Təcili yardım xəstəni aparmaqdan imtina etdi, gənc qız öldü - TƏFƏRRÜATLAR
Təcili yardım həkiminin xəstəni xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində gənc qız ölüb.
Xanim.az məlumat verir ki, şok iddianı Bakının Xəzər rayonu Zirə qəsəbəsinin sakini olan qızın valideynləri səsləndirib. Onların sözlərinə görə, 23 yaşlı Məlhəm Mailova özünü narahat hiss etdiyindən evə təcili yardım çağrılıb.
Valideynləri deyir ki, həkim qızlarını müayinə edib və deyib ki, ciddi bir şey deyil. Sadəcə təzyiqi aşağı düşüb. İynə vurub ki, təzyiq normallaşsın. Lakın iynədən sonra 23 yaşlı qızın vəziyyəti daha da pisləşib.
Bundan sonra həkim getmək istəyib. Valideynləri iddia edir ki, qızın narahat olduğunu görüb xahis ediblər ki, bir qədər dayanıb onun özünə gəlməsini gözləsinlər. Həkim isə buna etiraz edib.
Ancaq iddialar bununla kifayətlənmir. Bu dəfə valideynlər xahiş edib ki, qızı hansısa xəstəxanaya çatdıraq. Həkim deyib ki, ehtiyac yoxdur. Guya xəstəxana gecə soyuqdur, üstəlik həkimlər də yoxdur. Həkim gedəndən yarım saat sonra Məlhəmin dili qatlanıb və nəfəs ala bilmədiyindən ölüb.
Onların sözlərinə görə, bu dəfə də həkim çox gec gəlib. Evə çatanda artıq 23 yaşlı Məlhəm keçinmişdi.
Ərazi üzrə təcili yardım stansiyasında isə məsələylə bağlı münasibət öyrənməyə heç kimi tapmadıq.
Stansıyanın baş həkimi də yerində yox idi.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev "Xəzər Xəbər"ə bildirdi ki, təcili yardım həkimi ilə bağlı araşdırma aparılır. Həkimin günahı olduğu təqdirdə Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR