Tarixin ən QORXUNC QATİLLƏRİ: ilk onluqda kimlər var?

Tarixin ən QORXUNC QATİLLƏRİ: ilk onluqda kimlər var?Dünya tarixində saysız-hesabsız seriyalı qatillər olsa da, onların içində bəziləri var ki, adlarını eşidəndə insan vahiməyə düşür. Onların içində nekrofiliya və hannibalizm xəstələri də var. Ekspertlərin sözünə görə, əksər belə qatı cinayətkarların psixoloji vəziyyəti yaxşı olmur. Həmçinin onların çoxu uşaqlıqda xüsusi travma almış şəxslərdir. 
Publika.az tarixin ən qatı cinayətkarları haqqında məlumatları təqdim edir.
İlk sırada bütün sovet ölkəsini sirkələyən "ədəbiyyat müəllimi" Andrey Çikatilo dayanır. Tarixin ən QORXUNC QATİLLƏRİ: ilk onluqda kimlər var?Ukrayna əsilli cinayətkar 1978-1990-cı illər arasında 53 nəfərin qətlinə görə məsuliyyət daşıyır. Öz etirafına görə, 56 adam öldürməyə cəhd edən və onlardan 53-ü ilə nəticələnən Cikatilo 1994-cü il fevralın 14-də başından güllə ilə vurularaq edam edilib.
İkinci sırada Donald Henri Qaskins ( "Pee-Wee") qərarlaşır.Tarixin ən QORXUNC QATİLLƏRİ: ilk onluqda kimlər var?Qaskins 80-90 nəfəri əvvəlcə işgəncə verərək, sonra isə şikəst edərək öldürdüyünü bildirib. O, 1969-cu ildə Cənubi Amerikanın sahil yollarında avtostopçuları öldürməyə başladı. Onun şəriki Qaskinin 2 yeniyetməni öldürdüyünün şahidi olduqdan sonra polisə müraciət edib. Qaskins əvvəlcə ölüm cəzasına məhkum edilib, lakin sonradan onun cəzası ömürlük həbslə əvəz olunub. O, həbsxanada olarkən məhbusu öldürərək adına daha bir cinayət əlavə edib.
İlk üçlüyü Tsutomu Miyazaki tamamlayır.Tarixin ən QORXUNC QATİLLƏRİ: ilk onluqda kimlər var?Miyazakinin "Drakula", "Kiçik Qız Qatili" və "Otaku Qatili" daxil olmaqla bir çox adı var. Onun bu qədər ad çəkməsinə səbəb kiçik qızları qaçırıb öldürdükdən sonra ölülərlə cinsi əlaqədə olmasıdır. O, həmçinin öldürdüyü insanların bədən hissələrini qoruyub saxlayaraq ailələrinə qətli təsvir edən açıqcalar göndərirdi. Bu hadisələrdən sonra atası intihar etdi və Miyazaki 2008-ci ildə, 45 yaşında asıldı.
Ən amansız cinayətlərinə görə digər sıralamalar isə aşağıdakı kimidir:
4. Harold ŞipmenTarixin ən QORXUNC QATİLLƏRİ: ilk onluqda kimlər var?15 yaşlı xəstəsini öldürməkdə təqsirli bilinən Şipmen həkimlik karyerası ərzində 250 adamı öldürmüş ola biləcəyini açıqlayıb. Uzun müddət reabilitasiya mərkəzində müalicə olunduqdan sonra karyerasını "Donneybrook" Sağlamlıq Mərkəzində davam etdirib. Keçmiş həkim və cinayətkar olan Harold Şipmanın 236 xəstəsini öldürdüyü öyrənildikdə bir çox kriminal ekspertlər onu buna sövq edən səbəblərin üzə çıxarılması üçün illər boyu uzun araşdırma aparıblar. İngiltərədə məşhur cinayət mütəxəssisi Deym Canet Smit uzun araşdırmalar nəticəsində bunun səbəbinin Şipmenin törətdiyi cinayətlərdən həzz alması və öldürməyə aludə olması olduğu iddiası ilə nəticələndirib.
