Tanınmış teleaparıcı Vüsalədən tükürpədici ETİRAFLAR: "Mən həyat yoldaşımla xoşbəxt olmadım deyə..."

Tanınmış teleaparıcı Vüsalədən tükürpədici ETİRAFLAR: "Mən həyat yoldaşımla xoşbəxt olmadım deyə..."Teleaparıcı Vüsalə Kərimovanın Milli.Az-a müsahibəsi.

- Vüsalə xanım, çox yorğun halda sizi yaxaladıq. Deyəsən, verilişin üstündə çox çalışırsız...

- Həmişə olduğu kimi yenə də qaçaqaçdayam, bəli, işimin üstündə çox çalışıram. İndi də montaj otağındayam, görürsüz ki, verilişi montaj edirəm. Bizim "100 ölç, bir biç" verilişinin bu günlərdə 1 yaşı oldu. Ona görə bir az yorğunam. Ümumiyyətlə, bu yorğunluğu yorğunluq kimi hiss etmirəm. 21-ci ildir ki, televiziyada çalışıram, həmişə də belə yorğun olmuşam. Təbii ki, bəhrəsini görəndə çox sevinirəm.

- Bir neçə televiziyada işləmisiz. Teleaparıcı kimi nə vaxtsa töhmət almısınızmı?

- Desəm ki, töhmət almamışam, bu yalan olar. Əslində, məni bir dəfə cəzalandırıblar. ATV telekanalı yeni açılan müddətdə mən 5 il xəbərlərdə çalışmışam. Həmin vaxtı mən ölkə prezidentindən eksklüziv müsahibə almışdım. Bu xəbər isə ardıcıl olaraq televiziyada anons edilmişdi. Özümü şirkətə elə çatdırdım ki, artıq bizim xəbərlərin sonu idi. Amma anons olunmuşdu ki, belə bir müsahibə gedəcək. Heç olmasa bir kəlmə sinxron da olsa efirdə getməli idi. Tez özümü montaj otağına çatdırdım və həmin müsahibədən bir sinxron kəsib, efirə verdim. Əslində, orada bir səhv yox idi, amma hər şey ola bilərdi. Material öncə yoxlanılıb sonra efirə getməli idi. Direktorum həm məni, həm də baş redaktoru cəzalandırdı.

- Sizdən fərqli olaraq bir çox teleaparıcıların işi, sadəcə, stənd-ap etməklə kifayətlənir.

- Mən öz işimə tam cavabdehlik daşıyıram. Əgər bu işi mən görmüşəmsə, bu məsuliyyət birə-beş artır. Ona görə mən çalışıram ki, harada mənim adım, imzam varsa, o iş mükəmməl olsun. Bu işi mən sevərək edirəm, o demək deyil ki, mənə bunu edən bir kəs yoxdur. Xeyr, sadəcə, bunu mən etməyi özüm sevirəm. Yorğunluq da ona görədir ki, mən təkcə televiziya işi ilə məşğul olmuram. Üzərimdə başqa işlərin də ağırlığı var. İlk növbədə, mən anayam, oğlum 11-ci sinifdə oxuyur. O, hal-hazırda bir neçə repetitor yanına gedir. Oğlumun bütün işləri ilə mən məşğul oluram. Hətta hamı yatandan sonra sabahın yeməyini də hazırlayıb qoyuram.

- Demək ki, mətbəxlə də aranız yaxşıdır.

- Hə, mətbəxlə aram çox yaxşıdır, heç "uf" da demirəm (gülür). Daşdan yumuşaq ürəyim nə istəyirsə onu hazırlamağı bacarıram. Yeməyi də bacarıram, hazırlamağı da. Bilirsiz ki, mən artıq 7-ci ildir, müğənni Yaşar Cəlilovla çalışıram. Onun bütün mətbuat, təşkilatçılıq işlərini mən görürəm. Bundan başqa Yaşarla bizim ortaq bir gözəllik salonumuz da var. Bütün bu işlərdən sonrakı yorğunluq evdə gedib görəcəyim işlərin heç birinə mane olmur.

- Oxucular bəlkə də bilmirdilər ki, 11-ci sinifdə oxuyan övladınız var. Olmaya erkən ailə həyatı qurmusuz?

- Mənim heç də yaşım az deyil. 39 yaşım var, yaşım barədə qətiyyən kompleks yaşamıram. Bir şeyi etiraf etmək istəyirəm, bu, məni bir müddətdir ki, narahat edir. 35 yaşına kimi heç nə vecimə deyildi. Zaman mənim üçün necə gəldi, elə də gedirdi. 35 yaşdan sonra elə bil harasa tələsirəm. Bilmirəm bütün qadınlarda belədir, yoxsa yox? Bilmirəm... Elə bilirəm ki, ömrüm nəyəsə yetməyəcək.

