Tər iyindən təbii vasitələrlə qurtarmağın yolları

Tər iyindən təbii vasitələrlə qurtarmağın yollarıGüclü və kəskin tər iyi hamını narahat edən bir şeydir. İnsanlar tər iyindən azad olmaq üçün illərlə pul xərcləyib müxtəlif kosmetik vasitələrdən istifadə edir. Amma bir çox təbii vasitələr var ki, az miqdar pul xəcləyib ev şəraitində təbii vasitələrlə xilas olmaq mümkündür.Təbii vasitələrlə tər qoxusundan azad olmaqla siz həm pulunuza qənaət etmiş olarsınız, həm də kimyəvi spreylərin zərərlərindən qorunmuş olarsınız.
Təbii sirkə
Təbii sirkə pambıq tampona batırılır və qoltuqaltı nahiyyəyə və ayaq barmaqlarının arasına sürtülür. Sirkəni bir sprey şüşəsinə də töküb istifadə etmək olar. Amma gərək sirkəni istifadə etdikdən sonra 15-20 dəqiqə gözləyəsiniz ki, bu müddət ərzində sirkənin təbii iyi keçib getsin. Sərt iyi olduğu üçün sirkənin iyi həm sizi, həm də ətrafdakıları narahat etməsin.
Limon suyu.
Təzə sıxılmış limon suyunu pambıq tampon vasitəsilə iy verən nahiyyələrə sürtdükdə pis qoxu aradan qalxır. Ancaq limon suyu sürtdüyünüz zaman diqqətli olmalısınız. Çünki limonun tərkibində olan turşu dərinizdə yanğı hissinin olmasına səbəb ola bilər.
Çay ağacı yağı.
Çay ağacı yağı antiseptik təsirə malikdir. Bu səbəblə o dəridəki mikrobları öldürür və iylənməni azaldır. Bu yağın uzun müddət istifadəsi isə qoltuqaltı nahiyyədən gələn pis qoxunu aradan qaldırır.
Yasəmən yağı.
Təbii və həqiqi yasəmən yağının bir müddət istifadəsi, iylənən nahiyyələrə antibakterial təsir göstərməklə orada əmələ gələn bakteriyaların kökünü kəsir və pis qoxunun əmələ gəlmısinin qarşısını alır.
Adaçayı yağı.
Adaçayı yağı tər vəzilərinin fəaliyyətinin zəiflədir və antibakterial təsiri vasitəsilə pis qoxunun əmələ gəlməsinin qarşısını alır.
Tər iyini azaltmaq istəyirsinizsə, bəzi qaydalara əməl etməlisiniz:
* hər gün duş qəbul etmək
* duşdan sonra qoltuqaltı nahiyyəyə uşaq pudrası çəkmək
* hər gün alt paltarlarını dəyişmək
* pambıq paltar geymək
* kəskin iyli qidalar yeməmək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1777   Tarix: 01 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

makiyaj instagram gelinlikler reseptler klyos donlar 2026 imtahan həyəcanı bürclər turşu resepti kosmetika qadin.az novruz bayramına aid hakıştalar oyunlar eqreb bürcler