Sutka ərzində maksimum 12 saat içərisində qida qəbul etmək məsləhət görülür

Sutka ərzində maksimum 12 saat içərisində qida qəbul etmək məsləhət görülürYeni bir araşdırma göstərib ki, qida bədən saatımıza uyğun qəbul edildiyi zaman daha yaxşı həzm olunur.
Əgər sağlam həyat sizi maraqlandırırsa, demək ki, qidanın tərkibi və miqdarı barədə də məlumatlısınız.
Lakin yeni bir araşdırma, yemək vaxtının da ən az bu qədər mühüm olduğunu göstərir.
Dietoloqlar yeməyi müntəzəm intervallarla qəbul etməyi və öynəliyi pozmamağı məsləhət bilirlər.
Yuxudan oyandıqdan sonrakı ilk səkkiz və on saat ərzində yeyin.
Daimi bədən məşğələsi edən insanlar, idmandan əvvəl, idman əsnasında və ya sonra müəyyən qidaları qəbul etmək lazım gəldiyini deyə bilərlər. Sübut olunub ki, böyük kalorili qidaları günün erkən saatlarında qəbul etmək piylənmə riskini azaldır.
İndi isə sirkadian ritminə (orqanizmimizin 24 saatlıq bədən saatı) nəzarət edən yeni bir araşdırma, yuxudan oyandıqdan sonrakı ilk səkkiz və on saat ərzində qida qəbul etməyi məsləhət görür. Beləliklə bədənə həzm, istirahət və bərpa üçün kifayət qədər vaxt vermiş olarıq.
ABŞ-ın Texas ştatının Dallas şəhərində yerləşən Salk İnstitutundan müəllim doktor və mövzu üzrə 10 illik tədqiqat nəticəsində ərsəyə gələn Sirkadian Kodu (The Circadian Code) adlı kitabın müəllifi Satchin Panda BBC-yə, qida qəbulunu sirkadian ritminə uyğunlaşdıraraq bədənimizin fəaliyyətini yaxşlaşdıra biləcəyimizi deyib.
"Orqanizmimizdə demək olar ki, hər bir hüceyrə sirkadian saatına malikdir.
Yəni, hər bir hormon, beynin hər bir kimyəvi hissəsi, hər bir ferment və hətta genom tərkibindəki hər bir gen günün müəyyən vaxtlarında qalxır və enir", - Dr. Panda söyləyir.
"Bu, o deməkdir ki, gün ərzindən yuxunun, yeməyin, təhsilin, fiziki fəaliyyətin optimal vaxtı mövcuddur. Əldə etdiyimiz məlumatlara görə, bədənimiz yuxudan oyandıqdan sonrakı ilk səkkiz və on saat, maksimum 12 saat ərzində qidanı həzm edə və qida maddələrini hopdura bilir".
"Bu müddətdən kənarda bizim sirkadian saatımız dayanır və orqanizmimiz fərqli rejimə keçir - təmir, bərpa və yenilənmə".
Yemək və aclıq vaxtı
Dr. Panda və Salk İnstitutundan həmkarları 10 il vaxt əsaslı qidalanma üzrə elmi araşdırma aparıblar.
2012-ci ildə onlar iki identik siçan qrupu üstündə bir tədqiqat həyata keçiriblər.
Birinci qrupa yüksək yağlı və şəkərli qidalar verilib və onlar istədikləri vaxt yeməkdə azad olublar.
İkinci qrupa da eyni kaloridə eyni qidalar verilib, amma onlar səkkiz saat ərzində yeyiblər.
Dr. Panda deyir ki, 18 həftədən sonra, istədikləri vaxt yemək yeyən siçanlar diabet və piy, yüksək xolesterin və bağırsaq xəstəliklərinə tutulublar.
Təəccüblü olsa da, səkkiz saat ərazində qida qəbul edən siçanların heç biri sadalanan xəstəliklərə yoluxmayıb.
Dr. Panda izah edir ki, yeməyi dayandırdığımız zaman, ətraf mühit və qidadan keçən toksinlər təmizlənir, xolesterin səviyyəsi aşağı enir və əzələlər, dəri, bağırsaq və hətta DNT bərpa olunur.
Səkkiz və 10 saatdan artıq yeməyə davam etmək bu proseslərə təsir göstərir. Çünki bədən qida maddələrini həzm edib, hopdurmaqla məşğul olur.
"Biz nə və nə qədər yeyilməsi gərəkdiyini təbliğ etmirik. Lakin nə yediyinizə diqqət etmək və 8-10 saat - və ya maksimum 12 saat - qidalanmaq faydalı olacaq. Bu saatlardan sonra sağlam qida belə, zərərli yeməyə çevriləcək".
Dr. Panda, əldə etdikləri məlumatların başqa araşdırmalarla üst-üstə düşdüyünü deyir.
"Bir araşdırmada müəyyənləşib ki, gecə boyunca 13 saatdan çox ac qalan qadınların sinə xərçəngi riski kifayət qədər aşağı enir", - o, söyləyir.
Bu məlumatlar yatana qədər qida qəbul edən və bir çoxlarının müasir, məşğul həyat tərzi ilə uyğun gəlmir.
2015-ci ildə Dr. Panda, bir telefon proqramı vasitəsilə izlənməyə razılıq verən könüllülərin 15 saatdan artıq qida qəbul etdiyini müəyyənləşdirib.
Həmin insanlar ilə 16 həftə ərzində aparılan tədqiqat isə əla nəticələr verib. Belə ki, onlar gündə 10-11 saat ərzində yemək yeyiblər. Qida tərkibində isə heç bir dəyişiklik olmayıb. Nəticədə onların çəkisi azalıb, daha enerjili olduqları ortaya çıxıb və yuxuları yaxşılaşıb.
Faydalar isə bir il boyunca davam edib.
Növbə əsaslı işçilər üçün çətinlik var. Bu nəticələr iş vaxtı növbə vasitəsilə dəyişən insanlar üçün çətin ola bilər.
Lakin dr. Panda uyğunlaşmanın mümkün olduğunu deyir."Gündüz və gecə növbəsi alternativinə uyğun işləyən insanlar yeməyin vaxtına diqqət etməlidirlər. Yuxudan durduqdan sonra, bir saat heç nə yeməyin və yemək üçün 8-10 saat ayırın. İş günündə isə iş saatlarına uyğun olaraq 8-10 saat yeyin", - o, söyləyir.
"Spirtli içkidən uzaq qalmaq çox vacibdir, çünki bağırsqı spirtin zədələrinə və xəstəliklərə qarşı həssas olur".
Gecənin bir yarısı soyuducuda eşələnmək və həftəsonları gec saatlara qədər yemək - sağlam qidalanmanın əksinə bir vərdiş formalaşdırır.
Dr. Panda bu dəyişiklikləri həzm sistemimizdə qarışıqlıq yaradan və yemək vərdişlərimiz və sirkadian siklləri arasında uyğunsuzluq əmələ gətirən "metaboloji jetlag" ilə müqayisə edir.
"Bu, bir nəfərin hər həftə sonu fərqli saat qurşağına səyahətinə bənzəyir", - o, deyir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1002   Tarix: 13 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

kosmetoloq geyim dəbləri qadın geyimi neyrosirkulyator distoniya geyimlər testosteron nədir goz altı qırışlar kosmetika şirin qoğal heyati haxisdalar vətənə aid bayatı toyuq salati