Tahir İmanov:"Sifətimizə tüpürüb, gəldi konsert verdi və getdi"
"Sifətimizə tüpürüb, gəldi konsert verdi və getdi"
Bu fikirləri Unikal.org-a "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, əməkdar artist Tahir İmanov deyib. O qeyd edib ki, Soso Pavliaşvili Bakıya gələndə onun etirazını müsahibə verdiyi sayt tam olaraq işıqlandırmadı: "Təəssüflər olsun ki, müstəqil Azərbaycan Respublikasının vətəndaşı Tahir İmanov öz mövqeyini bildirəndə heç kim əhəmiyyət vermir. Keçən ilin payızında Soso Pavliaşvili bura gələn zaman mən öz vətəndaşlıq mövqeyimi bildirdim. "Sputnik Azərbaycan"a müsahibəmdə etirazımı bildirdim. Ancaq, fikirlərim tam olaraq işıqlandırılmadı. Tək mən yox, tanınmış insanlarımız bununla bağlı öz etirazlarını dilə gətirdilər.
Bu etirazlarndan vaz keçmək olardımı? Heç olmasa bununla bağlı həmin konsertin təşkilatçıları mövqeylərini açıqlayardılar. Müstəqil Azərbaycan vətəndaşı kimi mən öz etirazımı bildirməliyəm. Mənim köküm Qarabağdandır. Bu məni çox təsirləndirir. Məsələ ilə bağlı açıqlama verib etirazımı bildirdim və fikirlərimi tam işıqlandırmadılar. Ona görə ki, Sosonu Bakiya Emin Ağalarov gətirir. Nə olsun onu Emin gətirir? Mən bir vətəndaş kimi öz mövqeyimi bildirə bilmərəm?
Əsli kökü Qarabağdan olan insan kimi bu məsələyə etiraz edə bilmərəm? Bəyəm mən Şimali Koreyada yaşayıram? Mən Heydər Əliyevin qurduğu, söz azadlığı olan ölkədə yaşayıram. Bir şəxs gedib konsertdən əlavə "artsax" xalqına "azadlıq"- deyə əlavə çıxış edir. Deyir ki, "mən Bakını Bakı ermənilərinə görə tanımışam". Bəs Rəşid Behbudov, Müslüm Maqomayev? Bunu biz necə qəbul etməliyik? Bu adam üzümüzə tüpürüb gəlib Bakıda konsert verdi və getdi. Bu qədər. Qondarma Dağlıq Qarabağ Respublikasının KVN komandasının Soçidəki yarışmaya qatılması ilə bağlı da etirazımı səsləndirdim. Ancaq bu etirazların heç bir faydası yoxdur".
f Paylaş








Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı