Telefonlar beyin xərçənginə səbəb ola bilərmi?
Bu sual müxtəlif ölkələrdən olan bir çox alim və tətqiqatçıları narahat edir.
Telefonların beyinin sağlamlığına olan təsirinə onlarla araşdırmalar həsr olunub. Araşdırmaların heç biri telefonların şüalanması ilə beyin xərçəngi arasında əlaqəni aşkar etməyib.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, son belə araşdırma ABŞ-da keçirilib. 2 il ərzində amerikalı alimlər 3000 siçovulun üzərində eksperiment aparıb. Siçovullar xüsusi kameralarda 9 saat ərzində müasir telefonların şüalanmasına məruz qalırdılar.
Eksperiment göstərib ki, şüalanma nəticəsində erkək siçovullarda ürək şişlərinin riski bir qədər artsa da, dişi siçovullarda heç bir dəyişiklik baş verməyib.
Alimlər gəmiricilərdə beyin xərçəngi ilə olan risk aşkar etməyiblər.
Buna baxmayaraq alimlər qeyd edir ki, şüalanmadan ehtiyat edən insan özünü sakitləşdirmək məqsədi ilə qulaqcıqlardan istifadə edə bilər. Bu şüalanmanı minimuma çatdırır.
Həmçinin araşdırma aparan alimlərdən biri Amerika onkoloji cəmiyyətinin nümayəndəsi doktor Otis Brauli etiraf edib ki, öz uşaqlarına 6-8 yaşa qədər telefon verməzdi. Alim izah edib ki, uşaqların kəllə sümükləri böyüklərlə müqayisədə daha nazik olduğundan və beyinləri aktiv şəkildə inkişaf etdiyindən telefonların şüalanması onlar üçün daha təhlükəli ola bilər.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi