Tanınmış alim vəfat etdi - FOTO

Tanınmış alim vəfat etdi - FOTONaxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb.
Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Zərnətün kəndində anadan olub. O, orta təhsilini Biçənək kənd yeddiillik məktəbində və Çayşahbuz onbirillik məktəbində alıb, 1963-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olub, 1967-ci ildə təhsilini başa vurub.
1971-ci ilədək Şahbuz rayon Aşağı Qışlaq kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib, 1972-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına APİ-nin Naxçıvan filialına müəllim keçib. Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektolojiya şöbəsinin dissertantı olub, "Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası" mövzusunda namizədlik işi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Ə.Muxtaroğlu Naxçıvan Dövlət Universitetinin "Azərbaycan dilçiliyi" və Naxçıvan Müəllimlər İnstitutunun "Dillər və ədəbiyyat" kafedralarının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Milli.Az

Maraqlı     Baxılıb: 4515   Tarix: 30 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

turlar.az

yaz geyimleri 2026 kosmetika mehsullari donlar 2026 hamilə qalmaq quymaq resepti parket döşəmələr kəklikotunun faydası kosmetika baldiza aid gulmeli hakista terezi laylalar sekis