Tanınmış türkiyəli həkim: Virusdan qorunmaq üçün…

Tanınmış türkiyəli həkim: Virusdan qorunmaq üçün…Uzun illər Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin özəl həkimi işləyən daxili xəstəliklər üzrə mütəxəssis, professor və yazıçı Osman Müftüoğlu yeni tip koronavirusa qarşı görülən tədbirlər çərçivəsində doğru hesab edilən yanlışların siyahısını hazırlayıb.
Milli.Az həmin siyahını təqdim edir:
1. Bol sarımsaq və soğan yemək
Bəli, soğan, sarımsaq kükürd və alisin ilə zəngin acı, büzücü özəllikləri olan təbii dərmanlardır, amma koronavirusdan qorunma kimi ciddi bir işi sadəcə onların üzərinə yükləməklə həll etmək yanlışdır. Hələ hər gün 4-5 diş sarımsaq, 2-3 soğanı çiy-çiy yemək mədəyə və ictimai münasibətlərə xəyanət sayılır! Xəstəsinizsə, koronavirusa yoluxmusunuzsa, o zaman ikisini də rahatlıqla yeyin. Bunun sayəsində qoxunuzdan xoşlanmayanlar sizdən kənar gəzərlər, nəticədə virus daha az yayılar.
Məsələ budur: lazımi, balanslı, çeşidli qidalanmaq və bol tərəvəz, meyvə, protein qəbul etmək.
2. Turşuya yüklənmək
Turşuların, xüsusilə, kələm, xiyar, sarımsaq və soğanı bol olan turşu ziyafətinin probiotik zənginlik sayəsində immun sistemini gücləndirdiyi doğrudur. Lakin bu təbii qüvvənin insanı koronavirusdan sığortalamağı çətin məsələdir.
Turşu yeyərkən bir az da mədənizi düşünün.
3. Spirtli içki virusu öldürür
Doğrudur! 60% və ondan yüksək miqdarda tərkibində spirt olan hər növ əl təmizləyicisi virusları anında yox edər. Lakin bu, sadəcə əl təmizliyində keçərlidir. Əlləri təmizləyərək deyil, spirtli içki qəbul etməklə virusları öldürməyi düşünmək son dərəcə risklidir.
Mövzu virus infeksiyasıdırsa, spirtli içkidən uzaq durun!
4. Sirkə qarqarası yaxşıdır
Duzlu su ilə qarqara ola bilər, amma xlor dioksidi əlavə edilmiş, ya da sirkə ilə qarqara qətiyyən olmaz! Nizamlı və tez-tez etdiyiniz təbii qarqaralar mexaniki təmizləmə yolu ilə işə yarayacaq.
5. Tez-tez su içmək faydalıdır
Nizamlı şəkildə su içmək məqbul və yerində tövsiyədir. Amma məsələ koronavirusdan qorunmaqdırsa, işə yaramaz.
Tövsiyəm budur: Tez-tez ilıq su için, amma bunu virusları su ilə mədəyə yollayıb mədə turşusu ilə öldürmək üçün yox, susuz qalmayıb immun sisteminə dəstək olmaq üçün edin.
6. Gümüş suyu (kolloidal) virusu yox edər
Bu, bir Amerika əfsanəsidir. Kolloidal gümüş mayesi içməyin ciddi toksiki təsiri ola bilər. Böyrəklərə və cildə zərər verə bilər.
7. İsti içkilər içmək lazımdır
Koronavirus istidən, yəni yüksək temperaturdan xoşlanmır. Kəskin isti içkilər ağız-boğaz bölgəsini yandıraraq qoruyucu epitel təbəqəsini və qabaqlayıcı immunitet epidemiyalarını zədələyir. Qısası, nə isti su, nə də isti bitki çayları içmək virusun vecinə deyil. Əksinə, onların keyfini artıra bilər.
İsti sudan mütləq faydalanmaq istəyirsinizsə, tövsiyəm budur: dəsmal və yataq örtüklərini 60 dərəcə və ondan isti su ilə yuyun.
8. Kəllə-paça şorbası virusa qalib gələr
Bu, tam bir sayıqlama və yanlışı yanlışla cilalama tövsiyəsidir. Kəllə-paça, toyuq bulyonu, pomidor və balqabaq şorbası olmasının fərqi yoxdur. Şorbaların hər birinin faydası var. Lakin şəfa məsələsində əsla və əsla dərman niyyətilə istifadə etmək olmaz.
9. Maska taxmaq kifayətdir
Xeyr! Kifayət deyil. Maska sizi virusa yoluxmaqdan qorumaz. Xəstəsinizsə, virusu başqalarına yoluxdurmanızın qarşısını ala bilər. Maskaya yox, əl təmizliyinə güvənin.
10. Əl dezinfeksiyaediciləri problemi həll edər
Daha bir mühüm yanlışlıq budur. Televiziyada reklamları verilən və "bakteriyalardan qoruyur" şüarı ilə bazara çıxarılan antiseptik, dezinfeksiyaedici və mikroböldürücülərin əllərinizi sabun-su təmizliyindən daha çox qoruya biləcəyinə ümid etməyin.
Təkrarlayaq: əllərinizi tez-tez bol isti su və sabunla yuyun.
BONUS
Virusdan daha təhlükəli bir epidemiya var: dedi-qodu
Koronavirusdan qorunmaq üçün sonsuz sayda tədbirlər var. Xüsusilə, şəxsi gigiyena və təmizlik bu virusdan qorunmada işə yarayır. Qısası, dedi-qodu, yanlış, əsassız məlumat yaymaq virusdan daha risklidir. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1775   Tarix: 14 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sac duzumleri toy makiyaji sekilleri qadın geyimi dil haqqinda atalar sözləri geyimler 2026 bu ilin cantalari atalar sozu elm haqqinda kosmetika kahfe fali masqalar gozellik saglam qidalanma kondom