Təhlükəli virusu lazerlə aşkarlamaq mümkün olacaq

Təhlükəli virusu lazerlə aşkarlamaq mümkün olacaqKoronavirusu lazer şüası vasitəsi ilə aşkarlamaq mümkün olacaq. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) sürətli texnologiya inkişaf etdirilir.
Bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyinin məlumatında bildirilir. Məlumata görə, lazer şüaları texnologiyası qan hüceyrələrinə yoluxan kimi virusu müəyyənləşdirir, kamera qan hüceyrələrində morfoloji dəyişikliyi aşkarlayır. Testlər və dərhal nəticələr ictimai yerlərdə verilə bilər.
Beynəlxalq Holdinq Şirkətinin (IHC) tibbi tədqiqat qolu olan QuantLase İmaging Laboratoriyası müayinələr dairəsinin görünməmiş şəkildə genişləndirilməsinə, saniyələr ərzində yüksək sürətli qrup müayinələrini həyata keçirməyə imkan verən yeni bir vasitə hazırladığını elan edib. Bildirilir ki, bu texnologiya dünya alimlərinin koronavirusa yoluxma şübhəsi və yoluxmadan əvvəl potensial daşıyıcıları müəyyənləşdirmək üçün daha sürətli bir test üsulu hazırlamaq istədikləri bir vaxtda BƏƏ-nin tədqiqat və innovasiya mərkəzi kimi mövqeyini gücləndirəcək.
Texnologiya mütəxəssislərə geniş miqyasda araşdırmalar aparmağa imkan verəcək, işçi qüvvəsində hadisələrin izlənilməsi və xəstəliklərin yayılmasının qarşısını almaq imkanlarını artıracaq.
BƏƏ-nin Səhiyyə və Sosial Müdafiə Naziri Əbdül Rəhman bin Muhammed Əl-Ovais, bu kəşflə bağlı danışıb: "Biz hər zaman Covid-19-un erkən və sürətli aşkarlanması ilə əlaqədar yenilikləri izləyirik. Hökumət səhiyyə sisteminə kömək edən təşəbbüsləri dəstəkləməyə can atır. Səhiyyə işçiləri bu cihazı sınamaq üçün QuantLase ilə sınaqların gedişatını yaxından izləyirlər. İşlək və xalqımızı daha yaxşı qorumağa kömək edəcək bir texnologiyanı görməkdən qürur duyuruq".
Öz növbəsində, son bir neçə ay ərzində araşdırma aparan və analiz edən laboratoriyadakı tədqiqatçılar qrupuna rəhbərlik edən doktor Prumad Kumar virusa yoluxmuş qan hüceyrələrinin quruluşundakı dəyişiklikləri Elektron mikroskopdan istifadə edən vasitənin (CMOS) testlərin kütləvi miqyasda aparılmasına və nəticələrin saniyə ərzində verilməsinə imkan verəcəyini bildirib:
"Əslində, optik fazanın daxil edilməsinə əsaslanan lazer əsaslı DPI texnologiyası istifadəsi asan olmaqla yanaşı, cərrahi olmayan və ucuz qiymətə malikdir və saniyələr içində virusu təsbit edə bilər. Cihaz xəstəxana və ictimai yerlərdə, məsələn, kinoteatr və ticarət mərkəzlərində istifadə edilə bilər. Bu vasitənin koronavirusunun yayılmasında ən böyük paradiqma dəyişikliyi olacağını düşünürük".
Süni intellektin diaqnostik sistemdəki vacib rolunu izah edən P.Kumar, inkişaf etmiş görüntü analiz modelinin hər görüntünün nəticəsini dəqiqlik, sürət və miqyasla proqnozlaşdıracağını vurğulayıb: "Bu, çox saylı görüntünün dəqiqliyi və səmərəliliyi ilə təhlil edilməli olan genişmiqyaslı test proqramlarında xüsusilə vacibdir". Laboratoriya lazer proqramını daha da inkişaf etdirmək üçün aparıcı AI(Süni İntellekt) və Cloud Computing şirkəti (Bulud Hesablamaları) olan G42-dən istifadə edir.
Bir neçə ay ərzində bu məhsulun bazara təqdim ediləcəyi bildirilir. DPI texnologiyası virusu qan hüceyrələrinə yoluxduqdan sonra aşkarlaya bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1268   Tarix: 31 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

hamiləlik makiyaj etmek qaydalari geyim seçimi cinsi yaxinliq şirniyyatların hazırlanması ana südü pehriz salatlar kosmetika veten arxadan olmaq usaq seirleri qızlıq pərdəsi novruz