Telman İsmayılov haqqında elə xəbər yayıldı ki... - VİDEO

Telman İsmayılov haqqında elə xəbər yayıldı ki... - VİDEOO, təslim olmur

Ancaq bu insanın varlanmaq ehtirasını heç nə boğa bilməz. Bəzi mənbələr onun Moskva ətrafında yeni Çerkizovo bazarı açacağını deyir. Belə bir fikir "Vesti.ru" saytında azərbaycanlı milyarder Telman İsmayılov haqqında yayımlanan süjetdə səslənib.

"Çerkizovo bazarının keçmiş sahibi Telman İsmayılov rəsmi olaraq müflis elan edildi. Ötən həftə onun daha bir məhkəmə prosesi davam edib. O isə tələsmir, proseslərdən qaçır. Hazırda onun harda gizləndiyi bilinmir.

2009-cu ilin yayı, Çerkizovo bazar, Telman İsmayılovun məkanı. Onun imperiyasının dağılmasına bir aydan da az vaxt qalır. Bu bazar - hərfi mənada qızıl tilovdur.

Heç bir gömrük rüsumu, vergi ödəmədən, qaçaqmalçılıqla ayda 10 milyardlarla rubl qazanc əldə edirmiş. Yerli polis idarələrini isə bir neçə milyon rublla ələ alırmış. Tam 19 il bu qaydada fəaliyyət göstərib.

Keçmiş hüquq-mühafizə orqanının əməkdaşı rəsmi icazə olmadan ora müdaxilə edə bilmədiklərini deyir. O, bildirib ki, bazarın baraklarında insanların, hətta uşaqların da istismar olunduğunu iddia etdikləri zaman qarışmamaları tövsiyə olunub və maneə yaradılıb.

O həm almağı, həm satmağı bacarırdı, hətta dostlarını da. Necə ki, 2006-cı ildə 50 illik yubileyində, az qala, bütün Rusiya mat qalmışdı.

2009-cu ildə o, Rusiyada böhran vaxtı Türkiyədə milyard dollarlarla ölçülən sərmayəlik layihəyə imza atdı. Söhbət "Mardan Palace"dan gedir. Bu otelin içərisi qızıl heykəlciklərəl bəzədilmişdi. Həmin tədbirə milyonlarla dollar xərclənərək Monika Beluççi, Şeron Stoun kimi dünya ulduzları gətirilmişdi.

Hüquqşünaslar onun bir çox banklardan yalnız etibarına görə külli miqdarda pul aldığını deyir. İndi də onlar pullarını almaq üçün növbə gözləyirlər.

Amma o, yenə də hiyləgər siyasət yürüdür. Öz əmlaklarını xaricdə yaxınlarının adına rəsmiləşdirir. Banklara xarici hesablardan məlumat əldə edə bilməmələri üçün bütün üsullara əl atıb. Məsələn, "Mardan Palace"-ın Türkiyə bankları tərəfindən ucuz qiymətləndirildiyi və əlindən alındığı deyilir. Ancaq bu da inandırıcı deyil.

Telekanal əməkdaşları onun Moskva ətrafında "Aprelovka" adlanan ərazidəki mülkünü aşkar edib. 350 kvadrat metrlik ikiotaqlı ev.

" Vesti"əməkdaşları Telman İsmayılovun 1999-cu ildə aldığı, Fransanın Lacivərd sahillərindəki villasını da tapıb. Şiman De Niel küçəsindəki mülkdə hətta onun "AST" gerbi də həkk olunub. Grand Boulevard de Super Cannes-də də başqa bir mənzilinin olduğu müəyyənləşib.

Dünya şöhrətli müğənni Şakiraya 5 milyon avro xərcləməyə xəsislik etməyən milyarder indi qaçmağa üstünlük verir. Bankların hüquq departamentləri isə onun 2014-cü ildən ödəmədiyi borclarını almağa israrlıdır.
İstipress

Xəbərlər     Baxılıb: 1856   Tarix: 27 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Günvurmadan necə qorunmaq olar?

Yay aylarında havaların həddindən artıq isti keçməsi günvurma riskini artırır. xəbər verir ki, xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olan şəxslər və açıq havada çalışanlar daha diqqətli olmalıdırlar. Günvurmadan qorunma

.

Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA

Diş həkiminə müraciət zamanı müəyyən edilən diş əti problemləri insanın gələcəkdə 2-ci tip diabetə tutulma riski barədə də məlumat verə bilər. xəbər verir ki, "The Lancet Public Health" jurnalında dərc olunan v

.

Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır

Dünya miqyasında xərçəng hallarının sayının artması bir daha erkən diaqnozun və bədənin incə xəbərdarlıq əlamətlərinin düzgün şərh edilməsinin vacibliyini vurğulayır. Məşhur inancın əksinə olaraq, xərçəng növləri həmişə ağı

.

Gecələr niyə tərləyirik? - 5 əsas səbəb

Gecələr tərləmə bir çox insanın qarşılaşdığı narahatedici hallardan biridir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vəziyyət bəzən sadə səbəblərlə əlaqəli olsa da, bəzi hallarda sağlamlıq problemlərinin əlamət

.

Alimlər uşaqlarda boy artımının ləngiməsinin gizli səbəbini aşkar ediblər

Uşaqlarda boy artımının ləngiməsi təkcə qeyri-kafi qidalanma ilə bağlı olmaya bilər. ABŞ-li alimlərin yeni araşdırması göstərib ki, bağırsaq mikrobiomundakı bəzi bakteriyalar hələ ana bətnində olarkən körpənin inkişafın

.

Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər

Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarınd

.

Qızdırmanı belə salmağa çalışmayın - Təhlükəlidir

Xalq arasında qızdırmanı salmaq üçün istifadə edilən üsullardan biri də ayaqları isti suya qoymaqdır. Lakin bu metod hər zaman faydalı hesab edilmir və bəzi hallarda vəziyyəti daha da ağırlaşdıra bilər. xəbər verir ki, yüksə

.

Tez-tez kolbasa yemək xərçəng riskini artırır

Sosis, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarının müntəzəm istehlakı kolorektal (yoğun və düz bağırsaq) xərçəngi riskini artıra bilər. xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Kliniki Endokrinologiy

.

"Ən çətin məqam diaqnozu ilk dəfə deməkdir" - MÜSAHİBƏ

Xərçəng haqqında çox danışırıq. Statistikalardan, müalicələrdən, dərmanlardan. Amma bu xəstəliyin arxasında dayanan insanlardan, onların qorxularından, ümidlərindən, yanlış bildiklərindən daha az danışırıq. Elə buna gör

turlar.az

qadın geyimi kosmetika mehsullari qis geyimləri 2026 gözəl geyimlər aysel əlizadənin toyu dolma reseptleri qadın sağlamlıq kosmetika qoğalın nağlı haxisda vidyolar novruz bayramı suni mayalanma