- İnsanlar tək olanda bəzən bunu hiss edirlər. Olmaya çiyninizdəki yükləri daşımaqdan bezmisiz?

- Əslində, bir şeyi etiraf edim ki, mənim çiynim heç bir vaxt yüksüz olmadı. Həmişə çiyni yüklü olmuşam. 2-ci kursda işləyirdim, pul qazanırdım. Hazırda da hər işimin dalınca özüm qaçıram. Mənə kömək edəcək bir insan yoxdur. Əlbəttə ki, çətinliklərim çoxdur, bu çətinliklərin altından qalxmağa bir ürək lazımdır. Bu ürək də heç vaxt qadın ürəyi olmur. Bu, gərək kişi ürəyi olsun.

- O da yoxdur?

- Bəli, o da yoxdur. Ona görə də o anlarda mən kişi ürəyi daşımağa hazıram.

- Danışığınızdan belə başa düşdüm ki, ailə həyatınız uğursuz alınıb. Bu kimdən asılı idi, sizdən ya qarşı tərəfdən?

- Bəli, ailə həyatım kifayət qədər uğursuz alındı. Buna görə heç kimi günahlandırmaq olmaz.Həyat deyilən, alnımıza yazılan bir şey var ki, onu daşımağa məcburuq. Mən həyat yoldaşımla xoşbəxt olmadım deyə, bu, o demək deyil ki, o da kimləsə xoşbəxt olmalı deyil. Xeyr, hər kəsin bir taleyi vardır. Neyləyək, bizimki də belə alındı da. Deyə bilmərəm ki, ailə haqqında düşünmədim, əlbəttə ki, düşündüm. Sadəcə, mənim elə bir şansım olmadı. Qarşıma çıxan insanlar özümdən zəif oldu. Televiziya sahəsinin qəribə qanunları var. Bizim kişilər istəyirlər ki, gözəl qadın başqasının xanımı olsun.

- Yəqin ki, bu xüsusiyyət qısqanclıqdan irəli gəlir.

- Bilmirəm nədən irəli gəlir, amma çox dəyərsiz bir mentalitetdir. Bəzən görürsən ki, həyatında haralardan keçib haralara gəlmiş bir qızı mənəm-mənəm deyən oğlanlar alıb özlərinə xanım edir. Amma bir xanım ayrılırsa, yanında uşaq varsa, onu qəbul etmirlər. Yaxınlaşanda da görürsən ki, ona ailə yox, yanında gözəl və tanınmış bir xanımın olması vacibdir. Ona görə də ailə həyatı qurmuram, təkliklə barışmışam.

- İnanmıram ki, sizə elçi düşənlər olmasın.

- Mənə, hələ ki, heç kim elçi düşməyib. Həmişə anam deyir ki, sən niyə ailə həyatı qurmursan? Deyirəm ki, kim gəldi, etiraz etdim? Mənə elçi düşməyənlər ya düşünüblər ki, etiraz edərəm, ya da fikirləşiblər ki, Vüsalə tək deyil. Mən insanlara çox güvənmirəm. Mənim düşündüyüm kişilər çox azlıq təşkil edir, onlar da artıq sahibləniblər (gülür).

- Kimlər sizdə inamsızlıq yaradıb?

- Mən "Hamı mənim dostumdur, amma heç kim mənim dostum deyil" prinsipi ilə yaşayıram. Hamının bildiyi və bilmədiyi xüsusiyyətlərim vardır mənim. Onlar sırf mənə aiddir. Mən güvənmədiyim, etibar etmədiyim insanlara bunu demirəm. Həyatda güvəndiyim insanlar çox azdır. Çünki bu həyatdır. Mən çox arxadan vurmalar, çox xəyanətlər görmüşəm. Bu xəyanətləri istər rəfiqələrim, istərsə də dostlarım edib. Ətrafımda sınanmış insanlar var ki, illərdir bir yerdəyik. Amma o da rəfiqəlik, dostluq deyil. Mənim üçün dostluq odur ki, onlar bir-birlərinin yaxşı və pis bir şeyini bölüşürlər. Əgər mənim də rəfiqəmdən gizlətdiyim hər hansı bir sirrim varsa, bilirəm ki, onun da məndən gizlətdiyi sirri var.

