Tanınmış aktyorun sevgilisi ayrılığa dözmədi, intihar etdi
Məşhur aktyor Cim Kerrinin keçmiş rəfiqəsi Katriona Uayt intihar edib.
Xarici KİV-lərin verdiyi məlumata görə, 28 yaşlı qızın cəsədi Los-Ancelesdəki evindən tapılıb.
Məlumata əsasən, gənc qız intihar etməzdən qabaq məktub yazıb. Məktubda gənc qız 53 yaşlı aktyorla sentyabrın 24-də ayrıldıqlarını yazıb və ayrılığa dözə bilmədiyini bildirib. Bu yaxınlarda isə o, sosial şəbəkədə "Ümid edirəm ki, mənim üçün ən yaxın və əziz insanın həyatında işıq oldum", - deyə status paylaşıb. K.Uayt yüksək dozalı dərmanlar qəbul edərək özünü öldürüb.
Cim Kerri vizajist Katriona Uaytla 2012-ci ildə çəkiliş zamanı tanış olub. Lakin bir neçə aylıq münasibətlərdən sonra onlar ayrılıblar. Cütlük yenidən bu ilin may ayından görüşməyə başlayıb.
İntihardan sonra Hollivud ulduzu keçmiş sevgilisi ilə bağlı bəyanat yayıb.
"Dailymail"in məlumatlarına görə, aktyor 28 yaşlı Katriona Uaytın ölümündən çox kədərləndiyini bildirib:
"O, xeyirxah və zərif irland gülü idi. Bu həyatda ən vacibi olan həddindən artıq həssas bir gül. Mənim hazırda bütün diqqətim onu sevən ailəsi və sevənləri ilədir. Bizim üçün bu çox ağır zərbə oldu".













8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN
Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?
Azərbaycan elminə ağır itki - FOTO
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Koreyalı aktyorun cəsədi tapıldı