TƏCİLİ! Yenicə ana olan məşhur azərbaycanlı sənətçidən BƏD XƏBƏR: Körpəsi öldü - "Həkimlər edib"

"İşlə əlaqədar Bakıda deyildim. Evdən zəng vurdular ki, uşaq xəstədir. Aparıblar həkimə, müalicə yazıb. Müalicədə sistem də olub. Sistem vuranda körpə şok keçirib ölüb".

Bunu Ailem.az-a açıqlamasında azərbaycanlı aktrisa Türkan Əliyeva deyib. Aktrisanın iki ay yarımlıq oğlu aprelin 12-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda vəfat edib. O, övladının ölümündə həkimləri günahlandırır: "Uşaq anadan olanda yemək yazılmışdı, ona düşməmişdi. Sonra uşağa "malış" verdik. Qatılaşdırılmış süddən bağırsaqlarına mikrob düşüb. Ona görə həkim sistem yazmışdı. Bağırsaqları yuyulmalıydı. Uşağı "OMD" xəstəxanasına aparıblar, reanimasiya şöbəsinə yerləşdiriblər. Birinci sistemdən sonra uşaq yaxşı olub. Lakin ikinci sistemi qoşanda uşağın nənəsini otaqdan çıxarıblar ki, xaricdən qonaqlar gəlib. Sonra başları qonağa qarışıb. Uşağı sistemin altında qoyub gediblər qonaqları qarşılamağa. Gəlib görüblər ki, uşaq şok keçirib və ölüb".

Aktrisa deyir ki, hadisə aprelin 12-də baş verib. Bakıda olmadığı üçün körpənin öldüyünü ailə üzvləri ona dərhal deməyib. T. Əliyeva uşaq doğulan zaman və sonra heç bir problemi olmadığını iddia edir: "Uşaq xəstələnəndə mən yoldaşımla Bakıda deyildim. Çox təəssüf edirəm ki, nə mən, nə atası yanında olmuşuq. Mənə dedilər ki, uşağın vəziyyəti ağırdır. Gəldim gördüm ki, evdə ağ kəfənə büküblər. Öldüyü gündən bir gün sonra gəlib çatdım. 2 ay yarımlıq sağlam uşaq idi. Uşağa ölüm kağızında yazıblar ki, guya nə qədər xəstəliyi vardı. Halbuki doğulanda heç bir xəstəliyi olmayıb. Bir neçə dəfə müayinədən keçirmişdik, çox sağlam idi. Doğulduğu xəstəxananın da həkimi onun sağlam olduğunu təsdiqləyə bilər. "OMD"-də Solmaz, Aygün və Rəna adlı 2-3 həkim uşağa baxırmış. Ölüm kağızını da Rəna həkim yazıb. Mən uşağın ölümünə səbəb olan həkimlərdən şikayət etmək istədim. Lakin körpənin meyitinin yarılması məsələsinə görə dayandım. İstəmirəm uşağı yarsınlar. Amma uşağın ölümünə həkimlərin diqqətsizliyinin səbəb olduğunu düşünürəm".

Ailem.az məsələyə münasibət bildirməsi üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Nəsib Quliyevlə əlaqə saxlayıb. Baş həkim aktrisanın iddialarının əsassız olduğunu deyib: "Xanımın iddialarının heç bir əsası yoxdu. Burda həkim diqqətsizliyindən söhbət gedə bilməz. Uşaq nəinki sağlam olmayıb, xəstəxanaya triaqoniya vəziyyətində gəlib. Yəni kəskin ürək-tənəffüs çatışmazlığı, hipotermiya, anemiya diaqnozundan canvermə, ölü vəziyyətində xəstəxanaya daxil olub. Uşaq doğulandan ona un qovurub veriblər, qida verməyiblər. Uşağın vəziyyəti ölümcül həddə çatanda xəstəxanaya gətiriblər. Reanimasiyaya daxil olub, 18 saat bütün tədbirlər aparılıb. Aparılan yardımlara baxmayaraq, tələf olub".

T. Əliyeva ikinci övladını vətəndaş nikahında yaşadığı ikinci həyat yoldaşından dünyaya gətirib. Aktrisa ikinci həyat yoldaşı ilə nikaha girməməsinin səbəbini də açıqlayıb: "İki il olar ki, ikinci dəfə ailə qurdum. Böyük oğlum Amin hələ balaca idi. Bu həyat yoldaşım mənim sahəmin adamı deyil. Onun haqqında məlumat vermək istəmirəm. Çünki elə işlə məşğuldur ki, məlumat verilməsini istəmir. Azərbaycanlıdır, Bakıda yaşayır. İkimizin də qeydiyyatla bağlı problemimiz olduğu üçün nikaha girə bilmirik".

Xatırladaq ki, Türkan Əliyeva "ATV"də yayımlanan "Qız yükü" serialında rol aldığı yataq səhnəsi ilə tanınmışdı. Sonradan isə aktrisa nikahdankənar övlad dünyaya gətirməsi ilə söz-söhbətə səbəb olmuşdu. O, uşağının atasının tanınmış müğənni olduğunu və adını açıqlayacağını desə də, sonradan bu fikrindən daşınmışdı. T. Əliyeva hazırda böyük oğlu Aminin atası ilə heç bir əlaqəsi olmadığını bildirib: "Aminin atası ilə əlaqəmin olmağı məsləhət deyil. Oğlu ilə maraqlandı, lakin özüm əlaqəni kəsdim. Onun ailəsində bilirdilər, hər şey yaxşı idi, bəzi problemlərə görə onunla münasibətimiz alınmadı. Sadəcə, axırda elə məsələlər ortaya çıxdı ki, ona görə də oğlumuzla görüşməsinə icazə vermirəm. Onunla nikahımız yox idi, oğlum öz soyadımdadır".
TƏCİLİ! Yenicə ana olan məşhur azərbaycanlı sənətçidən BƏD XƏBƏR: Körpəsi öldü - "Həkimlər edib"

Xəbərlər     Baxılıb: 7735   Tarix: 28 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

turlar.az

donlar 2026 qadın geyimi reseptler sirin gilas saglamliq haqqinda usaq otagi dizaynlari sac duzumleri kosmetika hüzeyir hacibəyov sac modelleri porno video atalar sozu