Təbii doğuş nələri ilə qadınları qorxudur

Təbii doğuş nələri ilə qadınları qorxudurİlk növbədə hamilələri doğuş ağrıları haqqında təsəvvürləri həyacanlandırır. Lakin onlar bilməlidirlər ki, bu ağrı yox sancı hesab olunur. Sanci isə ağridan fərqli olaraq qısamüddətli olur, fasilələrlə baş verir. Fasilə zamanı qadın istirahət edir, hətta yuxulaya bilər. Sancı zamanı isə dərindən nəfəs alıb verməklə ağrını yüngülləşdirə bilər. Doğuş baş verən ana qədər olan dövr sancı dövrü adlanır. Sancının ilk dövrlərində 15-20 saniyə sancı, 15-20 dəqiqə fasilələr olur. bu müddətdə qorxu, təşviş olarsa bütün bədəndə yığılma, sıxılma (o cümlədən də uşaqlıqda) olur, bu da ağrını artırır, və dözülməz dərəcəyə gətirib çıxara bilir. Hamilə xanımlar, ona görə də siz sancılar başladığı zaman, çalışın özünüzə maraqlı olan bir işlə başınızı qatın. Sancının gəlməsini dəhşətli bir şey kimi gözləməyin, sancı gəlir, bir neçə saniyədən sonra bitir. Sancı zamanı dərindən nəfəs alın, yavaş -yavaş nəfəsinizi verin. Belə tənəffüs butun əzələlərin boşalmasina (uşaqlıq daxil olmaqla) səbəb olur. Bu sancının şiddətini azaldır. Sancı zamanı uşaq uşaqlıq boşluğunda sıxılır, siz dərindən nəfəs alıb verməsəniz, körpənizin bətn daxili boğulması baş verə bilər, və həmçinin döl doğum yollarından rahat keçə bilməz. Sancılar arası fasilə azaldıqca, siz qısa aralarda, yenə də gözünüzü yumub dərindən nəfəs alın, yavaş-yavaş nəfəsinizi buraxaraq , istirahət etməyə çalışın. Unutmayın sizin belə qaydada nəfəs almağınız, bətninizdəki körpənizi də rahat, komfort şəraitdə dünyaya gəlməsinə şərait yaradır. Düzgün nəfəs alma texnikasını bütün hamiləlik müddəti gündə bir neçə dəfə təkrar edin, bu həm bətninizdəki körpəniz üçün çox faydalı olacaq (siz bununla dölə daha çox oksigen vermiş olursuz), həm də doğuşa hazırlıq məşqlərinə çevriləcək. Sancılar arası pürrəngi isti çay (tez-tez), kofe (1-2 dəfə), təbii meyvə şirələri qəbul etməyi unutmayın. Bacardığınız qədər cox maye qəbul edin. Bu sancının müddətini və şiddətini azaldır. Ağrını aradan qaldırmaq üçün bəzən həkim müdaxiləsinə də ehtiyac olur.
Sancı dövründən sonra dölün doğulma dövrü--gücənmə dövrü başlayır. Bu zaman artıq ağrılar olmur. Qadında gücənmə hissiyatı yaranır. (sanki böyük bayıra getmək istəyir.) Bu dövr də fasılələrlə baş verir. Güc dövründə də xanım özünü yormamalı, qorxutmamalı, fasilələrdə, dərindən nəfəs alıb vermələri davam etməlidir.!!! Bu dölün güc zamanı boğulmasının, ananın və uşağın doğuş zamanı travma almasının qarşısını alır. Doğan qadın gücənməyə, həkim göstərişindən sonra başlamalıdır. Bu zaman o ayağını döğuş masasının ayaqlığına möhkəm dirəyir, masanın dəstəklərindən tutub özünətərəf çəkərək güc verməyə başlayır. Güc verən zaman qadının başı bir qədər hündür vəziyyətdə olmali, başını sinəsinə sıxmalı və göbəyinə baxmalıdır. Güc ancaq güc gələndə, həkinim icazəsi ilə verilməlidir. 3 dəfə dalbadal uzun sürəkli verməlidir, qırıq-qırıq güc vermə doğuşun müddətinə uzadır və dölə ziyan verir. 3 güc arası bir dəfə dərindən nəfəs alıb vermək və gücənməni təkrarlamaq lazımdır. Güc olmayan zaman isə doğan qadın istirahət etməli, gözünü yumub dərindən nəfəs alıb verməlidir. Dölün başı cinsiyyər yarığından çıxan zaman, həkim güc vermə dedikdə dərindən nəfəs almalı, güc ver dedikdə isə diqqətli olmalıdir. Çünki birdən birə güc vermə aralığın cırılmasına səbəb olur. Ona görə də gücü həkimin dediyi kimi vermək lazımdır.
Beləliklə siz özünüz övladınızın sağlam doğulmasını və doğuşunuzun komfort keçməsini təmin olmuş olarsız. Bu normal fizioloji doğuşdur. Tanrı arzulayanlara qismət eləsin.
Əziyyətsiz, travmasız doğuşun aparılması, doğuşdan sonra uşaqlıq yolunun genəlməsinin qarşısını almaq məqsədilə aparılan estetik müdaxilələr sizi doğuş nəticəsində gələcəkdə yarana bilən fəsadlardan və seksual həyatdakı diskomfortdan qoruya bilər.

Ailə və Uşaq     Baxılıb: 21546   Tarix: 08 oktyabr 2014
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

turlar.az

makiyaj instagram qadin dunyasi kosmetoloq şorbalar türk şirniyyatları reseptler atalar sözləri kosmetika vətən masqalar turpun nağlı azerb clpaq qadinlari masturbasiya nedir