Tanınmış infeksionistdən virusun ikinci dalğası barədə SOS: "Ölüm halları arta bilər"

Tanınmış infeksionistdən virusun ikinci dalğası barədə SOS: "Ölüm halları arta bilər"Yoluxucu xəstəliklər üzrə yapon mütəxəssis Akihiro Sato koronavirus pandemiyasının ikinci dalğa ehtimalını qiymətləndirib. Onun hesablamalarına görə, ikinci dalğanın baş vermə ehtimalı təxminən 90% təşkil edir və çox güman ki, gələn payızda start götürəcək.
Milli.Az xəbər verir ki, ekspert ikinci dalğanın baş verəcəyi dəqiq tarixi proqnozlaşdırmaqda çətinlik çəkdiyini bildirib.
"Çox güman ki, gələn payız və ya qış aylarına təsadüf edir, ancaq ikinci dalğanın artıq iyul və ya avqust aylarında baş verməsi ehtimalı rədd edilə bilməz", - A.Sato qeyd edib.
O, infeksiyanın yayın istisində məhv olacağı barədə məlumatdan şübhələndiyini söyləyib. Yoluxucu xəstəliklər üzrə mütəxəssis Asiya və Cənubi Amerika ölkələrini, yoluxmuşların sayına görə ikinci yerdə olan Braziliyanı misal göstərib. O, Braziliyada isti hava şəraitinə baxmayaraq çox sayda yoluxmuş insanın olduğunu xatırladıb.
Yapon Həkimlərinin fikrincə, ölkənin müxtəlif bölgələrində eyni vaxtda infeksiya ocaqlarının meydana gəlməsi koronavirusun ikinci dalğasının başladığını göstərən əsas əlamətdir. Həkim hadisələrin belə bir nəticəsinin əsas təhlükəsini əhalinin əksəriyyətinin koronavirusa yoluxmamasında və hələ kütləvi immunitet əldə edə bilməməsində görür.
"Xəstəliyin kəskin artması ölkələrin səhiyyə sistemlərinin çökməsinə, nəticədə infeksiyadan sonra ölüm hallarında artıma səbəb ola bilər. Digər bir təhlükə virusun mutasiyasıdır. Mutasiya etsə, daha ölümcül ola bilər. Ancaq müsbət tərəflər var. İkinci dalğa birincisindən daha az davam edəcək, çünki insanlar və hakimiyyət orqanları xəstəliyin yayılmasına qarşı tədbirlər görməkdə daha məsuliyyətli davranır", - deyə ekspert izah edib.
İkinci yoluxma dalğasına hazırlıqlı olmaq üçün mütəxəssis özünü təcrid etməyi, sosial məsafəni qorumağı və qoruyucu vasitələr taxmağı məsləhət görüb.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb. Təşkilatın Avropadakı regional ofisinin direktoru Hans Klyugeyə görə, ikinci dalğa sentyabr ayında başlaya və mövsümi qripin yayılması ilə üst-üstə düşə bilər. Bu halda bəzi ölkələrdə COVID-19 pandemiyası səbəbindən müntəzəm peyvəndləmə işlərinin dayandırılması ilə vəziyyət daha da ağırlaşacaq. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1164   Tarix: 07 iyun 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

maskalar gözəllik məhsulları makiyaj etmek qaydalari hamilelikde qidalanma dirnaq pilkalamaq 2026 hicab həzm orqanları kosmetika toy gecesı itburnu meseller öpüşme statuslar