"TƏBİB, ərəblərə açıq havada maskasız gəzmək olar?"

"TƏBİB, ərəblərə açıq havada maskasız gəzmək olar?""Bir neçə il bundan əvvəl İslam Həmrəyliyi Oyunları zamanı "su estafeti" tədbiri ilə əlaqədər ölkə turuna çıxarkən Ağ Göl Milli Parkına da gəlmişdik. "Wikipediya" deyir ki, parkda ümumilikdə 500 mindən çox quş qışlayır, 140 növdən çox quş məskunlaşır, 87 növ quş yumurta qoyaraq bala verir. Burada rast gəlinən quşların 30 növünün adı "Azərbaycanın Qırmızı Kitabı"na salınıb".
Open.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə yazıb. O, ərəb turistlərin qanunsuz ov etməsi məsələsinə reaksiya bildirib:
"Yadımdadır, xüsusi icazələrimizin olmasına baxmayaraq, bizi həmin ərazidə elə müşayiət edirdilər, elə bil işləməyə yox, həmin quşlardan kabab çəkməyə gəlmişdik. Telefona çəkmək istəyəndə narazıçılıq edirdilər, az qala pıçıltı ilə danışırdıq ki, amanın günüdü quşları narahat etməyək. Sözün düzü bunları çox anlayışlı qarşıladıq, hətta sevindik ki, nə gözəl, təbiətimizin qayğısına qalırlar.
Sözümün canı nədir... Həmin adamlar, hardasız? Dinməz olmusunuz? Hara baxırsınız? Heç utanırsınız? Nə vaxta qədər biz sizin yerinizə utanacayıq? Nə qaldı ki, pula satmayasız? Abırınızı, əxlaqınızı, mənəviyyatınızı satdınız, atam doymadınız?
TƏBİB, soruşmaq ayıb olmasın, onlara virus yoluxmur? Onlara açıq havada maskasız gəzmək olar? Toplaşmaq da olar? Yoxsa onlar "cərimə"lərini öncədən ödəyiblər? Sizə elə gəlmir ki, ikili standartlarınız bir az çox oldu?!".
Qeyd edək ki, ərəblər Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlayıblar. Bildirilir ki, çoxalan populyasiyanın sayı təbiətdə 200-250 cütdən ibarətdir. Bundan başqa, onlar dünən gecə ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar.

Şou Biznes     Baxılıb: 1973   Tarix: 29 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari hamiləlik qadın ətirləri tutmalar gənc ailə bulkalar kosmetika masqalar ginekoloq hakiwda maya maskasi oglan evi