunlar kimlərdir? Birinci növbədə nə vaxtsa kəllə-beyin zədələnməsi keçirmiş insanlar. İkinc

.

Qara zirənin inanılmaz faydaları - Hər gün səhər acqarına

Təbii dərman kimi istifadə olunan qara zirə(çörəkotu) əsrlər boyu alternativ təbabətdə istifadə olunur. Hazırda da qara zirə həm müalicə məqsədi, həm də ləzzətli dadına görə tez-tez yediyimiz yeməklərdə istifadə olunur. Anca

.

Yuxusuzluğun beş əsas səbəbi

Xroniki yuxusuzluğun fizioloji səbəbləri ola bilər. .   -a istinadən xəbər verir ki, bunu ingiltərəli mütəxəssis Mayk Koçiş deyib. Koçiş yuxu problemlərinin beş səbəbini açıqlayıb. Onun sözlərinə görə, yuxu pozğunluğunu dah

.

Yaranı necə tez sağaltmaq olar?

Dəri yaraları həyatımızın hər mərhələsində qarşılaşa biləcəyimiz bir problemdir. Bəzən kiçik kəsiklər, dərin yaralarla qarşılaşa bilərik. -a istinadən bildirir ki, mütəxəssislər dəridə yaralar yaranan kimi həkimə müraciə

.

İmsakda bunları yemək ziyanlıdır

Ramazan ayında istehlak edilən qidalara diqqət etmək lazımdır. Qida qəbulu gün ərzində baş vermədiyi üçün imsak vaxtı yediyimiz qidaların müəyyən tarazlıqda olması lazımdır. Bəzi qidaların qəbulu toxluq hissinin azalmasın

.

Novruz bayramından sonra hansı xəstəliklər kəskinləşir?

Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyuldu. Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyəcək, tez-tez də ağzına ləbləbi atacaq

turlar.az

sonxeber.az gelinlikler gözəllik məhsulları toy makiyaji sekilleri vətənə aid atalar sözü badimcandan qisa hazirliq endokrin sistem cemli piroq kosmetika kokelmek azerbaycanli is adami amerikada gullelendi kahfe kali olumu məsəllər