TATU haqqında bilmədiyimiz TƏHLÜKƏ

TATU haqqında bilmədiyimiz TƏHLÜKƏİllər ötdükcə gözəllik xatirinə müxtəlif üsullar - tatu, pirsinq, botoks, silikon və s. meydana çıxıb. Bunlar çox zaman qəbul olunmasa da, yeniliyi və qeyri-adiliyi sevənlərin sayəsində cəmiyyətin gözü bunlara alışmağa başlayıb. Bu gün şou əhli, eləcə də gənclər tatudan geninə-boluna istifadə edir. Bəs tatu istifadəçiləri onun haqqında nə qədər məlumatlıdırlar? 
Milli.Az bu barədə maraqlı bir araşdırma aparıb.
Əvvəllər tatunu daha çox hərbi xidmətdə olarkən gənc oğlanlar və həbsxanada olan məhbuslar etdirirdilərsə, indi qadın və qızlar, xüsusən də məktəblilər arasında tatuya maraq böyükdür. Buraya təkcə al-əlvan şəkillər deyil, müxtəlif yazılar, imzalar da aiddir.
Tatu necə yaranıb?
İndi bu qədər geniş yayılan tatunun tarixi bizim bildiyimizdən çox-çox qədimlərə gedib çıxır.
Hindlilər, yaponlar və Afrikadakı bəzi qəbilələr tatuajı bəzək kimi qəbul etsələr də, bir çox cəmiyyətlərdə tatu xəstəliklərdən və mənfur ruhlardan qorunmaq üçün istifadə edilir. Tatu sənətinin çox qədim tarixi var. Belə ki, Misir Fironlarında tatuajın olması günümüzdə aşkar edilən mumiyalardan aydın görünür. Romada və Yunanıstanda isə tatu damğa kimi ancaq kölələrə edilərdi. Xristianlıq dini bir ara tatunu qadağan etsə də, buna qarşı çıxan ilk xristianlar bədənlərinə İsanın adını, ya da xaç naxışları daşıyan döymələr etdirmişdilər.
Tatu sənəti XX əsrin əvvəllərində dənizçilər arasında daha çox məşhur idi. Onların fikrincə, tatu romantik duyğuları və sevgini özündə birləşdirirdi. Bəzi ölkələrdə tatu vurularkən təmizlik şərtlərinə riayət edilməməsi AİDS və s. bu kimi xəstəliklərin yayılmasına səbəb oldu. Bununla da icazəsiz tatuajın edilməsinə qadağalar qoyuldu. Hazırda dünyanın bir sıra ölkələrində tatuaj sənəti var.
Qardaş ölkə Türkiyənin bir sıra kəndləri var ki, o kəndlərdə döymənin xüsusən qadınlar tərəfindən qadınlara edilməsi bir ənənədir. Döymə xüsusən iki qaşın arasına və dodaq altına edilir, mənası isə böyük bir tayfanın ən böyük xanımı deməkdir. Məhz bu xanımlığa yüksələn qadınları digərlərindən ayırmaq üçün belə formada döymələr edilir.
Avropada son illər döymə xüsusi məna kəsb edir. Belə ki, ailə quran cütlüklər nişan üzükləri yerinə məhz nişan barmağına üzük və ya hər hansı bir işarə döydürürlər. Keçici olan bu döymələr müəyyən müddətdən sonra yenidən işlənilir. Qalıcı edilməyən döymələr gələcəkdə ailənin boşanacağı təqdirdə problem yaratmaması üçün müddətli edilir. Bu üsul həm daha rahatdır, həm də sədaqət rəmzidir. Hər iki tərəf əmin olur ki, sevdiyi insan istənilən məkanda bu işarəni silib, özünü subay insan kimi qələmə verə bilməyəcək.
Azərbaycanda da tatu etdirənlər az deyil. Kimisi tatunu gözəllik, kimisi sədaqət rəmzi kimi qəbul edir. Bəziləri isə sadəcə dəbə uymağa çalışır. Daşıdığı döymənin mənasını bilmək isə ümumiyyətlə, heç kim üçün maraqlı deyil.
Gənclər tatuaja müsbət, orta nəslin nümayəndələri lazımsız, yaşlılar isə dəhşət kimi yanaşırlar. 
12 illik peşəkar təcrübəyə sahib tatu ustası Ülvi Əbilov Lent.az-ın əməkdaşına bu sənətin görünməyən tərəfləri barədə danışıb:
O bildirib ki, gün ərzində qəbul etdiyi müştərilərin sayı tatunun ölçüsünə görə dəyişir:
"Bəzən 2-4 minimal, bəzi hallarda isə bir böyük tatu olur. Çünki bir böyük tatudan sonra insanın beyni çox yorulur deyə işləmək olmur".
Ülvi Əbilov qeyd edib ki, hətta 60 yaşında Avropada yaşayan bir qadın müştərisi var ki, hər il Bakıya gələndə minimal bir tatu etdirir: 
