Tanınmış aktyor etiraf etdi: "Bəli, xərçəngəm" - FOTOLAR
Amerikalı aktyor Val Kilmer "Reddit" saytında canlı yayımda sualları cavablandırıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor pərəstişkarlarından birinin "Deyirlər, xərçəng xəstəliyindən əziyyət çəkirsiniz, bu düzdürmü" sualına belə cavab verib:
"Bəli. Qırtlaq xərçənginə tutulmuşam. Bunu ilk dəfə Maykl Duqlas mətbuata deyib. Mənə yaxşılıq etmək istəyib. Çünki o zaman hamı mənim efirlərdə görünməməyimdən narahat idi. Amma müalicə alıram. İndi yaxşıyam".
Qeyd edək ki, 57 yaşlı Val bir müddət əvvəl xəstəlikdən əziyyət çəkmədiyini və yayılan xəbərlərin yalan olduğunu söyləmişdi.