Tanınmış geoloq alim vəfat etdi

Tanınmış geoloq alim vəfat etdiGörkəmli geoloq alim, Əməkdar elm və texnika xadimi, "Şöhrət" ordenli, AMEA-nın müxbir üzvü Kərim Kərimov aprelin 14-də 87 yaşında vəfat edib.
AMEA-dan Milli.Az-a verilən məlumata görə, Kərim Kərimov 1933-cü ildə Ağdam şəhərində anadan olub. 1952-ci ildə orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub, 1975-ci ildə universiteti "Dağ mühəndisi geofizikası" ixtisası üzrə bitirib.
O, 1964-cü ildə namizədlik, 1978-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə geofizika üzrə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 
Professor K. Kərimovun elmi fəaliyyətinin əsas istiqamətlərini seysmologiya, geoloji qu­ru­luşun öyrənilməsi və geofiziki üsullarla neft-qaz yataqlarının axtarışı təşkil edib. Alimin Azərbaycanın neft sənayesinin inkişafında da xüsusi xidmətləri var. Onun rəhbərliyi altında 1993-1995-ci illərdə Azərbaycanda uzunluğu 100-120 km 6-7 strukturdan ibarət yeni bir neft qazlı tektonik zona aşkar edilib və ümummilli lider Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərliyə qayıtması münasibətilə ona "Qayıdış" adı verilib.
Azərbaycan geofizikası sahəsində xüsusi məktəb yaradan alim 550-dən artıq elmi əsərin, o cümlədən 14 monoqrafiya, 28 ixtira və 135-dən çox atlas və xəritənin müəllifidir. Onun 76-dan artıq elmi əsəri Amerika, Fransa, İngiltərə, Rusiya, Misir, Ukrayna, Gürcüstan, Türkiyə, İran, Yaponi­ya və digər ölkələrdə dərc edilib.
K.Kərimov 1992-1996-cı illərdə ARDNŞ-in nəzdindəki Geofizika Baş İdarəsinin rəisi, 1996-2005-ci illərdə Geofizika və Mühəndis Geologiyası İctimai Birliyinin baş direktoru vəzifələrində çalışıb. 2006-2008-ci illərdə Geofizika və Geologiya İdarəsində elmi işlər üzrə baş müşavir işləyib.
1995-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilən alim 1997-ci ildə həmin akademiyanın vitse-prezidenti təyin edilib. O, 1996-cı ildə Avropa Geofiziklər Assosia­siyasının, 1997-ci ildə İngiltərənin Neft Cəmiy­yətinin həqiqi üzvü seçilib.
O, Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" adına və Qızıl medala layiq görülüb. Həmçinin 2000-ci ildə Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin "XX əsrdə nailiyyətlərinə görə" diplomu və gümüş medalı ilə, 2003-cü ildə isə Yusif Məm­mədəliyev adına medalla təltif olunub.
Alim 1991-ci ildə geologiya-geofizika elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Res­pub­likasının "Əməkdar elm və texnika xadimi" fəxri adı­na layiq görülüb. 2001-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
K.Kərimov 2000-ci ildə Bakı Dövlət Universitetinin nəzdində yaradılmış Lütfi Zadə adına Aka­demiyanın, 2002-ci ildə Avropa Elmlər Akademiyasının, həmçinin Şərq Neft Akademiyasının və Ekoenergetika Akade­miyasının akademiki seçilib. Neft və qaz sənayesinin inkişafındakı xidmətlərinə görə AMEA-nın və ARDNŞ-ın Fəxri Fərmanları ilə təltif olunub.
Prof. K.Kərimov həm də orijinal palitraya malik istedadlı rəssamdır. O, minlərlə karikaturanın müəllifidir. Bu əsərlərin başlıca mövzusunu Ermənistanın Azərbaycana qarşı apardığı siyasət və onun acı nəticələri təşkil edir. K.Kərimov öz əsərlərində terrorizmi, narkomaniyanı, irqçiliyi, ədalətsizliyi, erməni zülmünü ustalıqla ifşa edir. İndiyədək rəssamın dünyanın müxtəlif ölkələrində 18 fərdi sərgisi keçirilib.
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 3472   Tarix: 15 aprel 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

turlar.az

yay geyimləri 2026 geyim seçimi qaşların formalari sevişmə öskürəyin təbii müalicəsi qış tədarükü salatlar hicab modelleri kosmetika novruz hakisdalari lakonizim sirniyatlar maraqli hakistalar baldiz