Demək ki, bu rəfiqəlik, dostluq demək deyil. Həyatda insanlardan çox pislik və zərbələr görmüşəm. Mənim qəbul etmədiyim çox şeylər var, məni də çox insanlar qəbul etmirlər. Gəlin çıxaq şəhərə sorğu keçirək. Görəcəksiz ki, 100 nəfərdən 90 nəfəri məni bəlkə heç bəyənməyəcək.

- Niyə ki?

- Məni acıdil, aravuran insan kimi hesab edirlər. Bilmirəm ki, bu yalnış fikirlər insanlarda hardan formalaşıb? Hərdən təəccüb etdiyim məqamlar da olur. Bu da sosial şəbəkədə gördüyüm bir çox şeylərlə bağlıdır. Mən İnstaqram səhifəmi bağlı saxlayıram. Çünki çox şərəfsiz insanlar şəkillərimin altında girib nə gəldi yazırlar. Baxırsan ki, elə adamlar var ki, mən onun əxlaqına bələdəm, həmin insanların əxlaqı danışılacaq, deyiləcək qədər deyil. Bəzən girib o məşhurlara elə sözlər yazırlar ki, fikirləşirəm ki, bu, həqiqətənmi mələkdir? Amma mənim haqqımda elə şeylər yazırlar ki, özümü ən axırıncı insan hesab edirəm. Bu, nə cəsarətdir? Kimisə tərifləyib, kimisə təhqir etmək...

- Bu günlərdə müğənni Mətanət Əsədova sizin "Space" televiziyasında olan verilişinizin qurma olub, onu tora saldığınızı bildirmişdi. Yəqin ki, xəbəriniz var.

- Əslində, Mətanət Əsədovanın verdiyi açıqlamanı oxumamışam. Ümumiyyətlə, o insan mənə maraqlı olan insanlar sırasında deyil. Mən 2 il həmin layihədə çalışan bir insan kimi "Soy" prodakşının rəhbərliyi tərəfindən hansısa verilişin qurulmuş şəkildə ortaya çıxdığını görməmişəm. Ediblərsə də, mən bundan xəbərsiz olmuşam, mənə bu haqda heç kim məlumat verməyib. Eləcə də bu verilişlə bağlı. Sadəcə, bizim sənət adamlarımız öyrəşiblər ki, verilişə dəvət edəndə onlardan soruşsunlar ki, nə yeniliyiniz var? İşləriniz necədir? Axı bu, camaata maraqlı deyil. Bunlar nə danışa bilirlər, nə fikirlərini ifadə edə bilirlər, nə də ki səmimi ola bilirlər. Ağızlarına gələni danışırlar və o danışıqdan savadlı bir sual çıxaran insan qarşılarında olmadığı təqdirdə onlar elə bilirlər ki, hər şeyi düz danışıblar. Amma vay o günə ki sual verirsən və bu zaman dünya dönür. Bu zaman verilişi qurma adlandırırlar. Mən uşağam ki, sənin danışdığına diqqət etməyim? Yaxud mən uşağam ki, verilişim qurma olsun?

- Vüsalə xanım, çox səmimi etiraflar edirsiz. Niyə məşhurların əksəriyyəti etiraf etməkdən çəkinir?

- Hesab edirəm ki, nəyisə etiraf etməyə böyük ürək lazımdır. Bəzən bundan insanlar çəkinir, onları da başa düşürəm. Onların da qarşısını kəsən nələrsə var. Çünki bəzən həyatlarında baş vermiş nələrdənsə utanıb çəkinirlər.

- Ananız yay ayında qəzaya düşmüşdü. İndi vəziyyəti necədir?

- Bəli, anam və atam qəzaya düşmüşdülər. Hələ də anam o qəzanın fəsadlarını yaşayır, yaxşı yeriyə bilmir. Daha çox xəsarət alan anam olmuşdu. Mən və qardaşım onun həmişə qulluğunda dayanıram.

- Vüsalə, atanızın aktyor olduğu deyilir. Bu, nə dərəcədə doğrudur?

- Bəli, atam aktyordur.

- Hansı teatrda çalışır?

- İnanırsız bilmirəm.

- Niyə?

- Çünki atamla münasibətim yoxdur. Bir faktı da sizə açıqlayım qaranlıq qalmasın. Anamla birlikdə qəzaya düşən mənim atalığımdır. Mən dünyaya gəlməmişdən onlar ayrılıblar. Atam çox uzun illər bizi itirib-axtarmadı. Onun da özünə görə səbəbləri oldu. O vaxt axtardı ki, artıq ata nəvazişinə ehtiyacım yox idi. Bu zaman da mən qəbul etmədim. Heç vaxt, heç vaxt demirəm, amma atamı qəbul etməyi də düşünmürəm. Hələ ki, buna zərurət bilmirəm.

