Təranədən Kərimə ağır sözlər: "Yuyulmamış çömçədir..."

Təranədən Kərimə ağır sözlər: "Yuyulmamış çömçədir..."Prodüser Təranə Səmədova "10-dan sonra" verilişinin qonağı olub.

Proqramda prodüserin müğənnilər Kərim Abbasov və Rəqsanə İsmayılova ilə qalamqalında söz açılıb.

Aparıcı Yusif Ağayayev "Rəqsanənin qızına dedin ki, getsin anasının qüsurlarından danışsın. Sənə isə Kərim sərt cavab yazdı" sözlərini işlədib. Təranə isə keçmiş həyat yoldaşı olan Kərimin hərəkətini başa düşmədiyini söyləyib:

"Qalmaqalları malalayaraq keçirəm. Arxadan atılan daş topuğuma dəyir. Elə şeylər yazıb ki, oxuyub, gedib intihar edərsən. Adamı intihara sürükləyir. Amma özümə əl qaldıracaq mənəviyyatda deyiləm. Görün bu qədər qəbahətin sahibi mənəmsə, yaşamağa layiq deyiləm də... Amma qarşı tərəfə baxırsan, deyirsən, eh, desin də... Bu insan nə olur, məhkəməyə verir. Onunla bir işim yoxdur. Yuyulmamış çömçə kimi özünü ortaya atdı. Atalar sözünə görə gedib yenə məhkəməyə versin".

Qeyd edək ki, Kərim Təranənin ünvanına bunları yazmışdı:

"Qüsur? Səmədova, (prodüser Təranə Səmədova - red.) hansı qüsurdan danışırsan? Sənin qüsurlarını saymaqla bitməz: polislərə içkili halda tutulanda qurşaqdan aşağı danışan kim idi, qadın? Maqazin proqramında 7 yaşlı qiz övladının yanında sevgililərinin adını tutub eşq yaşadığını bəyan edən qadın, heç qızından utandınmı? Məktəbə gedən qızınınm hansı təpkilərlə qarşılaşacağını düşündümü? İnsan alverində əli olan insan hansı qüsurdan danışırsan?

Atasız uşağı dünyaya gətirib, özünə fədakar ana adı qoymaq, budurmu alqışa layiq hərəkət? Ananın sevgili tərəfindən bıçaqlanmağından niyə danışmırsan, ay qüsursuz insan? Səmədova, hər halda diplomlar yadındadır. Bu qüsurdan niyə danışmırsan, ay cinayətkar? Səni mən tanıdığım qədər doğma anan tanımır. Heç olmasa sən danışma. Çox atdanıb düşmə. Gedib lazımi orqanlara ananla qaynatdığın zibillərdən danış. Polislərdən yalançı şahid qismində yazdığın ərizələrdən danış. Yüzlərlə insnaların haqqına girməyindən danış.
Mənə görə etmədiyin və getmədiyin cadu qapısı qalmadı. Dağıtdığın evlərdən danış. Sən Allahın suyuna şər atan bəndə, niyə bundan danışmırsan. "Kərimin övladı olsa, başımı kəsəcəm" demişdi. Nə oldu, övladım oldu. Qızın dünyaya gələndə efirdə dedin ki, qoy, bu Kərimə göz dağı olsun. Ay Səmədova, mənim isə oğlum oldu. Bu da sənə göz dağı olsun.

Yadında saxla: mənim oğlum vaxt gələcək bütün qisasımı necə lazımdır çıxacaq. İndi görüm kim göz dağı olacaq. Bu həyatda üç adama halallıq verməyəcəm: bunlardan birincisi sənsən. Allah heç kimin balasının qabağına sənin kimi şeytan çıxarmasın. Sənin yıxdığın evləri hələ fələh də yıxmayıb. Lazım olsa, lazımi orqanlara sənin etdiklərin haqda müraciət edəcəm. Ondan sonra gör nə olacaq. 10 il susdum, bəsdir. Məni əxlaqsız, şərəfsiz elədin. Mən susdum, Allaha tapşırdım. İndi baxıram sənə və deyirəm: Allah heç kimin ağlını başından almasın, necə səninkini alıb".

Xəbərlər     Baxılıb: 2028   Tarix: 16 avqust 2018
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

hamiləlik toy makiyaji sekilleri yemek reseptleri klyos donlar 2026 kakoslu paxlava hazirlanmasi yarpizin faydalari firni hazirlanmasi kosmetika novruz hakistalari masturbasiya nedir xanım az uzeyir hacibeyli mekteb