"Svinka"ya yoluxma halları da artıb?

Son günlər Azərbaycanda uşaqlar arasında qızılca və Hepatit A ilə yanaşı, epidemik parotit - "svinka" xəstəliyinin də yayıldığı deyilir. 
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı pediatr Aytən İsmayılova paylaşım edib. 
O qeyd edib ki, bu gün iki uşaq qulaqdibi nahiyənin şişməsi və ağrılı olması şikayəti ilə müraciət edib. Elmi adı epidemik parotit olan bu xəstəlik zamanı qulaqla çənə arasında olan nahiyədə bərklik yaranır, ağzı açanda ağrılı olur: "Getdikcə şişlik yayılır, yumşaq olur, hərarət elə yüksək olmur. Ümumi halsızlıq və intoksikasiya əlamətləri az olur. Mədəaltı vəz, yumurtalıqlar da zədələnə bilir. Uşağın ümumi vəziyyətinə fikir verməli, dəyişikliklər haqda həkimə məlumat verilməlidir. Yerli kompress etmək lazım deyil. Virus xəstəliklərində olduğu kimi ümumi müalicə yetərlidir. Hazırda qızılca virusu, hətta Hepatit A virusu da yayıldığını nəzərə alsaq miks - yəni qarışıq infeksiyalar təhlükəsi var. Uşaqları peyvəndsiz olanlar, ya da ikinci doza MMR peyvəndi qalanlar indi etdirir. MMR peyvəndi içində isə həm qızılca, məxmərək, həm də epidemik parotit əleyhinə peyvənd olduğu üçün yeni peyvənd olunmuşlar ilk 21 gün ərzində parotitin yüngül əlamətlərini yaşaya bilər".
Həkimin sözlərinə görə, epidemik parotit peyvəndi qızılca ilə birgə bir və 6 yaşında edilir. Yalnız bir doza peyvənd alan uşaqların da yoluxma və xəstəliyi keçirmə ehtimalı var.
Bu xəstəliklə bağlı hazırda ölkədə vəziyyət necədir? Kütləvi şəkildə yayılma təhlükəsi varmı? Valideynlər hansı tövsiyələrə əməl etməlidirlər?
Bu suallarla TƏBİB-ə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda sözügedən virusa nadir hallarda yoluxma müşahidə edilir: "Parotit virus mənşəli infeksion xəstəlikdir və əsasən, uşaq yaşlarında müşahidə edilir. Hazırda ölkədə tək-tək yoluxma və nadir hallarda stasionar müalicə üçün müraciət halları qeydə alınır. Bu xəstəlikdən yeganə spesifik qorunma üsulu peyvəndlənməkdir. Uşaqlar arasında 12 aylığında və 6 yaşında 2 doza şəklində qəbul edilən peyvəndlə bu xəstəlikdən qorunmaq mümkündür.
Eyni zamanda, qeyd edtmək istərdik ki, yoluxma halları, əsasən, peyvəndlənməyən uşaqlarda müşahidə olunur. Valideynlərə peyvənd təqviminə uyğun olaraq vaxtında uşaqların peyvəndlənməsini həyata keçirmək tövsiyə edilir. Peyvəndlənmə uşaqların ağır xəstəliklərdən qorunmasını təmin etməkdə ən başlıca vasitədir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1051   Tarix: 23 noyabr 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

donlar 2026 sac duzumleri aksessuarlar veremum gül buketləri qadin ehtirasi artiran dermanlar nergiz pasayeva kosmetika veten haqqinda atalar sozleri novruza aid hakışda kökəlmək üçün hakista novruz hakısdası