TƏCİLİ! Azərbaycanlı məşhur dünyasını dəyişdi - FOTO
Azərbaycanın əməkdar həkimi vəfat edib.
Xanim.az report-a istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Hava Limanlarının İstismarı İdarəsi rəisinin tibbi-sanitar xidməti üzrə müavini Şövkətxanım Ataməliyeva 92 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ş.Ataməliyeva 1925-ci ildə Bakı şəhərində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, təyinatla Ordubada göndərilib. 1953-cü ildə Bakıya qayıdaraq, aviasiya tibb xidməti sahəsində çalışmağa başlayıb. O, ömrünün 64 ilini aviasiya tibb- sanitar xidməti işinə həsr edib. Ş.Ataməliyeva 2008 -ci ildə Mülki Aviasiyanın 70 illik yubileyində Prezident təqaüdünə layiq görülüb və Mülki Aviasiyanın inkişafında mühüm xidmətlərinə görə yubiley medalı ilə təltif edilib.
Dəfələrlə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və mükafatlarını alıb.
Sövkətxanımın 2 övladı, 2 nəvəsi və 3 nəticəsi var.









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Tanınmış müğənni 84 yaşında vəfat etdi
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı
Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb
Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?
İllər sonra Bakıdadır