"Lakin ona tatu edəndə sanki minimal deyil, böyük bir tatu edirəm. Yaş çox olduğu üçün dəri qalın olur və ona görə də həmin xanımın bir tatusuna çox vaxt sərf edirəm".
Yaşdan söhbət düşmüşkən usta özünün iş prinsipini də açıqladı:
"Qanuna uyğun olaraq mümkün olsa da, mən 20 yaşını ötməmiş heç kimə tatu etmirəm, ümumiyyətlə, etdirməyi məsləhət görmürəm. Ölkəmizdə tatu iş məsələsində problem yarada biləcək bir amildir. Ona görə də hər zaman müştərilərimə iş və şəxsi həyatını qurduqdan sonra tatu etdirməyə tövsiyə edirəm".
"Tatu sildirməyə gələnlərin çoxunda isə səbəb iş və ya ucuz bir yerdə etdirdiyi prosedurun uğursuzluğudur. Hazırda hər yerindən duran tatu edir və çoxu da işi bacarmır. Sadəcə ucuz qiymətə olduğu üçün insanlar aldanır və nəticə xoş olmur", - deyə o əlavə edib.
Həmsöhbətimiz tatu etdirənlər arasında qadınların üstünlük təşkil etdiyini vurğulayıb:
"Kişilər "camaat nə deyər" düşüncəsi ilə çox şeyə razılıq vermirlər, gah rəngə ilişir, gah da formasında qərarsız qalırlar. Amma qadınlarla işləmək daha rahatdır. Hər hansısa bir görünüş və ya rəng təklif edirik, onlar da razılaşırlar".
Onun sözlərinə görə, müştərinin qərar verdiyi nahiyənin şəklini çəkib virtual olaraq proqram vasitəsiylə həmin hissəyə istədiyi rəsmi yerləşdirərək orijinalda necə görünəcəyini özünə göstərirlər:
"İşimizin peşəkarı olduğumuz üçün təklüflərimizdən geri qalmırıq. Rəssam və dizayner kimi müştərinin istədiyi rəsmi daha da gözəl hala gətirib yenidən özünə göstəririk. 90 % mən hazırladığım rəsm olur. Çünki müştərim bu işin içində deyil, sadəcə bir şəkil bəyənir amma onun daha yaxşı variantlarının olduğunu bilmir".
Bəzi adamlar elə düşünür ki, tatu döydürməklə daha çox diqqət çəkə və gözəl görünə bilərlər. Lakin tatu həvəskarları bir məsələni unudurlar ki, tatunun insan səhhətinə zərərləri də var. Tatu döymələri müxtəlif dəri xəstəliklərinə səbəb olur və hətta dəri xərçəngi belə yaradır. Bundan başqa hamiləlikdə qadın bədəninə döymə etdirərsə, körpənin inkişafına mənfi təsir edə və anormallığa səbəb ola bilir. Həmçinin tatu vurduran insanlarda tetanus, herpes deyilən uçuqların da yaranması mümkündür.
Tatunun yol açdığı dəhşətli xəstəliklərdən biri də Hepatit B və C xəstəlikləridir. Döymələr həm də allergik reaksiya yaradır.
Bəziləri düşünür ki, müvəqqəti döymələr daimi döymələr kimi təhlükəli deyil. Əslində bu, yanlış düşüncədir. Müvəqqəti döymələr bir ay sonra dəridən çıxsa da allergik narahatlıqlara, ciddi infeksiyalara, hətta QİÇS kimi yoluxucu xəstəliklərə səbəb ola bilir.
Əsasən də rəngli tatular bu tip xəstəliklərə səbəb ola bilər. Rəngli boyalarda müəyyən problemlər müşahidə olunur. Tatu sonrası dəri natamam olduğuna görə infeksion xəstəliklərə yoluxmalar ola bilir.
Boyaların keyfiyyət məsələsi də mühüm rol oynayır. Keyfiyyətli və orqanizm üçün nisbətən zərərsiz olan boyalar var ki, bir çox sınaqlardan keçiblər. Bir də 3-cü dərəcəli ölkələrdən gələn keyfiyyətsiz boyalar da var. 
Kimlərə tatu olmaz?
Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. 
Tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanoma olanlar da döymə etdirməməlidir. Həkim bildirib ki, döymə yerində əmələ gələn dəri xərçənginin gözdən qaçması ehtimalı da var. 
Əziz gözəllik həvəskarları, hər hansı təhlükə ilə qarşı-qarşıya qalmamaq üçün işinizi peşəkarlara təhvil etməyiniz məsləhət görülür. /Lent.Az
Milli.Az

Xəbərlər     Baxılıb: 1364   Tarix: 13 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

toy gecesi qadin sayti yaz geyimleri 2026 ləkələr 8 mart tebrikleri gil maskalari qrip zökəm kosmetika olumu efsane efsaneler damla novruz bayramina aid hakisdalar