- Deməli, ata nəvazişinin nə olduğunu bilmirsiz?

- Bəli, ümumiyyətlə, mən o hissin nə olduğunu bilmirəm. Yalan nə deyim? Ona ehtiyacın olduğunu da düşünmürəm. Bəlkə də onun yanında böyüsəydim, nəvazişinə ehtiyac duyardım. Atasız yaşaya bilməyən insanlar var, ona şeir yazanlar var. Mən bu hissi yaşamamışam və bu, mənim toxunmaq istəmədiyim bir tərəfimdir. Bəzən həyatımda baş verən hadisələrə görə onu günahlandıra bilərəm. Bəlkə də sən mənim yanımda olsaydın, belə olmazdı, dediyim sözlər yaranır. Bəlkə də bu sözlərimə görə məni qınayan insanlar olacaq.

Xəbərlər     Baxılıb: 5245   Tarix: 25 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?

Faydalı bildiyiniz qidalar, meyvələr belə qanı qatılaşdıra bilər. Xüsusən yayda orqanizmdə susuzlaşma fonunda qan daha da qatılaşır. xəbər verir ki, ürək-damar cərrahı Pavel Vladimirov kartof, banan, şirniyyat və hətta bəz

.

30-50 yaş aralağında günəş altında nə qədər qala bilərik?

Günəşlənmək təkcə dəriyə gözəl bir tündlük vermək deyil, həm də sağlamlıq məsələsidir. Günəş altında həddindən artıq qalmaq dəri yanıqlarına, vaxtından əvvəl qocalmaya və dəri xərçəngi riskinin artmasına səbəb ola bilər

.

Koronavirusun yeni ştammı aşkarlandı - Sürətlə yayılır

Böyük Britaniyada unikal boğuq səs simptomu ilə müşahidə olunan yeni "Stratus" koronavirus ştammı yayılıb. xəbər verir ki, bu barədə "The Independent" qəzeti xəbər verib. Qeyd olunub ki, "Stratus"

.

Kilosu 30 manata SATILIR, yalnız Siyəzəndə yetişir - möcüzəvi FAYDALARI - FOTO

Siyəzən rayonunun Yenikənd kəndində 2019-cu ildən bəri maraqlı və faydalı giləmeyvənin - mavi gilənin yetişdirilməsinə başlanılıb. Görünüşcə qara giləyə bənzəsə də, mavi gilə üzüm deyil, tamamilə fərqli bir giləmeyvədir

.

Kişilər və qadınlar üçün kritik yaş dövrü nə vaxt başlayır?

Sağlamlığa erkən yaşlardan diqqət göstərmək xroniki xəstəliklərin qarşısını almaq və aktiv qalmaq üçün vacibdir. Kişilər və qadınlar üçün kritik yaş dövrq nə vaxt başlayır?. xəbər verir ki, Texas Sağlamlıq Mərkəzi və Helsink

.

Gündə bir qaşıq qəbul edin - Xərçəngdən qoruyur

ABŞ-də aparılan yeni tədqiqat göstərib ki, zeytun yağında olan təbii maddə xərçəng hüceyrələrini cəmi 30 dəqiqə ərzində məhv edə bilər. xəbər verir ki, zeytun yağı ilə bağlı araşdırma Rutgers Universiteti və Hunter College-d

.

Qarpızı bunlara görə yeməliyik - faydaları

Qarpız yay fəslinin ən sevimli qida məhsullarından biridir. qafqazinfo-ya istinadən xəbər verir ki,  orqanizm üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, həzmə kömək edir, qanı durulaşdırır. Qarpı

.

Litri 20 manatdır - Xərçəngi məhv edir

ABŞ-də alimlər zeytun yağının xərçəngə qarşı gözlənilməz təsirini üzə çıxarıblar. xəbər verir ki, Rutgers Universiteti ilə Hunter College-in birgə apardığı araşdırma nəticəsində məlum olub ki, zeytun yağında təbii şəkild

.

Dünyanın ən nadir qan qrupu kəşf edildi

Fransız alimlərin apardığı adi bir qan testi gözlənilməz tibbi sirri üzə çıxarıb - Qvadelupadan olan bir qadının qanında indiyədək məlum olmayan, planetin ən nadir qan qrupu aşkar edilib. xarici mediaya istinadla xəbər veri

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qis geyimləri 2025 kosmetoloq aksessuarlar bayatilar vetene aid 2025 yaz geyimleri geyim qaydaları saç kəsimləri 2025 prostat cinsi əlaqə insan hakista sozler vicdan