5. Ted BandiTarixin ən QORXUNC QATİLLƏRİ: ilk onluqda kimlər var?1974-1978-ci illər arasında ABŞ-ın müxtəlif yerlərində çoxlu sayda qadın cinayətləri baş verirdi. Araşdırmalar nəticəsində bu qətllərin Ted Bandi ilə əlaqəli olduğu müəyyən edildi. 10 ildən çox inkardan sonra Bandi otuzdan çox qətl törətdiyini etiraf etdi. Bandinin sosiopat olduğu düşünülür, lakin törətdiyi vəhşicəsinə qətllərə baxmayaraq, təhsilli, yaraşıqlı və nəzakətli bir gənc kimi təsvir edilir. Bandinin görünüşünə görə onun qurbanları əsasən gənc və gözəl qadınlar olur. 1989-cu ildə elektrik stulda edam edilib.
6. Əhməd SuradjiTarixin ən QORXUNC QATİLLƏRİ: ilk onluqda kimlər var?Maldarlıqla məşğul olan İndoneziyalı Suradji 1986-1997-ci illər arasında 42 qadını öldürdüyünü etiraf edib. Meyitlərlə rituallar icra edən Suradji, ritualının bir hissəsi kimi qurbanlarını belinə qədər basdırar və öz evində onlarla üz-üzə gələrdi. Bunun ona daha çox güc verəcəyinə inanırdı. Suradji 2008-ci ildə şəkər qamışı tarlasında tapılan cəsədlərin qatili olduğu qəti şəkildə sübuta yetirildikdə edam edilib.
7. Pedro Lopez Monsalve Tarixin ən QORXUNC QATİLLƏRİ: ilk onluqda kimlər var?"Andes canavarı" kimi tanınan cinayətkar Kolumbiya, Peru və Ekvador üçbucağında 300 uşağı zorlayaraq öldürüb. Loper bu üç ölkədə törətdiyi  dəhşətlərdən sonra öldürdüyü və təcavüz etdiyi insanların hər biri üçün maksimum bir ay həbsdə yatıb. Onun 1980-ci ildə öldürdüyü 53 uşağın məzarı polis tərəfindən tapılıb. 1999-cu ildə verdiyi müsahibədə özünü əsrin adamı kimi qələmə verib və yaxşı davranışına görə azadlığa buraxılmalı olduğunu bildirib.
8. Edmand KemperTarixin ən QORXUNC QATİLLƏRİ: ilk onluqda kimlər var?Nekrofil qatil kimi təsvir edilən Kemper hələ 15 yaşında olarkən nənə və babasını öldürüb. O, ruhi xəstəliyi olan cinayətkarların saxlandığı ən yüksək rejimli həbsxanada saxlanılırdı. Psixiatrlar onu sağaldığına inandırdıqdan sonra 21 yaşında sərbəst buraxıldı. O, 1970-ci illərdə anası da daxil olmaqla bir çox qadının ölümündə günahkar bilinirdi.
9. Patrik Üeyn KörneyTarixin ən QORXUNC QATİLLƏRİ: ilk onluqda kimlər var?"Zibil Torbası Qatili" kimi də tanınan Körney 1975-1977-ci illərdə aktiv olan bir qatı cinayətkardır. Üstün zəkaya sahib olan Körney 32 homoseksualı öldürdüyünü etiraf edib. Kaliforniya şossesində qurbanlarının cəsədlərini zibil torbalarına saran qatil 21 qətldə günahkar bilinir. Etirafına görə ömürlük həbs cəzasına məhkum edilib.
10.  H.H HOLMSTarixin ən QORXUNC QATİLLƏRİ: ilk onluqda kimlər var?İlk qeydə alınmış Amerika cinayətkar kimi tanınan Dr. Holms 1861-ci ildə anadan olub. Çikaqo Ümumdünya Sərgisi zamanı o, Çikaqoda nəzərdə tutduğu qətlləri törətmək üçün xüsusi olaraq hazırlanmış bir otel açdı. Holms 27 qətli etiraf etsə də, öldürdüyü adamların sayı 200-ə yaxındır.

Maraqlı     Baxılıb: 5199   Tarix: 21 iyun 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

turlar.az

geyim necə seçməli toy makiyaji sekilleri qaşların formalari üzə qulluq qazan katleti öskürəyin təbii müalicəsi vaginal quruluq kosmetika hekaye janri kokelmek maya maskasi sevgi heyati