Talıb Taledən ŞOK AÇIQLAMA: "Varlı xanımlar mənə pul təklif edirlər"
"Maşın şou"nun qalibi olandan sonra müğənni Talıb Talenin ətrafındakı xanım pərəstişkarlarının sayı artıb.
Xanim.az bildirir ki, Yenicag.az-a açıqlama verən müğənninin sözlərinə görə, qadınlar ona sponsorluq etmək üçün təkliflər göndərirlər:
"Mən xanımların sevgisini həmişə hiss etmişəm. "Maşın şou"da qalıb olandan sonra isə onların sayı çoxaldı. Varlı xanımlar məni ələ almaq üçün pul təklif edirlər. Deyirlər ki, məşuqum ol, sənə sponsorluq edim, heç nədən korluq çəkməyəcəksən. Məni ev, maşın, pullarla şirnikləndirməyə çalışırlar. Bu təklifləri qəbul etməmişəm, çünki hansısa qadının qarşısında müəyyən öhdəliklərim olacaqsa, demək ki, sərbəstliyimi də itirməli olacam. Mən azadlığı sevən adamam və istəyirəm ki, öz işlərimi özüm görüm. Kiminsə yanında gözükölgəli olmağı özümə sığışdırmıram. Heç bir qadın deyə bilməz ki, Talıb mənim pulumdan istifadə edib. Hesab edirəm ki, bu mənə nəinki evlənəndən sonra, elə subay vaxtlarımda da mane olar ".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz