TƏCİLİ! Pensiyalar bu qədər ARTDI

TƏCİLİ! Pensiyalar bu qədər ARTDISosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin cəmiyyətin digər üzvləri ilə bərabərhüquqlu və dolğun təminatına nail olunması, onların həyat səviyyəsinin yaxşılaşdırılması yönündə müxtəlif formalarda təsirli və aktiv tədbirlər kompleksinin reallaşdırılması Azərbaycanda qurulmuş etibarlı sosial müdafiə sisteminin başlıca prinsipi kimi çıxış edir. Dünya Bankı tərəfindən ölkəmizin sosial müdafiə sistemi geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan bir sistem kimi dəyərləndirilib.
Xanim.az xəbər verir ki, bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hazırda sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası ilə təmin edilir. 2016-cı ildən qurulan müasir sığorta-pensiya sistemi, eləcə də ötən 11 ildə dövlət başçısı tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla 20 sərəncam imzalanması bu dövrdə əmək pensiyası xərclərinin 6 dəfəyə yaxın, onun orta aylıq məbləğinin 6,4 dəfə artması ilə nəticələnib. Bu artım dinamikasının davamı olaraq, cari ilin ötən dövründə pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 1 oktyabr 2017-ci il tarixinə 203,2 manata, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 226 manata çatıb. Onu da bildirək ki, dayanıqlı sosial-iqtisadi inkişaf şəraitində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin mütəmadi artımı pensiya və müavinətlərin də vaxtında maliyyələşdirilməsinə imkan verib.

2017-ci il tarixinə respublika əhalisinin 4,5 faizi və ya 460 min nəfər müxtəlif növ müavinətlərlə təmin olunur. Son on ildə bu sosial ödənişlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb. Onu da bildirək ki, əlilliyi olan şəxslərin mühüm bir hissəsi əlilliyə görə əmək pensiyası ilə təmin olunurlar. Eyni zamanda, müharibə əlilləri və onlara bərabər tutulanlara aylıq sosial müavinət və ya əmək pensiyası ilə bərabər, 2008-ci ilin sentyabrından Azərbaycan Prezidentinin aylıq təqaüdü də ödənilir. Ötən müddətdə həmin təqaüdün məbləği orta hesabla 2 dəfədən çox artırılaraq I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb.

Eyni zamanda, şəhid ailələrinin də hələ 2007-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdü ilə təminatı həyata keçirilir. Ötən müddətdə şəhid ailələrinə ödənilən həmin təqaüdün məbləği 2,2 dəfə artırılıb və 220 manata çatdırılıb. Həmin sosial ödənişlərlə bərabər, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də verilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin daha da güclənməsinə səbəb olub və Sərəncama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son iki ildə və cari ilin ötən dövründə 607 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun yeni mənzillərlə təmin olunub. Ümumilikdə isə indiyədək nazirliyin xətti ilə 5560 nəfər əlil və şəhid ailəsinə mənzil verilib. 5,9 min nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili təqdim olunub.

Ölkəmizdə qurulan sosial müdafiə sisteminin bir istiqaməti də aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramı ilə əhatə olunmasına yönəlib. Ötən il sosial yardım sisteminin tam avtomatlaşdırılması bu sahədə məmur-vətəndaş təmasları olmadan tam obyektiv və şəffaf şəkildə yardım təyinatlarının həyata keçirilməsinə şərait yaradıb. Hazırda 97,2 min ailənin 400,4 min nəfər üzvü ünvanlı sosial yardım alır. 2017-ci ilin 1 oktyabr tarixinə ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 150 manat təşkil edib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda aztəminatlı ailələrin yoxsulluqdan özünüməşğulluğuna şərait yaradılması yönündə mühüm işlər aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin fevral ayından başlayaraq aztəminatlı ailələrin gəlir imkanlarının artırılması və ailə biznesinə çıxış imkanlarına malik olmaları üçün aktivlərlə təminatı həyata keçirilir. 2018-ci ilin əvvəlindən "İşsizlikdən sığorta haqqında" Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan maliyyə vəsaitləri işşiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsinə, proqrama cəlb olunanların sayının 6 dəfəyə yaxın artırılmasına imkan yaradacaq.

