"Təndir çörəyi yeməyimiz özümüzə də ləzzət elədi" - Mehriban Əliyeva köçkün evində

"Təndir çörəyi yeməyimiz özümüzə də ləzzət elədi" - Mehriban Əliyeva köçkün evindəXəbər verdiyimiz kimi, Birinci vitse-prezident Mehriban Əliyeva Məcburi köçkünlər üçün Masazır qəsəbəsində salınan şəhərcikdə tikilən yeni üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.

O, Laçın rayonundan olan məcburi köçkün İnnaf Nəcəfovanın mənzilində olub.
Xanim.az məcburi köçkünlə Mehriban Əliyeva arasında olan dialoqu təqdim edir:

Mehriban Əliyeva: Salam. Xoş gördük.

İnnaf Nəcəfova: Xoş gəlmisiniz. Buyurun, Mehriban xanım.

Mehriban Əliyeva: Siz hansı binadan köçmüsünüz?

İnnaf Nəcəfova: Biz "Şəfəq" sanatoriyasından köçmüşük. Biz müvəqqəti olaraq orada məskunlaşmışdıq.

Mehriban Əliyeva: Hansı rayondansınız?

İnnaf Nəcəfova: Laçın rayonundan. Orada çox ailə var. Yetmişə yaxın ailə laçınlıdır. Biz orada məskunlaşmışdıq. Vəziyyət haqqında danışmaq çətindir. Çox çətin idi.

Mehriban Əliyeva: Çox yaxşı bilirəm. Amma indi çox şadam ki, nəhayət belə gözəl şəraitdə ailənizlə, uşaqlarınızla yaşayacaqsınız.

İnnaf Nəcəfova: Çox gözəldir. Sizin sayənizdə. Bu gün mənim həyatımın ən möcüzəli günüdür. Mən demişdim ki, hansı zaman mən mənzillə təmin olunsam həmin günü doğum günüm elan edəcəyəm. Ona görə ki, mənə elə gəlir bu gün ikinci dəfə dünyaya gəlirəm. Sizin sayənizdə Mehriban xanım, hörmətli Prezidentimizin sayəsində.

Mehriban Əliyeva: Çox sağ olun.

İnnaf Nəcəfova: Yəni, mən qaçqın düşəndən sonra beş il Ağcabədi rayonunda işləmişəm. O zaman mən qazmalarda, çadır şəhərciklərində yaşayan insanları görmüşəm. Əziyyət çəkən o qədər insan görmüşəm ki, bu gün mənim üçün doğrudan da möcüzədir. Bütün bunlar Ulu Öndərimizin, müdrik Prezidentimizin, Sizin sayənizdə olub. Ona görə də mən elə bilirəm ki, gözəl bir yuxudayam. Yəni, o müharibənin içindən çıxmış adam yatır, səhəri gözəl bir yuxu ilə açır, elə bir vəziyyətdəyəm. Çox minnətdaram dövlətimə, hökumətimə, hörmətli Prezidentimə.

Hörmətli Prezidentim dünya səviyyəsində tanınır. O gün BMT-nin Baş Assambleyasındakı çıxışına mən çox fəxarətlə, qürur hissi ilə qulaq asdım. Hətta mən ayağa qalxıb Prezidentin çıxışını televizorun qarşısında dinləyirdim. Sizin Leyla xanımla bərabər orada Prezidentin yanında olmağınız özü də böyük fəxarətdir. Sizin dünya səviyyəli görüşlərinizin, yardımlarınızın, məscidlərdə, kitabxanalarda, muzeylərdə, həm dövlətimizin daxilində, həm də xaricdə olan işlərinizin hamısını izləyirəm. Bunlar mənə bir insan kimi, bir vətəndaş kimi zövq verir. Bu, Azərbaycanını sevən, xalqını sevən Prezidentimin və Sizin sayənizdə mümkün olmuşdur.

Mən rayonlara tez-tez gedirəm. Hər dəfə gedəndə rayonlarda, yollarda gözəl yeniliklər görürəm. Bütün bu yeniliklərin, bu layihələrin, gözəlliklərin hamısının müəllifi hörmətli Prezidentim və Sizsiniz. Buna görə də bütün respublikanı gözəlləşdirdiyinizə, həyatımızı gözəlləşdirdiyinizə görə Sizə çox minnətdarıq. Bütün məcburi köçkünlər adından Sizə dönə-dönə təşəkkür edirəm. Cocuq Mərcanlının açılışı olanda mən çox sevinirdim. Möcüzədir, hər şey. Bir neçə ayın içərisində gözəl bir qəsəbə yaratmaq, 50 ev, sonra 100 ev tikmək, bu, asan məsələ deyil. Bu, dövlətin qüdrətindən, Prezidentin gözəl siyasətindən, xalqa yaxın olmaqdan, onun içərisində olmaqdan irəli gəlir.

Siz Şamaxıda olarkən təndir çörəyi yeməyiniz bilirsiniz mənə nə qədər ləzzət elədi.

Mehriban Əliyeva: Mənə də çox ləzzət elədi. Sağ olun.

İnnaf Nəcəfova: Mehriban xanım, inanın o elə gözəl mənzərə idi ki, onu sözlə təsvir etmək çox çətindir. Mən elə bilirəm ki, sözlər mənə azlıq edir, mən sevincimi, minnətdarlığımı elə bilirəm çox az şəkildə ifadə edirəm.

Mehriban Əliyeva: Çox sağ olun. Mən çox minnətdaram. Mən də sizə söyləmək istəyirəm ki, düz deyirsiniz, cənab Prezidentin bütün fəaliyyəti Azərbaycanın inkişafına həsr olunub. Onun üçün bu dünyada Azərbaycanın maraqlarından, Azərbaycan xalqının yaxşı yaşamasından üstün heç bir şey yoxdur. Amma bizim güc mənbəyimiz sizlərsiniz. Siz indi Şamaxıya səfərimizi yada saldınız. Belə səfərlərdə həm insanlarla ünsiyyətdə olursan, həm də o abadlığı, yeni yolları, yeni qəsəbələri, abadlaşmış turizm infrastrukturunu görürsən və başa düşürsən ki, bizim çox gözəl xalqımız var, çox bacarıqlı, istedadlı insanlarımız var. Siz öz taleyinizi danışdınız. Doğrudan da o dəhşətli hadisələrin iştirakçısı, o dəhşətli günlərin şahidi olmağınıza, sonra 20 ildən çox çətin şəraitdə, köçkün vəziyyətində, qəzalı binada yaşamağınıza, öz doğma torpağınıza, öz evinizə gedə bilməməyinizə baxmayaraq, siz ruhdan düşməmisiniz, işləmisiniz, çalışmısınız, ölkənin inkişafına töhfənizi vermisiniz, övladlar, nəvələr, nəticələr böyütmüsünüz. Bu, adamın ürəyində çox böyük hörmət və məhəbbət doğurur. Mən də sizə öz dərin hörmətimi və məhəbbətimi çatdırıram. İnanın ki, bu gün siz nə qədər sevinirsinizsə, mən də o qədər sevinirəm. Çünki görürəm ki, uzun illərdir doğrudan da əzab-əziyyət çəkən insanların yaşayış şəraiti bu gün yaxşılaşır. Yeni mərhələ başlayır. Bunu görəndə daha artıq qüvvə ilə çalışmaq istəyirəm ki, problemlər olmasın, onlar aradan qaldırılsın. Əminəm ki, biz buna nail olacağıq. Çətin vəziyyətdə yaşayan bütün qaçqın və məcburi köçkün ailələri ardıcıl olaraq belə gözəl yeni mənzillərə, yeni evlərə köçürüləcəklər. Əlbəttə ki, ən böyük arzumuz Qarabağ torpağına qayıtmaqdır. Mən bir daha deyirəm, Allahın köməyi, cənab Prezidentin müdrik siyasəti və insanların dəstəyi ilə buna da nail olacağıq.

