Təşvişi, stresi necə aradan qaldırmaq olar?

Təşvişi, stresi necə aradan qaldırmaq olar?Pandemiya dövründə insanların bir hissəsi yeni dövrə, izolyasiya tədbirlərinə uyğunlaşa bilmirlər. Bu isə depressiyaların, stresin artmasına səbəb olur. Yaranmış karantin vəziyyəti ilə əlaqəli psixoemosional vəziyyətimizi necə stabil saxlaya bilərik? Psixoterapevt, sinir elmləri uzmanı Aydan Xasməmmədzadə e-tibb.az-a bununla bağlı fikirlərini açıqlayıb:
İngilitərə və ABŞ alimlərinin apardığı ən son tədqiqatlar (Ultes University) təsdiq edir ki, təşviş, depressiya və stress səviyyəsi karantin elan edildiyi andan artmağa başlayıb. Belə neqativ hallarla rastlaşmamaq üçün nə etməliyik?
-Bəzi insanlar bundan öncə düşünmədikləri fikirləri düşünə bilərlər. Əgər koronavirus ( Covid-19) haqqında obsessiv (daim beynində fırlanan) düşüncələrimiz varsa,  bundan necə qurtula bilərik?
Əvvəla, koronavirusun nə olduğunu, necə ötürüldüyünü, spesifikliyi və əlamətlərinin nədən ibarət olduğunu anlamaq lazımdır. Bu, yalnız yayılmış məlumatlarla əlaqəli deyil. Bu məsələdən həqiqətən çox narahatsızsa, onu dərindən öyrənməyə və bütün detalları araşdırmağa dəyər.
Düşməni tanıdığınız zaman özünüzü qorumaq və təlaşın qarşısını almaq daha asandır. Tutaq ki, təşvişin əhatəsində olduğunuzu düşünürsünüz. Belə halda nə etmık olar? Əgər siz təlaş vəziyyətindəsinizsə, sadəcə, balanslaşdırılmış nəfəs hərəkətləri edə bilərsiniz. Onun mahiyyəti nəfəsləri tarazlaşdırmaq və bərpa etməkdir.  Bunu etmək üçün eyni ritmlə birdən dördə qədər sayın və nəfəs alın. Növbəti eyni sayma zamanı yenidən nəfəs almalı və yenidən sayıb nəfəs verib, nəfəs almalısınız. Bu, 4-5 dəqiqə təkrarlanmalıdır.
Bütün günü stresdə olduğunuzu düşünürsünüzsə, stressin orqanizmə böyük təsiri olduğunu da yada salın... Qısamüddətli stres bədənin hərəkətliliyini artıraraq "toplanmaq" üçün dayanıqlığı artırır. Ancaq uzun müddət davam edən stresin mənfi nəticələri var. Bütün orqanlara və sistemlərə təsir göstərir, çox sayda hormon kortizol və norepinefrin istehsalənı, mərkəzi sinir sistemini stimullaşdırır.
Kiçik streslə, kortizol bədənin müdafiəsini təşkil edir; uzun müddət ərzində çox miqdarda məhsul istehsal edildikdə, autoimmün proseslər başladır və nəticədə ümumiyyətlə, immunitetin zəifləməsinə səbəb olur.
Gündəlik rituallarınız olmadan sizin üçün çətin ola bilər, məsələn, qəhvə, məşqlər və s. Bu vəziyyətdə bu əvəzetmə metodundan istifadə edə bilərsiniz: müəyyən yerlərə niyə getdiyinizi, hansı məqsədlə, ziyarətdən nələr əldə etdiyinizi müəyyənləşdirin. Sonra özünüzü tapdığınız şəraitdə bunun kompensasiyasını tapın.
Karantin zamanı yaxşı əhval-ruhiyyədə qalmaq istəyirsinizsə, ən başlıcası, zövq verən şeyi etməkdir. Gündəlik həyatda bir insan üçün məşğulluq çox vacibdir, hətta karantin zamanı da. Gündəlik etdiyimiz bəzi işlər hazırda karntinə görə mövcud deyil. Amma ictimai fəallığın azalmasına baxmayaraq, hələ də bir çox imkanlarımız var.
Əgər hesab edirsinizsə, daim evdə, ailə üzvləri ilə olanda, problem yaranır, o zaman mümkünsə, elə ailə daxilində ayrıca vaxt keçirin. Ailənin hər bir üzvünün ən azı özü ilə qalmaq imkanı əldə etməsi çox vacibdir. Hətta Nobel mükafatı laureatı, akademik İvan Petroviç Pavlov ən yaxşı istirahətin fəaliyyətdəki dəyişiklik olduğunu qeyd edib. Bu isə o deməkdir ki, karantin əsnasında fəaliyyət qüvvələri daha çox müxtəlifləşir, daha az stres və tükənmə hissi yaranır...
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1528   Tarix: 03 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

geyim necə seçməli yay kolleksiyasi qadin dunyasi fantaziya baliq qulagi dan el isleri gözəllik ciy kartofun faydasi kosmetika gəncə novruz hakisdalari intim masturbasiya bayati