Tanınmaz hala düşən Faytonçu Nazim: "Məni azərbaycanlı həkimlər bu hala saldı..."
Xərçəng olduğu deyilən Faytonçu Nazim BiG.AZ-a danışıb. O, xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı gəzən xəbərləri təkzib edib. Günü-gündən arıqlayıb bir dəri, bir sümük olan müğənni bildirib ki, onu bu hala azərbaycanlı həkimlər salıb:
"Həkimlərin səhv əməliyyatlarına görə bu qədər çəki itirdim. Azərbaycanda məni bu hala saldıqlarına görə öz həkimlərimizə etibar etmədim, İzrailə üz tutdum. Lakin orada da dərdimə bir çarə tapılmadı. Son olaraq Türkiyəyə yollandım. 3 ay ərzində bir neçə əməliyyat keçirdim. Ən ağırı isə öd kisəsindən keçirtdiyim əməliyyat oldu. İndi vəziyyətim normaldır. İtirdiyim çəkini yavaş-yavaş geri alıram".
Faytonçu Nazim əməkdaşımızla söhbəti zamanı giley edib ki, ona bu ağır günlərində bəzi dost-tanışı arxa durmayıb:
"Xəstəliyimlə bağlı bir çox xəstəxanalarda yatdım. Bütün xəstəxana xərclərini özüm ödədim. Başqaları mənə maddi yardım etmədi".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz