Terrorda ölən Dilbərin bu ARZUSU ürəyində qaldı: "Toyumu..."- dəfnindən FOTOLAR

Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində həyatını itirən 21 yaşlı azərbaycanlı gənc Dilbər Əliyevanın cənazəsi bu gün torpağa tapşırıldı. Sputnik Azərbaycan-ın əməkdaşının da qatıldığı dəfn mərasimində yüzlərlə insan iştirak edib. Başsağlığına gələn insanlar üçün ərazidə 3 yas çadırı qurulmuşdu.

Dilbər Əliyevanın əmisi Zakir Əliyevin sözlərinə görə, Dilbər 1996-cı ildə Sankt-Peterburqda dünyaya gəlib, Rusiya vətəndaşı olub. Əslən Gürcüstandan olan Əliyevlər ailəsi uzun illər Sankt-Peterburqda yaşayıb.

"Çox sevimli qız idi. Bu il institutu bitirəcəkdi. Sonuncu kursda oxuyurdu…" — deyir əmisi. Z. Əliyevin sözlərinə görə, hadisə barədə internet vasitəsilə məlumat alıb. Sonradan qardaşına zəng edərək, ondan Dilbərin ağır yaralandığı xəbərini öyrənib: "Sonra dedilər ki, onun həyatını qurtarmaq mümkün olmayıb".

"Dilbərin qardaşı da Sankt-Peterburda təhsil alır. Bir bacı, bir qardaş idilər. Qardaşım qızın təhsilini bitirməsini gözləyirdi. Deyirdi ki, "qız təhsilini bitirsin, köçüb gələcəyik Azərbaycana". Onlar Azərbayacan çox bağlı bir ailədir" — Z. Əliyev danışır.

Dilbərin xalasının yoldaşı Musa Rzayev də onu pozitiv bir qız kimi xarakterizə edib: "Sankt-Peterburq Universitetinin Psixologiya fakültəsində təhsil alırdı. Çox savadlı qız idi. Arzulayırdı ki, uşaq psixoloqu olsun. Uşaqları çox sevirdi".

M. Rzayev bildirir ki, hadisəsən sonra Dilbərin atası ona zəng edərək, Dilbərin başına gələnləri danışıb: "Dedi, sağ tərəfdən yaralanıb. Qəlpələr sağ qolunu parçalayıb, ayağını qoparıb, xəstəxanaya gedənədək çox qan itirib. Sonra da dünyasını dəyişib".

"Yayda Dilbər bir ay Bakıda qaldı. O, fərqli uşaq idi. Onun elə ideyaları, elə fikirləri vardı ki… Mənə deyirdi, "əmi, toyumu Bakıda edərsiniz". Qismət olmadı" — Rzayev bunları danışdıqca göz yaşlarını saxlaya bilmir…

Nəhayət Dilbərin cənazəsi götürüldü. Bu acıya dözmək çətin idi. Anası Güllü xanım, bibiləri, nənələri Dilbəri oxşayıb ağlayırdılar. "Kəfənimi oğurladın, a bala" — deyə nənəsi inildəyirdi.

Dilbərin dostu Ülvin Şirinzadənin sözlərinə görə, Dilbər genişürəkli, həyatsevər qız olub: "Mehriban idi, valideynlərinə çox hörmət edirdi. Uzun müddət Rusiyada yaşasa da, vətənini çox sevirdi. Ailəsi düşünürdü ki, Azərbaycana qayıdıb, burda yaşasınlar. Ancaq qismət olmadı". "Ən böyük arzusu psixoloq olmaq idi. Deyirdi ki, psixoloq olub, insanların dərdlərinə şərik olmaq istəyir. Amma özü bir dərd oldu sevənləri üçün. Biz onu tez itirdik. Allah rəhmət eləsin" — deyir Ülvin. Dilbər Əliyeva Suraxanı, Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edildi.

Xatırladaq ki, bu il aprelin 3-də Rusiyanın Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut-2" stansiyalarında baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər isə xəsarət alıb. Rusiya Federasiyasının İstintaq Komitəsi hadisə ilə əlaqədar "Terror aktı" maddəsi ilə cinayət içi açıb.
Terrorda ölən Dilbərin bu ARZUSU ürəyində qaldı: "Toyumu..."- dəfnindən FOTOLARTerrorda ölən Dilbərin bu ARZUSU ürəyində qaldı: "Toyumu..."- dəfnindən FOTOLARTerrorda ölən Dilbərin bu ARZUSU ürəyində qaldı: "Toyumu..."- dəfnindən FOTOLARTerrorda ölən Dilbərin bu ARZUSU ürəyində qaldı: "Toyumu..."- dəfnindən FOTOLARTerrorda ölən Dilbərin bu ARZUSU ürəyində qaldı: "Toyumu..."- dəfnindən FOTOLAR

Xəbərlər     Baxılıb: 2138   Tarix: 08 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

turlar.az

sac duzumleri qadin dunyasi yay kolleksiyasi sözlü şəkillər hamilə geyimləri ana və uşaq displaziya kosmetika novruz hakisdalari vətən həsrəti seksler qu quşu qız bürcü