İnnaf Nəcəfova: İnşallah. Mən arzu edirəm ki, belə bir təntənəni, belə bir gözəl günü hörmətli Prezidentim, dəyərli Baş Komandanım və Sizinlə birlikdə Laçında qeyd edək. Allah Sizlərə uzun ömür versin. Bu yolda çəkdiyiniz əziyyətin bəhrəsi həmişə gözəl olsun, Sizi də, xalqı da sevindirsin. Sizə və ailənizə ən səmimi duyğularımla təşəkkürümü, minnətdarlığımı bildirirəm. Allah hörmətli Prezidentimin canını sağ eləsin. Analarımız demişkən, hər yerdə sözü keçərli, ötkəm, qılıncdan iti olsun. Azərbaycan qadınını hər yerdə gözəl təmsil edirsiniz. Mehriban xanım, Siz Azərbaycan qadınını dünya çapında tanıtmısınız. Bu, çox ağır bir yükdür, Siz bu yükü öz zərif çiyinlərinizdə gəzdirirsiniz. Bax buna görə də Sizə ayrıca minnətdarlığım var. Arzu edirəm ki, hörmətli Prezidentim və Birinci vitse-prezident olaraq Siz Azərbaycanın gələcəyi üçün nə qədər çalışırsınızsa Allah bu yolda Sizə çəkdiyiniz yolların genişliyi, işıqlığı qədər ömür, səbr, dəyanət versin. Bir daha hörmətli Prezidentimə, Sizə və ailə üzvlərinizə minnətdarlığımı bildirirəm.

Mehriban Əliyeva: Çox sağ olun. Prezidentin də böyük salamlarını və təbriklərini sizə çatdırıram. Qoy, həyatınız nurla dolsun, xoşbəxt olsun. Çox sağ olun.

Xəbərlər     Baxılıb: 1868   Tarix: 06 oktyabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Miqrenin səbəbi yalnız beyin deyilmiş - YENİ ARAŞDIRMA

Dünyada təxminən 1,5 milyard insanı təsir edən və xüsusilə 50 yaşdan aşağı şəxslərdə daha çox rast gəlinən miqrenlə bağlı yeni elmi nəticələr açıqlanıb. xəbər verir ki, Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə Gazi Universiteti

.

Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri

Gündəlik həyatımızın ən sevilən şirniyyatlarından biri olan şokolad haqqında maraqlı və bir qədər də düşündürücü fakt məlum olub. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, şokoladın əsas tərkib hissəsi olan kakao əslind

.

Kifli qidalardan hansı yeyilməli, hansı zibilə atılmalıdır?

Kif yalnız səthdə görünən bir ləkə deyil; onun mikroskopik kökləri qidanın dərinliklərinə qədər uzana bilər.  xəbər verir ki, Britaniya Qıda Standartları Agentliyi (FSA) aşağıdakı qruplara hətta "təhlükəsiz" görünə

.

Hansı daha düzgündür: yeməkdən əvvəl, yoxsa sonra su içmək?

Gündəlik həyatda tez-tez müzakirə olunan mövzulardan biri də suyun yeməkdən əvvəl, yoxsa sonra içilməsinin daha faydalı olmasıdır. Mütəxəssislər bu məsələyə fərqli yanaşsalar da, ümumi tövsiyələr müəyyən məqamlarda üst-üst

.

Üzdəki piqment ləkələrinin bilinməyən SƏBƏBİ

Üz dərisində yaranan piqment ləkələrinin səbəbi təkcə günəş deyil. . xəbər verir ki, dermatoloq Rina Urazayeva qeyd edib ki, smartfon və digər cihazlardan yayılan mavi işıq da bu prosesə təsir göstərir. Mavi işıq dəriyə dərində

.

Unutqanlıq təhlükə siqnalı ola bilər - XƏBƏRDARLIQ

Gündəlik həyatda tez-tez rast gəlinən unutqanlıq əksər hallarda normal qəbul edilsə də, mütəxəssislər bəzi hallarda bunun ciddi xəstəliklərin erkən əlaməti ola biləcəyini bildirir. xəbər verir ki, xüsusilə təkrarlanan, getdikc

.

Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT

Elektron siqaretlərin ağciyərlərə, eləcə də məhsuldarlığa və genetik quruluşa daimi zərər verə biləcəyi barədə xəbərdarlıq edilib. xəbər verir ki, türkiyəli həkim Pınar Pazarlı Bostan xüsusilə hamiləlik dövründə məruz qalmanı

.

Damar tıxanıqlığının əsas səbəbi bu imiş

Son illərdə damarların tıxanması ən geniş yayılmış sağlamlıq problemlərindən biri kimi ön plana çıxır. Oturaq həyat tərzi, stress və yanlış qidalanma bu riskin artmasında əsas rol oynayır. xəbər verir ki, mütəxəssisləri

turlar.az

toy makiyajlari aksessuarlar maskalar aybaşı aybasi ucun derman erotik fantaziya heyatda oz yerini tapan insan xosbextdir kosmetika uşaq nece olur maya maskasi hesaplama sac modelleri masturbasiya nedir