Qeyri-neft sektorunun genişlənməsi şəraitində yeni iş yerlərinin açılmasının daimi xarakter alması, aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi əmək bazarında sabitliyin qorunub saxlanmasına imkan yaradıb. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən də məqsədyönlü işlər aparılır. Bu işlərin davamı olaraq, cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 41,6 min nəfər şəxs münasib işlərlə təmin edilib. Əmək bazarında sabitliyin yaradılmasına yönələn kompleks tədbirlər ötən ilin müvafiq dövrünə nisbətən məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayının da 2 dəfə azalmasına imkan verib.

Xəbərlər     Baxılıb: 4816   Tarix: 26 oktyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu 3 əlamətdən 2-si varsa, mütləq həkimə gedin

Normalda sidikdə olan köpüklər susuzluqdan yarana bilər və qısa müddətdə yox olur. Lakin böyrək filtrləri zədələndikdə zülal sidiyə qarışır (proteinuriya) və bu, daha qalıcı, qatı köpük yaradır.  xəbər verir ki, bu 3 göstəricidə

.

Su basan evlərdə yaşayanlar risk altındadır - Tənəffüs yolları, bronxlar və ağciyərlər

Son günlər yağan intensiv yağışlardan sonra evləri su basdı. Həmin evlərin divarındakı rütubət və nəm insanların sağlamlığı üçün müəyyən risklər formalaşdırır. Terapevt Günay Lətifova -a açıqlamasında bildirib ki, bu vəziyyət

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gündə 30 dəqiqə kifayətdir - 10 il daha gənc qalmağın formulu

Gündə cəmi 30 dəqiqə fiziki aktivlik sağlam və gənc qalmaq üçün mühüm rol oynayır. xəbər verir ki, aparılan elmi araşdırmalar göstərir ki, müntəzəm hərəkət yalnız fiziki görünüşü deyil, həm də bədənin bioloji yaşını müsbə

.

Koronavirusun gizli fəsadı ortaya ÇIXDI

COVID-19 sağalmış insanlarda allergiya yaratmır, lakin immun sistemində balans pozğunluğu yaradaraq autoimmun xəstəlikləri tətikləyə bilər. xəbər verir ki, bunu Pirogov University-nin dosenti Olga Zykova bildirib. Onun sözlərin

.

Günəş kremi haqqında bilməli olduğunuz ən mühüm qaydalar

Ultrabənövşəyi şüalar sadəcə dəridə ləkələr yaradan bir "düşmən" deyil, həm də dəri xərçənginə yol açan gizli bir təhlükədir. Dr. Le Cao Tri vurğulayır ki, dərini qorumaq üçün doğru kremi seçmək və ondan düzgü

.

Oturaq işlə məşğul olanların sağlamlığı təhlükədədir

Oturaq həyat tərzi ilə çalışan insanlar üçün sağlamlığın qorunması mühüm məsələ olaraq qalır. Mütəxəssislər bildirirlər ki, uzun müddət hərəkətsiz qalmaq həm onurğa problemlərinə, həm də ümumi fiziki zəifliyə səbəb ola bilər

.

Miqrenin səbəbi yalnız beyin deyilmiş - YENİ ARAŞDIRMA

Dünyada təxminən 1,5 milyard insanı təsir edən və xüsusilə 50 yaşdan aşağı şəxslərdə daha çox rast gəlinən miqrenlə bağlı yeni elmi nəticələr açıqlanıb. xəbər verir ki, Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə Gazi Universiteti

.

Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə simptonu olanlara ciddi XƏBƏRDARLIQ

Ürək və damar xəstəlikləri ən çox ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir. xəbər verir ki, ürək xəstəliklərindən danışan türkiyəli həkim Mehmet Ertürk bildirib ki, döş qəfəsinin ortasında hiss olunan, çənəy

turlar.az

kosmetoloq yay geyimləri 2026 qaşların formalari ev dizaynlari yataq otagi goz altı qırışlar ana haqqinda atalar sozleri boşanma səbəbləri kosmetika vusale elizade hakistalar veten haqqinda atalar sozu seksi pehriz