Tez-tez səyahət edənləri gözləyən ölümcül təhlükə - Bunlara diqqət etməsəniz

Tez-tez səyahət edənləri gözləyən ölümcül təhlükə - Bunlara diqqət etməsənizTurizm bölgələrində yay mövsümünə sayılı günlər qalıb. Tətil bir çox insan üçün səyahət deməkdir. Ancaq hamının səbirsizliklə gözlədiyi uzun səyahətlər zamanı heç nəzərə alınmayan təhlükə də var.
Mütəxəssislər uzun müddətli avtobus, qatar və ya təyyarə səfərlərinin ölümcül problemə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, uzun müddət hərəkətsiz qaldığınız avtobus, qatar və ya təyyarə ilə səyahət tibbdə venoz tromboz deyilən problemə səbəb ola bilər.
Həkimlər baldır əzələlərinin uzun müddət fəaliyyət göstərməməsi nəticəsində baş verə biləcək venoz tromboz riskinə diqqət çəkiblər.
Uzunmüddətli səyahətlərin kabusa çevrilməməsi üçün bu riskin qarşısını almağın yolları da izah olunub.
Səyahətə çıxmazdan əvvəl hazırlıq görmək tövsiyə edilir. Belə ki, yol boyu bol maye qəbul etmək, spirtli içkilərdən uzaq durmaq, dar və narahat paltarlar geyinməmək tövsiyə olunur.
Prof. Dr. Tevfik Özlü 4 saatdan çox ayaqlar aşağı salınmış vəziyyətdə davam edən səyahətlərlə bağlı risklərdən danışıb.
O, risk qrupunda olanların uzun səfərlərdən əvvəl özlərinə diqqət etmələrinin vacib olduğunu bildirib:
"Xüsusilə yaşlı və artıq çəkili insanlar, müəyyən dərmanlar qəbul edənlər və ya xərçəng kimi müəyyən xəstəlikləri olanlar daha çox risk altındadır. Normalda sağlam insanlar da belə uzun səfərlər zamanı çoxlu maye qəbul etməli, spirtli içki və ya yuxu dərmanı istifadə etməməli, vaxtaşırı oturma tərzini dəyişməli, fürsət düşən kimi qalxıb təyyarədə hərəkət etməli, ehtiyac olmasa belə avtobus dayandıqda enib gəzişməlidirlər".
Həkim qeyd edib ki, yüksək risk altında olanlar və hamilələr uçuşdan əvvəl həkimlə məsləhətləşdikdən sonra profilaktik olaraq bəzi qan durulaşdırıcı vasitələrdən istifadə edə və kompressiya corabları geyinə bilərlər.
Onun sözlərinə görə, venoz tromboz riski təkcə səyahət zamanı deyil, daim parta arxasında oturan, ofisdə və ya işdə saatlarla yerindən qalxmadan işləyən insanlarda, dövlət qulluqçularında da yüksəkdir:
"Buna görə də uzun müddət hərəkətsiz oturmaq, ayaqlarınızı divan və ya stuldan sallamaq təhlükəlidir. 1 saat oturduqdan sonra 5-10 dəqiqə belə qalxıb hərəkət etmək faydalıdır. Xüsusilə də vaxtaşırı olaraq oturma mövqeyinizi dəyişmək ayaqlarda qan dövranı üçün faydalı ola bilər".
Milli.Az

Xəbərlər     Baxılıb: 1204   Tarix: 26 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

aksessuarlar qadın geyimi geyim necə seçməli maraqli el islerinin hazirlanmasi intim münasibətləri 2026 qonaq otagi qadın saytı kosmetika veten haqqinda atalar sozleri uzeyir vətən toy gecesi qızlıq pərdəsi