Tanınmış teleaparıcı Səxavət Nur Amerikaya köçüb
Teleaparıcı Səxavət Nur bir müddətdir ki, Vaşinqtonda yaşayır.
"Vaşinqtonda ingilis dilini yüksək səviyyədə öyrənirəm. Bu, mənə ali təhsil almaqda kömək edəcək. Əsl peşəm hüquqşünasdır. Hər zaman xaricdə jurnalistika sahəsində təhsil almağı arzulamışam. ABŞ səfərimdə belə bir şans qazandım. Ümid edirəm, yaxşı alınacaq. Beş aydır buradayam. Bakıya ən tez iki ildən sonra qayıtmağı planlaşdırıram. Heç kim mənə hansısa uğuru qazandığımı demirdi. Buna görə də, üzərimdə işləmək qərarına gəldim. Vətənə peşəkar, dünya səviyyəsində tanınan bir jurnalist kimi qayıdacam".
Səxavət xaricə getmək üçün avtomobilini və evini satması xəbərlərinə də aydınlıq gətirib:
"Bura gəlmək üçün maşınımı və balaca torpaq sahəmi satdım. Çünki təhsil üçün pul lazım idi. Bakıda nə şayiələr danışırlarsa, əhəmiyyət vermirəm. Burada başa düşdüm ki, mən kimə lazımam. Yaxın dostlarımdan və ailəmdən başqa heç kim məni xatırlamır. Bura ailəmi gətirməmişəm. Onlar Bakıdadır. Oğlum məktəbdə oxuyur, həyat yoldaşım işləyir. Onları da Amerikaya gətirməyi çox istərdim. Oğlum üçün çox darıxıram. Hərdən hər şeyi atıb, qayıtmaq istəyirəm".















Epşteyn haqda sənədli film çəkənlər qaçırıldı
Limonlu çay içənlərin DİQQƏTİNƏ
Doğuş həyatından film çəkəcək
100 yaşını aşanların ortaq sirri: Hər gün bir fincan
Xalq artistinin oğlu evlənir
Röya ilə Əkbərin dueti əsassız şikayətlə silinib
Ödem atan bitki çayları hansılardır?
Xərçəngin müalicəsində süni intellekt: Fotonuza baxıb
İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR
Bu əlamətlər sizdə varsa, yaz allergiyası ola bilər - Görün nələrdən YAYILIR
Bəy və gəlinin qanı təmizdirsə, onlar "Vağzalı"dan imtina etməzlər" - Əməkdar artist
Günlər 24 yox, 16 saat olub - İDDİA
Məni sağlığımda sevin, dəyər verin' - Nadir kövrəldi
Xatirələrimi orada buraxaraq çıxdım' - Zümrüd