Tez sağalmaq üçün bu supu için
Soyuqdəymə zamanı tez sağalmaq üçün toyuq supu için.
Milli.Az xəbər verir ki, bunu rusiyanın tanınmış terapevti Anna Hakimova deyib. O, bildirib ki, bu qida tərkibindəki faydalı maddələr sayəsində orqanizmin bərpasına kömək edir və iltihabı azaldır.
Həkimin sözlərinə görə, toyuq bulyonu tərkibindəki karnozin sayəsində iltihabı zəiflədir, həmçinin bədəndəki maye balansını qoruyur. O, asan həzm olunan zülal, B qrupu vitaminləri, dəmir və digər minerallarla zəngindir. Bu maddələr immun sisteminin güclənməsinə və soyuqdəyməyə qarşı müqavimətin artmasına kömək edir.
Bundan başqa, bulyon tərkibindəki amin turşusu sistein sayəsində bəlğəmi durulaşdırır, bu da öskürəyi yüngülləşdirir və tənəffüsü asanlaşdırır. Həkim əlavə edib ki, isti buxar burun tutulmasını azalda, bulyonun özü isə boğaz ağrısını yüngülləşdirə bilər.
Mütəxəssis bulyonun tərkibinə kök, soğan, kərəviz və bibər kimi tərəvəzlər əlavə etməyi də tövsiyə edib. Onun sözlərinə görə, bu tərəvəzlər antioksidant və prebiyotiklərlə zəngindir, bu da bağırsaq mikroflorasını gücləndirir.
Həkim vurğulayıb ki, ən faydalı bulyon azad şəraitdə bəslənmiş toyuqdan hazırlanandır, çünki bu cür toyuqların əzələlərində karnozinin miqdarı daha çox olur.
İsmayıl
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir