Şuşanın işğalından - 25 il ötür
Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 25 il ötür.
Xanim.az bildirir ki, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Rza Tamerin ölümü ilə bağlı- araşdırma başladı
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Bu meyvə xərçəngə qarşı gizli silah imiş
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Aysun: Yağmur məni bloka atıb
Vəfa yenidən konsert verəcək
Ürəyi qoruyub, stressi azaldan ÇAY
Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun
Məşhur reper ikinci dəfə baba oldu
Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